Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-20/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(010)-191/2023 nömrəli qərardadından tələbkar X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh Borclu2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri ünvan 1 ünvanına aid tikililər istisna olmaqla, tikintiyə heç bir sənəd olmadan, qanunsuz dövlətin balansında olan torpaq sahəsini, həmçinin ümumi avtomobil yolunu zəbt edərək onun və ailəsinin həyətdən maşınla çıxmasına maneələr yaradan ümumi istifadədə olan torpaq və avtomobil yolunda Borclu2 eni 4.4 m, uzunluğu 6 m olan tikilisinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X2 məxsus Bakı şəhəri, ünvan 3 B; yeni qaydalarla Bakı şəhəri, ünvan 2 ünvanından, yəni həmin evin yerləşdiyi dalandan küçəyə giriş-çıxışa yaradılan qismən maneənin aradan qaldırılması üçün Bakı şəhəri, ünvan 3 ünvanına aid tikililər istisna olmaqla, cavabdeh Borclu2 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4 m enində, 6.0 m uzunluğunda apardığı özbaşına tikilinin həmin cavabdehin hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İcra sənədi üzrə tələbkar X3 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Teymur Bayramovun hərəkətsizliyinin (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı qətnaməsinin icrası üzrə) qanunsuz hesab edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 3677/2019 saylı qətnaməsi üzrə verilmiş icra vərəqi üzrə qeyd edilmiş edilmiş tələbin (Bakı şəhəri, ünvan 3 B; yeni qaydalarla Bakı şəhəri, ünvan 2 ünvanından, yəni həmin evin yerləşdiyi dalandan küçəyə giriş-çıxışa yaradılan qismən maneənin aradan qaldırılması üçün Bakı şəhəri, ünvan 3 ünvanına aid tikililər istisna olmaqla, cavabdeh Borclu2 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4 m enində, 6.0 m uzunluğunda apardığı özbaşına tikilinin həmin cavabdehin hesabına sökülməsi), habelə texniki pasportda nəzərdə tutulmayan və qətnamədə qeyd olunan ölçülərin (4.4 m enində, 6.0 m) içərisində olan özbaşına tikililərin ümumilikdə sökülməsinin icra məmuru Teymur Bayramov (yaxud Suraxanı rayon İcra Şöbəsinin icra məmurları) tərəfindən təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(010)-191/2023 saylı qərardadı ilə icra məmurunun hərəkətlərindən şikayət təmin edilməmişdir. Hazırda tələbkar X3 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(010)-191/2023 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında həm hakim, həm də icra məmuru Teymur Bayramov 2(010)-3677/2019 saylı qətnamədə qismən yazıldığı üçün hasara aid olduğunu deyirlər, qətnamədə qeyd olunan texniki pasportda nəzərdə tutulmayan qanunsuz tikiliyə aid olunan göstəricilərə əhəmiyyət vermirlər. Məhkəməyə müraciətindən sonra icra məmuru Teymur Bayramov Borclu2 sözügedən qətnaməni yerinə yetirmədiyi üçün ikinci dəfə inzibati məhkəməyə müraciət etmişdir. Baxmayaraq ki, borclu eni 4.4 metr hasarı və 6 m hasardan 2.5 m sökmüşdür. Qərardad qəbul olundu ki, icra məmurunun ərizəsinə xitam verilsin. Nəinki qətnaməyə əsasən texniki pasportda nəzərdə tutulmayan qanunsuz tikililər, heç hasar da sökülməmişdir. Sözügedən qərardadda qeyd olunur ki, işıq sayğacı və su sayğacının yeri dəyişdirilmişdir. Lakin borclu həmin sayğacları 2.5 m-dən sonra sökülməli olan hasarın üzərinə quraşdırmışdır. İcra məmuru Teymur Bayramov bu fakta göz yummuş, həmçinin şərait yaratmış, özü bu proseslərdə iştirak etməmiş, hətta qətnamədən növbəti dəfə kənar çıxmışdır. Ən əsası da odur ki, hakim tərəfindən baxış keçirilən zaman onun faktları göstərməsinə baxmayaraq, əhəmiyyət verilməmişdir. “Azəriqaz” nümayəndələri küçəyə gəlib qaz dirəyini yalnız onlara göndərilən ölçüləri Borclu2 tam sökdüyündən sonra dəyişəcəklərini söyləmişlər. Lakin bu günə kimi qətnamə tam yerinə yetirilmir. Qərardadda heç icra məmuru Teymur Bayramova tövsiyə olunmamışdır ki, qətnamənin icrasını davam etsin. Artıq dekabr ayıdır, nə Borclu2, nə də icra məmuru Teymur Bayramov söküntünü davam etdirməyə çalışmırlar. Şikayətin digər dəlilləri icra məmurunun hərəkətlərindən verilmiş şikayətin məzmunu ilə eynilik təşkil edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(010)-191/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, qətnamə ilə sökülməsi qət edilən özbaşına tikili 4.4 m enində, 6 m uzunluğunda hasar tikilisidir. Qətnamədə başqa tikilidən, şikayətçinin istinad etdiyi hamam-tualet tikilisindən söhbət getməmişdir. Bu səbəbdən icra məmurunun həmin ərazidə yerləşən bütün özbaşına tikililərin sökülməsini təmin etmək vəzifəsi olmamışdır. Həmçinin, icra sənədinin icraya yönəldilməsindən keçən uzun müddət ərzində tam icra edilməməsinin əsas səbəbi icra sənədi üzrə borclu tərəfindən sökülməli olan tikilinin (hasarın) üzərində işıq və qaz sayğaclarının yerləşməsi, habelə həmin yerdən qaz borularının keçməsi olmuşdur. Hansıki, icra məmurunun müvafiq idarələrə müraciətindən sonra sayğacların yeri dəyişdirilmiş və bundan sonra borclu tərəfindən yuxarıda qeyd olunan hissədə hasar sökülmüşdür. Bundan başqa, icra məmuru iki dəfə borclu Nizami İsmayılov barədə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(010)-1291/2023 saylı qərarı ilə birinci dəfə Borclu2 İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə) beş yüz manat məbləğində inzibati cərimə edilmişdir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, icra məmuru tərəfindən icra sənədindəki tələbin yerinə yetirilməsi istiqamətində zəruri icra hərəkətləri edilmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(010)-191/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-20/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-20/2024
24.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver