Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-201/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(009)-495/2017 saylı qərardadından borclu Kərimova (Məmmədova) Yeganə Sabir qızı tərəfindən verilmiş şikayət açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu Kərimova (Məmmədova) Yeganə Sabir qızı Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edıərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2017 saylı qərardadı əsasında ona məxsus olan üzərinə qoyulmuç həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(009)- 495/2017 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, aşağıda sadalanan dəlillərə əsasən şikayət olunan qərardad ləğv edilib, həbsin götürülməsi barədə ərizəsi təmin edilməlidir. Belə ki, adı çəkilən əmlakların üzərinə həbs, Səbail rayon məhkəməsinin 2(009)- 5311/2016 saylı xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsinin icrası ilə bağlı, icra məmuru tərəfindən borcluya məxsus əmlakların üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsi əsasında qoyulmuşdur. Bu barədə həmin məhkəmənin 8(009)-495/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı olmuşdur. Göründüyü kimi adı çəkilən əmlaklar borca qarşı girov deyil, ipotekaya qoyulmamış və ya digər formada icrası həyata keçirilən kredit borcuna qarşı yüklü edilməmiş, icra zamanı aşkar edilmiş borcluya məxsus sərbəst əmlakdır. Götürülməsi tələb edilən həbs isə iddianın təmini tədbiri ilə bağlı deyil, sırf olaraq qiyabi qətnamə əsasında verilmiş icra sənədinin icrası ilə bağlı qoyulmuşdur. Səbail rayon məhkəməsinin adı çəkilən xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsi həmin məhkəmənin 2(009)-5311/2016 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. Bu baxımdan da yəni artıq mövcud olmayan məhkəmə aktı əsasında verilmiş icra sənədinin hüquqi qüvvəsinin itirdiyindən, Səbail rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə qiyabi qətnamə əsasında verilmiş icra sənədinin icrasına xitam verilmişdir. İcraatına xitam verilmiş icra işi üzrə mövcud tədbirlərin qüvvəsindən düşdüyü bəllidir. Adı çəkilən əmlak üzərində qoyulmuş həbs də məhz icra icraatı ilə bağlı olduğundan, qüvvəsində saxlanıla bilməz. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayətə etiraz etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş (nümayəndəsi) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18.02. 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(009)-5311/2016 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, Tələbkar ASC ilə X2 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli C43/12 nömrəli Kredit Müqaviləsindən xx.xx.2016-cı il tarixə yaranmış əsas borc üzrə 1.999.554,81 (bir milyon doqquz yüz doxsan doqquz min beş yüz əlli dörd avro səksən bir sent) EUR, faiz borcu üzrə 767.139,90 (yeddi yüz altmış yeddi min yüz otuz doqquz avro doxsan sent) EUR, cərimə borcu üzrə 681.847,14 (altı yüz səksən bir avro səkkiz yüz qırx yeddi avro on dörd sent) EUR, cəmi 3.448.541,85 (üç milyon dörd yüz qırx səkkiz min beş yüz qırx bir avro səksən beş sent) EUR məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş günü üçün müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və məhkəmə müracit etmə\k üçün ödənilmiş 31 manat dövlət rüsumunun əvəzinin X2ndan tutulub “Tələbkar “ ASC-yə ödənilməsi qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(009)-5311/2016 saylı qiyabi qətnaməsi ləğv edilsə də və qiyabi qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilsə də, qiyabi qətnamə ləğv edildikdən sonra qeyd edilən mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-112/2019 saylı yekun məhkəmə qətnaməsi ilə iddiaçı Tələbkar ASC-nin cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası qismən edilməklə cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 3.066.694,71 EUR pul tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) aymüddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(009)-495/17 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-201/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-201/2020
30.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver