Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-201/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Borclu, tələbkarın nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-140/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Faiq Əkbərovun Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, icraatında olan yuxarıda qeyd edilən icra vərəqəsinə əsasən Borclu 21.920 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Borclu tələbi könüllü olaraq icra etməmişdir. Borclu adına ********** qeydiyyat nömrə ilə, 22.04.2011-ci il tarixdə qeydiyyata alınmış Ağstafa rayonu, Həsənsu kəndində fərdi yaşayış evi aşkar olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 8(001)-624/2020 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 3969/2018 saylı 17.12.2018-ci il tarixli icra sənədi ilə əlaqədar, xx.xx.1959-cu il tarixdə Qazax rayonu, Göyçəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Həsənsu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Borclu adına aşkar olunmuş ********** qeydiyyat nömrəsi ilə 22.04.2011-ci il tarixində Ağstafa rayonu Həsənsu kəndində qeydiyyata alınmış fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.01.2021-ci il tarixli, 8(103)- 35/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-140/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı ilə, şikayət rədd edilərək, təqdimatın təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3969/2018 saylı, 17.12.2018-ci il tarixli icra sənədi ilə əlaqədar, xx.xx.1959-cu il tarixdə Qazax rayonu, Göyçəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonu, Həsənsu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Borclu adına aşkar olunmuş ********** qeydiyyat nömrəsi ilə 22.04.2011-ci il tarixində Ağstafa rayonu Həsənsu kəndində qeydiyyata alınmış fərdi yaşayış evinin üzərinə həbs qoyulması, qərardadın icrasının Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi qərara alınmışdır (sədrlik edən: Nigar Nəbizadə). Borclu məhkəməyə şikayətlə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-140/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclunun mülkiyyətində olan, özünün və ailə üzvülərinin normal yaşayışını təmin edəcək yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Onun və ailəsinin başqa yaşayış yeri yoxdur, hazırda yaşadığı rayonda iş tapa bilmədiyindən ailə üzvüləri ilə birlikdə müvəqqəti olaraq Bakı şəhərində gəlininin bacısı X2 məxsus evdə yaşayırlar, həmin şəxs onlara mənzili qohum olduqları üçün mərhəmət göstərərk müvəqqəti yaşamaları üçün vermişdir, kirayə haqqı ödəmirlər, kirayə müqaviləsi də bağlamamışlar, ailəsinin aylıq gəliri çox aşağı olduğundan kirayə mənzildə qalmaq imkanları belə yoxdur, bu barədə məhkəmə iclasında bildirsə də hakim bunları nəzərə almamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-140/2021 saylı, 07.04.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-140/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən Borclu şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən tələbkarın nümayəndəsi T.Hüseynov borclunun şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, həm birinci instansiya məhkəməsinda icraat zamanı, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak edən Borclu özü izahatında bildirmişdir ki, artıq 5 ildən çoxdur ki, mübahisəli evdə deyil, Bakı şəhərində yaşayır. Hal-hazırda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyir. Qeyd edilən hallar iş materialları ilə də öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən çıxarışdan görünür ki, Borclu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində gözətçi işləyir və 260 manat əmək haqqı alır. İş materiallarında olan “AZEMİS” Məhkəmə İdarəetmə Sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ünvan 3 ünvanında yerləşir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən icra işi tələb olunmuş və icra işinin materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 22.10.2019-cu il tarixli arayışından görünür ki, Borclu Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, 44 saylı evin 20 nömrəli mənzilində qeydiyyatsız yaşayır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Sadalanan xüsusatlara əsasən kollegiya qeyd edir ki, Ağstafa rayonu Həsənsu kəndində yerləşən fərdi yaşayış evi Borclu yeganə yaşayış yeri deyildir. Belə olduğu halda, mübahisəli ev borclunun yeganə yaşayış yeri olmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 saylı qərarı və bu qərar ilə təsdiq edilmiş “Fiziki şəxs barədə icra sənədi icra olunarkən tələbin yönəldilməsi yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na istinad etməklə mübahisəli əmlakın üzərindən həbsin götürülməsinə əsas verən hal mövcud deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ********** qeydiyyat nömrəsi ilə 22.04.2011-ci il tarixində Ağstafa rayonu Həsənsu kəndində qeydiyyata alınmış fərdi yaşayış evi Borclu yeganə yaşayış yeri olmadığından əmlakın üzərinə həbs qoyulması ilə bağlı birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuş və şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-140/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-140/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-201/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-201/2021
07.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver