Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-195/2021 03.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Borclu mülkiyyətində olan mənzilin 1/6 hissəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra və probasiya Şöbəsinin böyük icra məmuru Cəmil Tağıyevin təqdimatına baxılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli 8(005)-76/2021 saylı qərardadından Tələbkar1 ASCnin şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2303/2017 saylı, 10.03.2017-ci ıl tarixli icra sənədinin icrasının təmini tədbiri olaraq Nərimanov Rayon Məhkəməsinin 8(005)-6/2020 saylı 22.01.2020-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Cıdır-3 döngəsi, 14 Dağlıq 86, 28 saylı mənzilin 1/6 hissəsinin üzərinə qoyulmuş həbsin ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 2303/2017 saylı, 10.03.2017-ci il tarixli icra sənədinə əsasən Borclu, X4 və X2 müştərək qaydada cəmi 195141,68 ABŞ dolları mərkəzi bankın müəyyən etdiyi məzənnə üzrə manatla Tələbkar1 ASC-nin xeyrinə tutulmalıdır. Tələb üzrə tutma borclu X1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 9-cu döngə, 46B ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evi açıq hərracdan satılmalı, ipoteka predmetinin açıq hərracda ilkin satış qiyməti 160000 manat müəyyən edilməli, əldə olunan vəsait hesabına tələbkarın borc tələbi ödənilməlidir. Satışdan götürülən və ya əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq məbləğ borclu X3 qaytarılmalıdır. İpoteka predmetinin açıq hərrac vasitəsi ilə satışından əldə edilmiş pul vəsaitinin borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc X4, Borclu və X2 birgə qaydada tutulmalıdır. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 9-cu döngə, 46B ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində X4, Borclu və X5 həmin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı, fərdi yaşayış evi boşaldılmalı və Tələbkar1 ASC-yə təhvil verilməlidir. Ekspertiza xərci olan 200 manat məbləğində pul Azərbaycan Respublikası “xxxx” MMC-nin xeyrinə X4, Borclu və X2 birgə qaydada tutulmalıdır. İpoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 9-cu döngə, 46B ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracdan 102000 manata satılmışdır. Qalan vəsaitin ödənilməsi üçün icra sənədi Borclu aid hissədə şöbənin icraatına 24.05.2019-cu il tarixində daxil olmuş və icra sənədinin könüllü olaraq təmin edilməsi üçün borclunun ünvanına xəbərdarlıq məktubu göndərilmişdir. Tələbkar1 ASC 22.01.2021-ci il tarixli məktubu ilə şöbəyə müraciət edərək icra sənədinin “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli 8(005)-76/2021 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli 8(005)-6/2020 saylı qərardadı ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Cıdır-3 döngəsi, 14 Dağlıq 86, 28 saylı mənzilin 1/6 hissəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Həmin qərardaddan Tələbkar1 ASC şikayət verərək, onun ləğv edilməsini xahiş etmiş, şikayəti onunla əsaslandırmışdır ki, 08.09.2020-ci il tarixdə Tələbkar1 ASC ilə cavabdeh arasında qətnamə üzrə olan borcun 36 ay müddətinə ödənilməsi üçün razılaşma bağlanmışdır. O üzdən tələbkar 22.01.2021-ci il tarixdə məktub ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə geri qaytarılması barədə icra şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh razılaşmanın 1.4-cü bəndinin tələblərini pozaraq, razılaşmaya əməl etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tələbkarın nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, RB05/PK-1345 saylı 10.02.2021-ci il tarixli ərizənin qəbul edilərək, nəzərə alınmasını xahiş etmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.01.2020-ci il tarixli 8(005)-6/2020 saylı qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2303/2017 saylı, 10.03.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Cıdır-3 döngəsi, 14 Dağlıq 86, 28 saylı mənzilin 1/6 hissəsinin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş Tələbkar1 ASC tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 22.01.2021-ci il tarixli məktubun surətindən görünür ki, icra sənədinin “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Tələbkar tərəfindən göndərilmiş ərizəyə əlavə olunan Tələbkar1 ASC-nin 10.02.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 8(005)-521/2019 saylı 18.07.2019-cu il tarixli qərardadı ilə cavabdeh Borclu məxsus “Toyota Prado” minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Tələbkar1 ASC ilə borclu arasında 08.09.2020-ci il tarixində bağlanmış razılaşma müqaviləsinə əsasən Nərimanov rayon İcra və probasiya şöbəsinə İcra haqqında Qanunun 23.1.1 maddəsinə əsasən məktub verilmişdir. Buna əsasən İcra məmuru tərəfindən görülmüş icra tədbirlərinə xitam verilməsi üçün məhkəməyə təqdimat verilmişdir. Lakin borclu tərəfindən razılaşma şərtləri pozulmuş, ödəniş edilməmişdir. Bunu nəzərə alaraq icra işinin icra edilməsi üçün yenidən İcra və probasiya şöbəsinə yönəldilməsi və qoyulmuş məhdudiyyətin götürülməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. “AZEMİS” Elektron məhkəmə sistemindən çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli 8(005)-75/2021 saylı qərardadından görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru eyni əsaslarla təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.07.2019-cu il tarixli qərardadı ilə Borclu adına olan avtomobillərin üzərinə qoyulmuş həbsin ləğv olunmasını xahiş etmiş, qeyd olunan qərardadla təqdimat təmin edilməmişdir. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli 8(005)-77/2021 saylı qərardadından görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru eyni əsaslarla təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.01.2020-ci il tarixli qərardadı ilə Borclu adına olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 347 ünvanında yerləşən 0,09 ha bağ torpaq sahəsinin üzərinə qoyulmuş həbsin ləğv olunmasını xahiş etmiş, qeyd olunan qərardadla təqdimat təmin edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Göründüyü kimi, borclu razılaşmaya əməl etmədiyi üçün, tələbkar icra sənədinin yenidən icraya yönəldilməsini və buna görə də məhdudiyyətin götürülməməsini xahiş etmişdir. İcra sənədi üzrə tələb tam təmin edilməmişdir. Məhkəmə tərəfindən qeyd olunan hallar araşdırılmadan icra məmurunun təqdimatı təmin edilmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qeyd olunan hallar nəzərə alınaraq, təqdimata yenidən baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar1 ASC tərəfdən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli 8(005)-76/2021 saylı qərardadı ləğv edilsin və Borclu mülkiyyətində olan mənzilin 1/6 hissəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra və probasiya Şöbəsinin böyük icra məmuru Cəmil Tağıyevin təqdimatına yenidən baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-195/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-195/2021
03.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver