Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-195/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Mirzə Tağızadə və Elşən Kazımovdan ibarət tərkibdə, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş “borclu "xxxx" ASC-yə məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə” təqdimata dair iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından borclu "xxxx" ASCnin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, icra məmurunun təqdimatı qismən təmin olunsun, icra sənədinin icrasının təmin edilməsi üçün borclu "xxxx" ASC-nin mülkiyyətində olan “Audi Q7” marklı **-AA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulsun, təqdimat qalan hissədə təmin olunmasın. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə görə, borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. Həmin Qanunun 44.1-ci maddəsindən görünür ki, məcburi icra tədbirinin tətbiqi üçün göstərilən 3 əsas birlikdə mövcud olmalıdır: 1) icra sənədi icra məmuruna təqdim olunmalıdır; 2) icraata başlamaq haqqında qərar qəbul olunmalıdır; 3) könüllü icra üçün borcluya verilmiş müddət keçməlidir. Hazırkı işdə hər 3 əsas mövcuddur. Belə ki, Tələbkar xeyrinə borclu "xxxx" ASCdən pul tutulması barədə 2(103)-729/2022 nömrəli iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il il tarixdə verilmiş icra sənədi icra məmuruna təqdim olunub. İcra məmuru icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul edib və qərarın surətini borcluya göndərməklə icra sənədində göstərilmiş tələbin onun tərəfindən könüllü icrası üçün 10 günlük müddət təyin edib. Lakin borclu icra sənədində göstərilən tələbi könüllü icra etməyib, könüllü icra üçün müəyyən olunmuş müddət isə keçib. Bununla da məcburi icra tədbirinin tətbiqi üçün əsaslar yaranıb. Ona görə də məcburi icra tədbiri kimi həmin avtomobilin üzərinə həbs qoyulması və avtomobili satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi yolveriləndir. Beləliklə, qərardadın mübahisələndirilən hissəsinin, yəni tədimatın təmin edilməsinə aid hissəsinin ləğv edilməsi üçün əsas yoxdur. Təqdimatın rədd edilməsinə aid hissədə qərardaddan şikayət verilmədiyinə görə həmin hissədə qərardadın əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-195/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-195/2023
16.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver