Məhkəmə qərarları › İş №8(103)-195/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-195/2025

06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-195/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Nərimanov Rayon Məhkəməsinin 8(005)-5/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu "xxxx" ASC-nin mülkiyyətində olan Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X19 5,0 tn adlı əmlakların üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 8432/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən tələbkarlar Tələbkar1, Tələbkar2, Tələbkar3, X7, X9, Tələbkar4, Tələbkar5, Tələbkar6, Tələbkar7, Tələbkar8, Tələbkar9 və Tələbkar10 Fərhad oğluna 2015-ci ilin yanvar ayından, Tələbkar11 2012-ci ilin iyun, iyul, avqust ayları üçün, 2015-ci ilin yanvar ayından, Tələbkar12 2010-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları uçün, 2015-ci ilin yanvar ayından, Tələbkar13 2012-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üçün, 2015-ci ilin yanvar ayından, Tələbkar14 Oğruc oğluna 2012-ci ilin fevral ayı üçün, 2015-ci ilin yanvar ayından, Tələbkar15 2012- ci ilin dekabr ayı üçün, 2015-ci ilin yanvar ayından, Tələbkar16 2012-ci ildən 7 ay, 2015-ci il yanvar ayından, Tələbkar17 2012-ci il üçün aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2014-cü ilin 8 ayı və 2015-ci ilin yanvar ayından, Tələbkar18 2011-ci il üçün iyun, iyul, avqust, sentyabr, oktyabr ayları, 2012-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları və 2015-ci ilin yanvar ayından, Tələbkar19 2011-ci ilin yanvar, fevral, iyul, avqust, sentyabr, oktyabr ayları üçün, 2012-ci ilin fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr ayları və 2015-ci ilin yanvar ayından, Tələbkar20 2010-2012-cı ıl üçün cəmi 17 ay, 2014-cü il üçün 3 ay və 2015-ci ilin yanvar ayından bu günədək ödənilməmiş ödənclərin və bu gündən etibarən ödənilməli olan ödənclərin hesablanaraq "xxxx" ASC tərəfindən ödənilməsi "xxxx" ASC-nin üzərinə vəzifə olaraq qoyulmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu "xxxx" ASCyə bildiriş göndərilmişdir. Həmçinin Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 saylı, xx.xx.2023-cü il tarixli, 2(005)-1040/2022 saylı, xx.xx.2022-ci il tarixli, eləcə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədləri icra edilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə "xxxx" ASC-yə məxsus Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X19 5,0 tn adlı əmlaklara baxış keçirilmiş və həmin əmlaklar "xxxx" ASC-nin rəhbəri X2 təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-540/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(035)- 8432/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1921/2022 saylı, xx.xx.2023-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1040/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" ASC-yə məxsus Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X19 5,0 tn adlı əmlakların üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan borclu "xxxx" ASC şikayət verərək, qərardadın ləğv edilməsini, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-540/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-446/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-540/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunması və Nərimanov rayon İcra şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün iş materiallarının həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Nərimanov Rayon Məhkəməsinin 8(005)-5/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı (hakim Nərgiz Tağıyeva) ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(035)-8432/2016 saylı, xx.xx.2016-cı il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1921/2022 saylı, xx.xx.2023-cü il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1040/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" ASC-nin mülkiyyətində olan Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X19 5,0 tn adlı əmlakların üzərinə həbs qoyulmuşdur. Həmin qərardaddan borclunun verdiyi şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası təqdimatı təmin edən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadını ləğv edərkən məhkəmə tərəfindən bir sıra məsələlərin araşdırılmalı olması ilə bağlı göstəriş vermişdir. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqdimatla üzərinə həbs qoyulması xahiş edilən əşyaların yuxarıda qeyd edilmiş növbəlilik qaydasında seçilib-seçilmədiyini araşdırmadan, hüquqi şəxsin həmin əşyalardan öncə həbs qoyulması üçün fəaliyyətində zəruri olmayan başqa əmlaklarının mövcudluğu istiqamətində icra məmuru tərəfindən hər hansı yoxlamanın aparıldığını aydınlaşdırmadan təqdimatı təmin etmişdir. Belə ki, iş materiallarındakı məhkəmənin iclas protokollarından icra işlərinin tələb edilərək araşdırıldığı, icra vərəqələrinin icrası ilə məşğul olan icra məmurunun məhkəməyə dəvət edilərək dinlənilməsinə dair hər hansı məlumat da öz əksini tapmamışdır. İş materiallarında olan icra məmurunun tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktdan da "xxxx" ASC-yə məxsus Üfüqi frez 6p82 (1), Şaquli frez CC315, Qollu frezləmə 6m13p, Şaquli koks frez (2 ədəd), Şaquli frez CC400, Üfüqi frez Ü400, Burğu pazaçan CBA24 (2 ədəd), Surətçıxaran frez Ü400, Körplü Kran 5,0 tn, X19 5,0 tn adlı əmlakların istehsalda bilavasitə istifadə edilən və ya edilməyən əmlaklar olduğunu müəyyən etmək mümkün olmamışdır. O cümlədən iş materiallarına nəzər yetirdikdə ərizəyə baxılması ilə bağlı tələbkar "xxxx" ASC-nin bildirişin göndərildiyi qeyd edilsə də, həmin bildirişin, onun məlum olan sonuncu hüquqi ünvanına göndərilib-göndərilmədiyi, bildirişin borcluya çatıb-çatmaması yoxlanılmamış, onun iştirakı olmadan verilən ərizəyə baxılmasının mümkünlüyü müzakirə edilməmişdir. Həmçinin, borclu tərəfindən verilmiş şikayətdə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarına edilən dəyişiklərdən sonra icra sənədləri üzrə ödənişlərin onun tərəfindən verilməsinin yolverilməzliyinə dair və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Tələbkar31 vəfat etməsi səbəbi ilə icra sənədinə xitam verilməli olduğuna dəlillər göstərilsə də, bu dəlilləri araşdırmaq üçün birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 269- cu maddəsinin ona verdiyi prosessual imkanlarından istifadə etmək əvəzinə, şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bununla bağlı rayon məhkəməsi tərəfindən icra işi tələb edilərək müvafiq araşdırma aparılmış, müəyyən edilmişdir ki, borclu barəsində bir neçə icra edilməmiş icra sənədləri vardır. Dəfələrlə inkasso sərəncamları verilsə də, hesablarında pul vəsaiti olmadığından bir nəticəsi olmamışdır. İcra məmurunun və tələbkarların izahatına əsasən, ASC hazırda aktiv fəaliyyət göstərmir, yalnız obyektlərini icrəyə verirlər. Həmçinin icra işinin materiallarında olan məhkəmə qərardadlarından və hərracın nəticələrinə dair protokollardan görünür ki, borclu "xxxx" ASC-yə məxsus oxşar, istehsalatda istifadə edilməli olan müxtəlif avadanlıqların üzərinə dəfələrlə həbs qoyulmuş və onlar hərraca çıxarılaraq satılmışdır. Buna baxmayaraq əldə edilən məbləğ borclunun icra sənədləri üzrə öhdəliklərinin tam şəkildə icrası üçün kifayət etməmişdir. Rayon məhkəməsinin müəyyən etdiyi kimi, icra məmuru ilk növbədə borcluya məxsus pul vəsaitlərinin mövcudluğunu araşdırsa da, bu məqsədlə inkasso sərəncamları tətbiq etsə də, bunun bir nəticəsi olmamışdır. İstehsalatda istifadə edilməyən avadanlıqlara gəlincə qeyd edilməlidir ki, icra işinin materiallarında olan hazırda həbs qoyulması xahiş edilən avadanlıqların fotoşəkillərindən də görünür ki, həmin avadanlıqlar köhnə, işlək vəziyyətdə olmayan, istifadə edilməyən avadanlıqlardır. Həmçinin daha əvvəllər də borcluya məxsus oxşar avadanlıqlar üzərinə həbs qoyularaq satılmışdır. Ən azından borcluya məxsus pul vəsaiti və yaxud digər istehsalda bilavasitə istifadə edilməyən əmlak olardısa, həmin vaxt da borclu etiraz edərdi. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-539/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu "xxxx" ASC-yə məxsus “Daewoo Espero minik” markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobilinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-909/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu "xxxx" ASC-yə məxsus Nərimanov Rayon Məhkəməsinin 2(0050- 8432/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" ASC-nin mülkiyyətində olan 12 ədəd körpülü kranın, 3 ədəd çatmalı kranın, 2 ədəd yük liftinin (yük/q 500 kq), 3 ədəd asma kranın (yük/q 2 ton), 16 ədəd bir tipli kranın, 5 ədəd hava tutumunun (V-6,3 m3), 2 ədəd induksiya sobasının 144T-0,4/0,5-143 (0,4 ton) 1 ədəd induksiya sobasının 144T-2.5T (2.5 ton), 1 ədəd induksiya sobasının İ44HT-10T (10 ton) üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-138/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu "xxxx" ASC-yə məxsus Nərimanov Rayon Məhkəməsinin 2(005)- 8432/2016 saylı. xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" ASC-nın rəhbəri X5 üçün təhvil verilmiş "xxxx" ASC-nin mülkiyyətində olan metal tərkibli bir neçə avadanlıqların, metal qırıntılarının, metal əritnn peçlərinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-138/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu "xxxx" ASC-yə məxsus Nərimanov Rayon Məhkəməsinin 2(005)- 8432/2016 saylı. xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" ASC-nın rəhbəri X5 üçün təhvil verilmiş "xxxx" ASC-nin mülkiyyətində olan metal tərkibli bir neçə avadanlıqların, metal qırıntılarının, metal əridən peçlərinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-538/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu "xxxx" ASC-yə Nərimanov Rayon Məhkəməsinin 2(005)- 8432/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" ASC-nın rəhbəri X5 üçün təhvil verilmiş "xxxx" ASC-nin mülkiyyətində olan metal tərkibli torpaq gildən istehsal edən kərpic xətti avadanlığı, 1 ədəd teplovoz, 1 ədəd quraşdırılmamış körpülü kran, 2 ədəd hasalı kran, 1 ədəd kompressor, 3 ədəd metal əridən şaquli sobalar (vaqranka) üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-440/2023 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu "xxxx" ASC-nin rəhbəri X6 üçün təhvil verilmiş "xxxx" ASC-nin mülkiyyətində olan 1 ədəd üfüqi yonma dəzgahı (2620), 1 ədəd hidravlik pres, 1 ədəd konsol frez dəzgahı, 1 ədəd diş açan frez dəzgah, 1 ədəd pres qayçı, 1 ədəd vintaçan torna dəzgahı (1 M61H), 1 ədəd vintaçan torna dəzgahı (1 K62), 1 ədəd vintaçan toma dəzgahı (T İSO/1500), 1 ədəd vintaçan torna dəzgahının (16K 20)üzərinə həbs qoyulması qərara alınmışdır. Hərracın yekunları barədə 23/03 saylı, xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8432/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbin təmin edilməsi məqsədilə keçirilmiş hərracda da borcluya məxsus avadanlıqlar X3. Hərracın yekunları barədə 73/01-1 saylı, xx.xx.2021-ci il tarixli protokolun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə tələbin təmin edilməsi məqsədilə hərrac keçirilmiş və qalib alıcı X18 olmuşdur. Ona da eyni şəkildə borclu quruma məxsus avadanlıqların satılması həyata keçirilmişdir. Hərracın yekunları barədə 45/01 saylı, xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8432/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbin təmin edilməsi məqsədilə keçirilmiş hərracda da 4000 manat dəyəri olan dəzgah X4. Hərracın yekunları barədə 26/01 saylı, xx.xx.2024-cü il tarixli protokolun surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8432/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-111/2009 saylı, xx.xx.2009-cu il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1040/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbin təmin ediləsi məqsədilə keçirilmiş hərracda da borcluya məxsus avadanlıqlar X1. "xxxx" ASC-nin Nərimanov icra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 8432/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə quruma məxsus və satışa çıxarılmasını xahiş etdikləri avadanlıqların siyahısı göndərilmişdir. "xxxx" ASC-nin Nərimanov icra şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, onlar borcun qısa zamanda ödənilməsinin təmin ediləcəyini bildirmişdirlər. Həmçinin icra işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-724/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Tələbkar31 vəfat etməsi səbəbindən icra sənədi üzrə icraat dayandırılmış, vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında tələbkarın hüquqi varisi qismində nəvəsi X17 cəlb edilmiş, ona 41792 manat pul ödənilmiş, 15555,15 manat borc isə qalmışdır. Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə yə himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları ilə bağlı isə rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, icra işinin materiallarında olan Bakı şəhəri Nərimanov Məhkəməsinin 8(005)- 143/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8432/2016 saylı, xx.xx.2016-cı il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-111/2009 saylı, xx.xx.2009-cu il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1040/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin verilməsi üçün əsas olmuş məhkəmə qərarlarına izah verilməsi ilə bağlı icra məmuru tərəfindən təqdimat verilmiş, lakin ərizə təmin edilməmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, mülki iş üzrə cavabdeh qismində cəlb edilməyən dövlət orqanının üzərinə məhkəmə qətnaməsinin icrası vəzifəsinin qoyulması məhkəmə qətnaməsinin izahı çərçivəsində mümkün deyil və ümumiyyətlə, mülki prosesin prinsiplərinə ziddir. Eyni zamanda təqdimata əlavə edilmiş sənədlərlə tələbkar şəxslərə ödənilən pensiyaların həcminin artması ilə qətnamədə qət edilmiş ödənclərin ödənilməsi arasında hər hansı bağlılıq müəyyən edilməmişdir. Yuxarıda istinad edilən normativ hüquqi aktlardan görünür ki, zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1, 45.2 və 45.6-cı maddələrinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Eyni zamanda “İcra haqqında” Qanunun 58-ci maddəsində borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılmasının növbəliliyi müəyyən edilmişdir. Həmin maddəyə görə, borclu hüquqi şəxsin əmlakı üzərinə həbs qoyulması və onun satılması aşağıdakı növbəlilik üzrə həyata keçirilir: birinci növbədə - istehsalda bilavasitə istifadə edilməyən əmlak (qiymətli kağızlar, borclunun depozit və digər hesablarındakı pul vəsaitləri, valyuta sərvətləri, minik nəqliyyat vasitələri, ofislərin dizayn əşyaları və sair əmlak); ikinci növbədə - hazır məhsul (əmtəə), habelə istehsalda bilavasitə istifadə edilməyən və istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmamış digər maddi sərvətlər; üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə istehsalda bilavasitə istifadə üçün nəzərdə tutulmuş xammal və materiallar, dəzgahlar, avadanlıqlar və digər əsas vəsaitlər; dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002ci il 7 may tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.) Beləliklə də işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır ki, borcluya məxsus digər əmlaklar müəyyən edilmədiyindən, rayon məhkəməsi təqdimatda göstərilən əşyaların üzərinə həbs qoymaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 8(005)-5/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar