Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-202/2024 10.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-51/2024 saylı, 18 aprel 2024-cü il tarixli qərardadından Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Tələbkar icra məmurunun hərəkətsizliyinə dair qərardad qəbul edilməsi barədə məhkəməyə müraciət edərək Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(006)-141/2019 saylı icra sənədi üzrə icra işinə dair hərəkətsizliyi qanunsuz hesab olunmaqla, həmin icra sənədinin icrasının təmin edilməsi öhdəliyinin onun üzərinə qoyulması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə göstərilir ki, Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2019- cu il tarixli, 2(006)-141/2019 nömrəli qətnaməsi ilə cavabdeh “Çakır Yapı Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı filialından 316 525 manat məbləğində pulun alınaraq Tələbkar verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(006)-141/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qətnamə ilə bağlı 16 avqust 2019-cu il tarixli, 2(006)-141/2019 saylı icra vərəqəsi icra edilməsindən ötrü Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Həmin icra sənədi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin 8(006)-1080/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Nəsimi rayon icra şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən verilmiş təqdimat qismən təmin edilərək, “Çakır Yapı Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********), “Çakır Yapı və Kamer X5” MMC-nin (VÖEN: **********) və “Çakır Yapı və X7” MMC-nin (VÖEN: **********), "xxxx" ASC-də olan hesablarının üzərinə həbs qoyulması qərara alınmışdır. Lakin sonradan, müəmmalı səbəbdən Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova yenidən eyni məzmunlu təqdimatla məhkəməyə müraciət edərək, borclu “Çakır Yapı Sanayi və Ticarət Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********), “Çakır Yapı və Kamer X5” MMC-nin (VÖEN: **********) və “Çakır Yapı və X7” MMC-nin (VÖEN: **********), "xxxx" ASC-də olan hesablarının üzərinə həbs qoyulması və həmin hesablardan pul vəsaitinin silinməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Halbuki, Nəsimi Rayon Məhkəməsinin 8(006)-1080/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə artıq borcluya məxsus həmin pul vəsaitinin üzərinə həbs qoyulduğundan icra məmuru özü də həmin vəsaitlərin bankdan silinməsi barədə qərar qəbul edə bilərdi. Lakin icra məmuru nədənsə bunu etməmişdir. Nəticədə isə bu dəfə Nəsimi Rayon Məhkəməsinin 8(006)-1080/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə icra məmururun təqdimatı təmin edilməmiş, bu azmış kimi borclunun pul vəsaiti hesablarının üzərinə həbs qoyulması barədə Nəsimi Rayon Məhkəməsinin 8(006)-1080/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilərək, borclu “Çakır Yapı və Kamer X5” MMC-nin "xxxx"-ASC-də olan hesabları üzərinə qoyulmuş həbs götürülmüşdür. Bununla da borcluya pul vəsaitlərini hesabdan çıxarmasına şərait yaradılmışdır. Daha sonra isə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(006)-141/2019 nömrəli qətnaməsi ilə bağlı icra sənədinin icrasına səthi yanaşmış, borclunun ölkədən çıxmasına dair qadağa qoymamış, icra vərəqəsində göstərilmiş pul məbləğinin ona ödənilməsi üçün heç bir icra tədbirləri görməyərək, hərəkətsizlik göstərmişdir. Qətnamənin icra olunmamasında Nəsimi rayon İcra şöbəsinin rəisi Yavər Allahverdiyev maraqlıdır. Bununla da borcluya pul vəsaitlərini hesabdan çıxarmasına şərait yaradılmışdır. Daha sonra isə Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(006)-141/2019 nömrəli qətnaməsi ilə bağlı icra sənədinin icrasına səthi yanaşmış, borclunun ölkədən çıxmasına dair qadağa qoymamış, icra vərəqəsində göstərilmiş pul məbləğinin ona ödənilməsi üçün heç bir icra tədbirləri görməyərək, hərəkətsizlik göstərmişdir. Qətnamənin icra olunmamasında Nəsimi rayon İcra şöbəsinin rəisi Yavər Allahverdiyev maraqlıdır. Belə ki, dəfələrlə ona müraciət edərək icra sənədinin icra edilməməsi ilə bağlı öz iradını bildirsə də, bu şəxs saymamazlıq göstərərək, haqlı iradlarına heç bir məhəl qoymur. Ona görə də icra sənədinin icra edilməməsi ilə bağlı Ədliyyə Nazirinin qəbulunda olmuş, ona bu barədə şikayət etmişdir. Qəbul zamanı Nəsimi rayon İcra şöbəsinin bu hərəkətsizliyi pislənmiş və borcludan pulun vaxtında tutularaq ona verilməsi barədə cavabdehə tapşırıqlar verilmişdir. Lakin Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova həmin göstərişlərə də əməl etməyərək icra sənədinin təmin edilməsi ilə bağlı heç bir icra tədbirləri görməyərək hərəkətsizlik göstərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-51/2024 saylı, 18 aprel 2024-cü il tarixli qərardadı ilə şikayətin qismən təmin edilərək Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişovanın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(006)-141/2019 saylı icra sənədi üzrə icra işinə dair hərəkətsizliyin qanunsuz hesab olunması; şikayətin digər hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-141/2019 saylı icra sənədi üzrə icra məmuru tərəfindən icra hərəkətləri ilə əlaqədar bütün zəruri tədbirlərin həyata keçirilməməsi (İXM-nin 528-ci maddəsini ilə təqdimatla məhkəməyə müraciət etməməsi və s.) tələbkarın hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qərardaddan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi (nümayəndəsi X3) şikayət verərək ləğv edilməsini, yeni qərardad qəbul edilməsini xahiş etmiş və şikayətində göstərmişdir ki, icra sənədi xx.xx.2020-ci il tarixində icraata daxil olmuşdur və icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul qəbul edilərək, bildirişlə birlikdə tərəflərə göndərilmişdir, lakin icra sənədi üzrə tələb könüllü müddət ərzində icra edilməmişdir. İcra sənədinin icrasının təmini məqsədi ilə borclunun adına əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq orqanlara əmlak sorğuları göndərilmiş, lakin tələbin yönəldilməsi mümkün olan əmlak aşkar edilməmişdir. İcra sənədi Şöbənin icraatında olan digər icra sənədləri ilə ümumi icraatda birləşdirilmişdir. xx.xx.2017-ci il tarixində borclu “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”-nin rəhbəri Çakır Şükrünün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Nəsimi Rayon Məhkəməsinə təqdimat verilmişdir. Məhkəmənin 8(006)-348/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və həmin qərardad xx.xx.2017-ci il tarixli məktubla icra olunması üçün Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixində Çakır Şükrünün barəsində beynəlxalq axtarış elan edilməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət edilmişdir.Yasamal rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan məlum olmuşdur ki, Şükrü Çakır xx.xx.2019-cu il tarixindən Qırğızıstan Respublikası tərəfindən axtarışdadır və bu səbəbdən axtarışın açılması mümkün deyildir. Aşkar edilmiş bank hesabları üzərinə xx.xx.2018-ci il tarixindən başlayaraq müxtəlif tarixlərdə inkasso sərəncamı və borclunun hesabları üzərinə həbs qoyulması barədə qərarlar qəbul edilərək icra olunması üçün "xxxx" ASC-yə, "xxxx" ASC-yə və "xxxx" ASC-yə göndərilmişdir. Bank hesabları üzrə hər-hansı əməliyyatların aparılıbaparılmaması ilə bağlı məlumatın əldə edilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankına və Azərbaycan Respublikası Maliyyə Bazarlarının Nəzarət Palatasına müraciət edilmişdir. xx.xx.2020-ci il tarixində borclunun bank hesabları üzrə hər hansı əməliyyatın aparılıb-aparılmaması barədə sorğu edilmiş və alınan cavablarda hər hansı əməliyyatın aparılmadığı məlum olmuşdur. Hal-hazırda icraatda olan icra sənədlərinin icrasının davam etdirilməməsinin səbəbi borclu hüquqi şəxsin rəhbərinin ölkə hüdudlarından kənarda olması və hüquqi şəxsə məxsus borcun yönəldilə biləcəyi real əmlakın olmamasıdır. Eyni zamanda, Tələbkar Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında hüquqi əməkdaşlıq müqaviləsinin olduğu və tələbkar keçdiyi icra sənədini Türkiyə Cümhuriyyətinə göndərmək hüququnun olduğu izah olunmuşdur. xx.xx.2022-ci il taridə borclu Çakır Yapı Sanayi və Tic. Anonim Şirkətinin rəhbəri Şükrü Çakır haqqında axtarışı barəsində qərar qəbul edilərək Yasamal rayon Polis İdarəsinə göndərilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə borclu Çakır Yapı Sanayi və Tic. Anonim Şirkətinin rəhbəri Şükrü Çakır haqqında əlavə olaraq axtarışı barəsində qərar qəbul edilərək Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdir. Yasamal rayon Polis İdarəsinin məlumatına əsasən, Şükrü Çakır barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində cinayət işi üzrə axtarış işi açıldığı məlum olmuş və bu səbəbdən Nəsimi İcra Şöbəsinin axtarış barədə qərarı icra olunmadan geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə axtarış tədbirlərinin nəticəsində Şükrü Çakırın təhvil verildiyi təqdirdə Nəsimi rayon İcra şöbəsinə məlumat verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət olunmuşdur. xx.xx.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə təkrar müraciət olunmuş, İdarənin xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, Çakır Yapı Sanayi və Tic. Anonim Şirkətinin rəhbəri Şükrü Çakır barəsinində Azərbaycan Respublikası CPM-nin 278-ci maddəsinə əsasən axtarış işi elan olunmuş, təhvil veriləcəyi təqdirdə Nəsimi rayon İcra şöbəsinə məlumat veriləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsi xx.xx.2023-cü il tarixli məktub ilə şöbəyə müraciət edərək “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” müqaviləyə uyğun olaraq “Çakır Yapı Sanayi və Tic. Anonim Şirkətinin” Tələbkar xeyrinə borcun tutulmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-141/2019-027 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin Türkiyə Respublikası ərazisində tanınması və icrası barədə müraciət və əlaqədar sənədlər baxılması üçün xx/xx-1479 saylı, xx.xx.2022-ci il tarixli məktubla Türkiyə Respublikasının Ədliyyə Nazirliyinin Xarici Əlaqələr və Avropa İttifaqı Baş İdarəsinə göndərildiyini, məsələ ilə bağlı Türkiyə Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda tələbkar və ya onun nümayəndəsi müvafiq qətnamənin tanınması və icrası ilə bağlı bilavasitə Türkiyə Respublikasının səlahiyyətli məhkəməsinə müraciət edə biləcəyi qeyd olunaraq müvafiq sənədlər geri qaytarıldığı bildirilmişdir. xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə təkrar müraciət olunmuş və İdarə ******* saylı məktub ilə xx.xx.2024-cü il tarixdə şöbəyə müraciət edərək borclu Şükrü Çakır cinayət nəticəsində vurulmuş ziyanı tam ödədiyindən xx.xx.2023-cü il tarixdə axtarış tədbirlərinə xitam verildiyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə borclu Çakır Yapı Sanayi və Tic. Anonim Şirkətinin rəhbəri Şükrü Çakır haqqında axtarışı barəsində qərar qəbul edilərək Yasamal rayon Polis İdarəsinə göndərilmişdir. Yuxarıda qeyd oluananlardan da göründüyü kimi, ötən müddət ərzində icra sənədinin icrası ilə bağlı kifayət qədər tədbirlər görülmüş və icra məmuru hər hansı hərəkətsizliyə yol verməmişdir. Tələbkar ərizəsində icra məmurunun müəmmalı şəkildə borclunun hesabları üzərinə məhkəməyə müraciət etdiyinə dair fikir bildirmişdir. Halbuki tələbkar icra məmurunun borclunun – “Çakır Yapı Sanayi və Tic. Anonim Şirkətinin” hesabları üzərinə deyil, həmin hüquqi şəxsin rəhbəri olan Şükrü Çakırın rəhbəti olduğu başqa VÖEN-i olan digər hüquqi şəxsin - X8 X5 MMC , Çakır YapıX7 MMC - nin hesablarına həbs qoyulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Yasamal rayon Polis İdarəsi Şükrü Çakır Barəsində axtarış elan etmişdir. Məhkəmənin icra məmurunun borclu barəsində İXM-nin 528- ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməməsinin icra məmurunun hərəkətsizliyi kimi qiymətəndirliməsinə münasibətdə İXM-nin 528.1 ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Çakır Yapı Sanayi və Tic. Anonim Şirkətinin” Nəsimi rayon İcra şöbəsinin icraatında borclu qismində tanındığı 8 icra işi mövcuddur və ödəniş həyata keçirilməmişdir. Hüquqi şəxsin yenidən pul cəriməsinə cəlb edilərək inzibati qaydada təqsirli bilinməsinin işin icra perspektivinə hər hansı bir faydası olmayacağı aşkardır. Borclu hüquqi şəxsin rəhbəri barəsində vəzifəli şəxs olaraq inzibati protokolun tərtib edilməsi hüquqi şəxsin rəhbəri Şükrü Çakırın ölkə ərazisində olmaması səbəbindən mümkün olmamışdır. Belə ki, X6 Respublikasının vətəndaşıdır və Miqrasiya Xidmətində sonuncu dəfə xx.xx.2017-ci ildə qeydiyyata alınmış və MYİ-nin müddəti xx.xx.2018-ci il tarixində bitmişdir. İcra sənədi Şöbənin icraatına daxil olduğu tarixdən bu günədək Şükrü Çakırın ölkə ərazinə girişi baş tutmamışdır. “İcra haqqında” Qanunun məcburi icra tədbirin tətbiqi ilə bağlı maddəsinə əsasən 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. 44.2. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. İXM-nin 57-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi maddəsi ilə bağlı tələbləri həyata keçirilməsi icra məmurundan asılı olmayan səbəblərdən mümkün olmadığı üçün icra məmuru tərfindən inzibati protokol məhkəməyə təqdim edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-51/2024 saylı, 16 may 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi şikayəti təmin etməməsinə dair qərardadında mövqeyini belə əsaslandırıb ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(004)- 141/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh “Çakır Yapı Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialından 316.525 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə icra edilməsi üçün göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(006)-141/2019 saylı icra sənədi üzrə icra məmuru tərəfindən icra hərəkətləri ilə əlaqədar bütün zəruri tədbirlərin həyata keçirilməməsi (İXM-nin 528-ci maddəsini ilə təqdimatla məhkəməyə müraciət etməməsi və s.) tələbkarın hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə məsuliyyəti müəyyən edir. Məhkəmə yuxarıda göstərilən xüsusatları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(006)-141/2019 saylı icra sənədi üzrə icra işinə dair hərəkətsizliyi qanunsuz hesab olunmalıdır. Məhkəmə şikayətin təmin edilməyən hissəsi ilə bağlı prosessual qənaət prinsipini nəzərə alaraq hesab etmişdir ki, şikayət birinci hissədə təmin olunduqda, ikinci, yəni sonrakı prosessual hərəkət icra sənədinin icrasının təmin edilməsi öhdəliyinin icra məmurunun üzərinə qoyulması olduğundan, buna yenidən münasibət bildirilməsi zərurəti aradan qalxmış olur. Məhkəmə həmçinin icra qurumu tərəfindən verilmiş şikayətə münasibətdə qeyd edir ki, borlcunun ölkə hüdudlarından kənarda olması onun barəsində cinayət işinin başlanılması barədə müraciətin edilməsinə, cinayət təqibi orqanı tərəfindən axtarışın verilə bilməsi imkanını məhdudlaşdırmamalı və tələbkar öz qanuni tələbinin icrasında suni gecikmələrlə üzləşməməlidir. Yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin nümayəndəsi X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsində isə icra məmurlarının vəzifələri qanunverici tərəfindən təsbit edilmişdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən icra məmurları onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. Həmin Qanunun 11-ci maddəsinə əsasən məhkəmələrin mülki, kommersiya və inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsinin şikayətin təmin edilən hissəsində gəldiyi nəticəsi düzgün olmuşdur. Belə ki, məhkəmə icra məmurunun hərəkətsizliyini ona görə qanunsuz hesab edib ki, icra məmuru 4 ildən artıq müddətdə icraatında olan icra sənədi üzrə icra tələbini icra etməmiş, tələbin məcburi qaydada icrası üçün zəruri olan məcburi icra hərəkətlərini vaxtında yerinə yetirməmişdir. İcra sənədinin qanunla müəyyən edilmiş müddətdə və qaydada icra etmək icra məmurunun bilavasitə qanundan irəli gələn vəzifə borcudur. İcra məmuru şikayətində də qeyd edir ki,... xx.xx.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə təkrar müraciət olunmuş və İdarə ******* saylı məktub ilə xx.xx.2024-cü il tarixdə şöbəyə müraciət edərək borclu Şükrü Çakır cinayət nəticəsində vurulmuş ziyanı tam ödədiyindən xx.xx.2023-cü il tarixdə axtarış tədbirlərinə xitam verildiyini qeyd etmişdir. Demək ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində aparılan cinayət təqibi üzrə borclu tərəfindən vurulmuş ziyanın tam ödənilməsi təmin olunursa, dövlətin adından çıxarılmış məhkəmə aktının da 4 il müddətində icra olunması da təmin edilə bilərdi. Bunun üçün, icra məmurundan qanunla müəyyən edilmiş müddətdə və qaydada, qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində zəruri və operativ məcburi icra tədbirləri görülməsi tələb olunurdu ki, bu da təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, şikayətin qismən təmin edilməsi icra qurumunu qeyd olunan icra sənədini qanunla müəyyən edilmiş müddətdə və qaydada icra etmək vəzifəsindən qətiyyən azad etmir. Əksinə, bu məhkəmə aktından sonra da icra sənədinin icrasına bu cür münasibət göstəriləcəyi daha ciddi məsuliyyətə səbəb olacağı icra orqanının diqqətinə çatdırılmalıdır. Çünki dövlətin adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına icra məmurunun və onun rəhbərinin bu cür münasibəti qəbuledilməzdir. Belə ki, məhkəmə aktı icra edilməyəcəydisə, onda niyə çıxarılırıdı. Çıxarılmışdırsa niyə icra olunmamalıdır. Əlbətdə ki, bu ritorik sual olsa da qanunla üzərinə icra sənədinin icra etmək vəzifəsi qoyulmuş icra məmuru əsassız dəlillərdən istifadə edərək dövlətin adından çıxarılmış icra sənədinin icra edilməməsinə haqq qazındırmamalıdır. Nəticədə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gələcək, şəxslərin bu hakimiyyət növünə inamı və etibarı azalacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-51/2024 saylı, 18 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-51/2024 saylı, 18 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-202/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-202/2024
10.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver