Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-194/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, X6 və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 8(005)-224/2023 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki vaxta maliyyə vəziyyəti çox ağır olduğundan və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun onun tərəfindən birdəfəlik ödənilməsi mümkün olmadığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1399/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasının dəyişdirilərək, 10000 ABŞ dolları məbləğində borcun 6 ay ərzində hər ay 3000 manat olmaqla, hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1399/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X4 10000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 160 manat məbləğində tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Hazırki vaxta maliyyə vəziyyəti çox ağır olduğundan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun onun tərəfindən birdəfəlik ödənilməsi mümkün deyildir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-224/2023 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Qeyd edilən qərardaddan X3 şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-224/2023 saylı qərardadının tamamilə ləğv edilməsi və qətnamənin hissə-hissə ödənilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin sözügedən qərardadı qəbul edən zaman oxşar tipli işlər üzrə daha əvvəllər Azərbaycan Respublikasının adından qəbul edilmiş onlarla, yüzlərlə qərardadı şübhə altına almışdır. Eyni məna və məzmunlu, eyni əhəmiyyətli, işin faktiki halları eyni olan işlər üzrə müxtəlif qərarlar çıxarması hüquqi müəyyənlik prinsiplərini də çox kobud surətdə pozur. Belə ki, C.İsmayılzadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsi Plenumunun 6 iyun 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-1399/2022 saylı qətnaməsinə əsasən onun tərəfindən 10000 ABŞ dolları məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 160 manat dövlət rüsumu tutularaq iddaçı Tələbkar ödənilməsi qət edilmişdir. Hazırda sözügedən qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün icraya yönəlmişdir. Lakin maddi vəziyyətinin ağır olması səbəbindən həmin məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur. Buna baxmayaraq, hər ay 3000 manat ödəməklə 6 ay ərzində borcunu bağlayacağına inanırdı. Bu səbəbdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-1399/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdi. Lakin məhkəmə sözügedən qərardadı qəbul edən zaman işin yuxarıda qeyd edilən faktiki hallarını aydınlaşdırmamışdır ki, bu da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki haldır. Məhkəmə sözügedən qərardadda hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin qətnamənin icrasını ləngitmək məqsədi daşıdığını hesab etsə də, nəyə əsasən belə qənaətə gəldiyini əsaslandıra bilməmişdir. Əslində isə onun belə bir fikri olmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)- 224/2023 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)- 224/2023 saylı qərardadının ləğv edilməsi, X3nun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1399/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1399/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 10000 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) məbləğində borcun 6 ay ərzində hər ay 3000 manat olmaqla (borc məbləği tam ödənilənədək) hissəhissə ödənilməsi qərara alınmışdır. Həmin qərardaddan Tələbkar şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-224/2023 saylı qərardadının ləğv edilməsi və borclu tərəfindən verilmiş borc məbləğinin hissə-hissə ödənilməsi barədə ərizəsinin rədd edilməsi haqda qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli, 8(005)-224/2023 saylı qərardadıilə Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, iddia tələbinə qarşı yazılı etiraz və mülahizəsini rəsmi qaydada məhkəməyə təqdim edərək bildirmişdir ki, ərizəçinin verdiyi Nərimanov Rayon Məhkəməsinin 2(005)1399/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə borc məbləğinin hissəhissə ödənilməsi barədə ərizəsində göstərilən xüsusatlar yalan və tamamilə cəfəngiyyatdır. Əsassız olduğundan təmin edilməməli idi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(005)-224/2023 saylı qərardadı tələbkarın konstitusion, maddi və prosessual hüquqlarına zidd olduğu üçün həmin qərardaddan apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır, ona görə ki, məhkəmə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən borclunun ərizəsini təmin etmişdir. Heç bir sübut olmadan, qarşı tərəfin adına əmlaklar olduğunu bilə-bilə süni surətdə məhkəmə qətnaməsinin icrasını özü yubadır. X2 10 noyabr 2021-ci il tarixdə ondan “Range Rover sport” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobili rəsmi qaydada alğı-satqı yolu ilə 59.500 ABŞ dolları məbləğinə almışdır. Sonradan öyrənmişdir ki, cavabdeh E.Ə.Nəcəfov “Range Rover”in başqa bir modelini seçib özü üçün almışdır. Ərizəçi avtomobili adına rəsmləşdirərkən bütün əməliyyatlar X5 istək və arzusu ilə həyata keçirilib və məndən avtomobili alandan sonra avtomobili 200.000 manata lizinq yolu ilə satmışdır. Bununla bağlı məhkəmə işində materiallar vardır. 2(005)1399/2022 saylı icra sənədi üzrə X3nun adında külli miqdar məbləğində daşınar və daşınmaz əmlaklar var. Borclunun özü də “Nəbz” klinikasının direktorudur. Borcu ödəməyə yetərincə imkanı vardır. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinin tələblərinə uyğun olaraq, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissəhissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Məhkəmə qeyd etmişdir ki, hazırki işdə borclunun maddi vəziyyətinin aşağı olması ilə əlaqədar təklif etdiyi icra üsulu ağlabatan olmaqla, tələbkarın hüquqlarının pozulmasına, məhkəmə qətnaməsinin uzun müddətə icrasız qalmasına gətirib çıxarmır. Belə ki, borclunun əmək haqqının məbləği nəzərə alınarsa, məcburi icra tədbirlərinin həyata keçirilməsi, tələbin əmlaka yönəldilməsi, onun qiymətləndirilməsi, satılması daha uzun müddət çəkəcəkdir, eləcə də icra xərclərinin artmasına səbəb olacaqdır. Bu baxımdan borclunun təklif etdiyi məbləğ qətnamənin icrasının hissəhissə həyata keçirilməsi institutunun mahiyyətinə zidd olmamaqla qətnamənin real icrasına yönəlmişdir Məhkəmə kollegiyası tələbkarın dəlillərini heç bir mötəbər sübutla öz təsdiqini tapmadığından əsassız hesab edərək, qeyd edir ki, borclunun maddi durumu və təklif etdiyi icra üsulu ağabatan olmaqla məhkəmənin qətnamənin hissə-hissə icrası barədə gəldiyi qənaəti qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 8(005)- 224/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №8(103)-194/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-194/2023
14.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver