Məhkəmə qərarları › İş №8(103)-20/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-20/2021

13.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-20/2021 13.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Xəyal Əjdər oğlu Sarıyev və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-149/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələbkar məhkəmə nəzarəti qaydasında Qaradağ rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyindən şikayət verərək, Qaradağ rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarının tələbkara, yəni ona qanunla müəyyən edilmiş müddətdə verilmədiyi, müraciət (vəsatətlərinə) qanunla müəyyən edilmiş müddətdə baxılmadığı Qaradağ rayon İcra və Probasiya şöbəsinin qanun pozuntusu kimi tanınmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-698\2020№-li qətnaməsinə əsasən 2500 manat pul borcludan tutulub ona verilməlidir. Məhkəmə İcra Sənədini xx.xx.2020-ci il tarixdən icraata versə də, icraatı başlamaq haqqında qərar ona yalnız xx xxxxxx 2020-ci il tarixdə göndərilmişdir. Qaradağ rayon İcra və Probasiya şöbəsinin icraatı başlamaq haqqında qərarının ona (tələbkara) vaxında göndərilməməsi, müraciətinə vaxtında baxılmaması qanun pozuntusu kimi tanınmalıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-149/2020 saylı xx xxxxxxx 2020ci il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-698/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Tələbkar məhkəmə nəzarəti qaydasında Qaradağ rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyindən şikayəti təmin edilməmişdir. Tələbkar qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələrdə karguzarlığın aparılması Təlimatı və MPM- nin müvafiq maddələri Məhkəmə tərəfindən pozulmuşdur. Şikayətinin əsas tələbi Qaradağ rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında qərarının qanunla müəyyən edilmiş müddətində verilmədiyi olsa da, Qaradağ rayon Məhkəməsinin 8(002)-149/2020 №-li qərardadının 2-ci səhifəsində sübutlar siyahısında sözügedən qərarın ona verilməsini göstərən sübut yoxdur. X6 sahibkardır, iş üçün bu mühüm məlumat araşdırılmamış, Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(002)-149/2020 №-li qərardadında öz əksini tapmamışdır. X6 sahibkar kimi avtomobilimin təmiri üçün ondan pul almışdır, avtomobilinin hissələrini satmışdır, X6 sahibkarlıq fəaliyyəti ilə mənə ziyan vurmuşdur, şikayətimlə yoxlama aparılmış Vergi Departamentinin qərarına əsasən borclu xəbərdarlıq edilmişdir. İcra qurumu aldığı Vəsatətlərinə qanunla müəyyən edilmiş müddətdə baxmadığı Qaradağ rayon İcra və Probasiya şöbəsinin qanun pozuntusu kimi tanınmasını məhkəmədən istəmişdi. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı əsassızdır, ləğv edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-149/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-149/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 698/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli X3 ünvanlanmış bildirişin (tələbin könüllü icrası haqqında) surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-698/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuşdur. İş materiallarında olan “SMS bildirişin” göndərilməsi barədə çıxarışın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-698/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuşdur. İş materiallarında olan “SMS bildirişin” göndərilməsi barədə çıxarışın surətindən görünür ki, Tələbkar borclu E.Tağıyevin AR İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb olunması barədə məlumat göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 8(002)-150/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən icra məmurunun təqdimatı təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-698 / 2020 saylı icra vərəqəsinə əsasən borclu, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan qeydiyyatda olan X2 ölkədən getmək hüququ müvəqqəti olaraq - 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi 8(002)-146/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilməsi, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X1 rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan məlum olur ki, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən, icra məmuru tərəfindən məhkəməyə borclunun əmlakına həbs qoyulması və borclunun ölkədən çıxışının məhdudlaşdırılması barədə məhkəməyə təqdimatlar verilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-698/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən icra məmuru tərəfindən qanunla müəyyən edilmiş hərəkətlər edildiyindən, Tələbkar məhkəmə nəzarəti qaydasında Qaradağ rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyindən şikayəti təmin edilməməlidir. Şikayətin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı şəkildə qəbul edilmişdir, şikayətin dəlilləri formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-149/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Tələbkar şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-149/2020 saylı xx xxxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar