Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-200/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı X1 iştirakı ilə Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmurunun Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 07 mart 2013-cü il tarixli , 2(001)-67/13 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu aid nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və tələbin həmin nəqliyyat vasitəsinə yönəldilməsi barədə təqdimatına dair iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2013-cü il tarixli, 2(001)-67/13 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyevin təqdimatı məhkəmənin 23 oktyabr 2020-ci il tarixli 8(001)-540/2020 saylı qərardadı ilə qismən təmin edilmiş, Borclu mülkiyyətində olan “Volkswagen Jetta” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmişdir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 8(001)-540/2020 saylı qərardadından şikayət vərərək, həmin qərardadın ləğv edilməsini və avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Borclu,tələbkar “xxxx” ASC-nin və Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinn nümayəndələri kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apelyasiya qaydasında baxılarkən Maraqlı şəxs tərəfindən Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 8(001)-540/2020 saylı qərardadından verdiyi şikayətindən imtina etdiyini və iş üzrə apellyasiya icraatına xitam verilməsi barədə məhkəməyə ərizə daxil olmuşdur. Kollegiyanın iclasında iştirak edən Maraqlı şəxs Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 8(001)-540/2020 saylı qərardadından verdiyi şikayətindən imtina etdiyini və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Kollegiya ərizəni nəzərdən keçirərək, hazırkı iş üzrə məhkəmə Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 8(001)-540/2020 saylı qərardadından verdiyi şikayətdən imtina edilməsi barədə ərizənin qəbul edilməsini xahiş edən Maraqlı şəxs dinləyərək, hesab edir ki, şikayətdən imtina, apellyatorun iradə ifadəsi olduğundan və digər şəxslərin hüququna toxunmadığından, onun şikayətindən imtinaya dair ərizəsi qəbul edilməli və hazırkı iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 369.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qərarının tanınmasına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 8(001)- 540/2020 saylı qərardadından Maraqlı şəxsnın şikayətindən imtinası qəbul edilsin. Apellyasiya icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №8(103)-200/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-200/2021
06.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver