Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-206/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, 8(006)-505/2019 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərardaddan Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar şikayət ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra sənədi (İş № 2-1(81)-3137/2018) üzrə icraata xitam verilməsi barədə Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və icra sənədinin yenidən İcra Şöbəsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında nəzərdə tutulmuş məsələlərə tam cavab verilmədiyindən icra sənədi üzrə icraata xitam verilməsi əsassızdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardadla şikayəti təmin etmiş, “icraata xitam verilməsi barədə” icra məmurunun qərarının ləğv edilməsini və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini qərara almışdır. İcra Şöbəsi həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İcra Şöbəsinin icraatına verilmiş icra sənədində icra edilməli hərəkət – “ərizəyə cavab verilmə öhdəliyi”, borclu isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi qeyd olunmuşdur. Borclu Nazirliyin İcra Şöbəsinə göndərdiyi xx.xx.2019-cu il tarixli 01/xx/xx-5621 №-li məktubu ilə icra sənədində nəzərdə tutulmuş tələb yerinə yetirilmiş, tələbkarın ərizəsinə cavab verilmişdir. Ərizənin hansı forma və məzmununda cavablandırılması məsələsi isə icra sənədində qeyd olunmamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və Tələbkar ərizəsinin qəbulu məsələsinin müzakirə edilməsi üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan sənədlərdən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarı (İş № 2-1(81)-3137/2018) ilə iddiaçı (tələbkar) Tələbkar cavabdeh (borclu) Səhiyyə Nazirliyinə qarşı “müraciətə cavab verilməsi tələbi barədə” iddiasının təmin edilməsi, Tələbkar xx.xx.2017-ci il tarixli ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qarar qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra sənədinin icra edilməsi Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. İcra sənədi üzrə icra harəkətlərini həyata keçirən icra məmurunun xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra məmurunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Qanunun 20.5-ci maddəsinə görə, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarında qeyd olunur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış edən Məhkəmə hesab edir icra icraatına xitam verilməsi barədə icra məmurunun qərarı həmin sənədi vermiş məhkəməyə - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (hazırda Bakı İnzibati Məhkəməsinə) şikayət vermək qaydasında mübahisələndirilməlidir. Lakin işdə olan sənədlərdən görünür ki, Tələbkar icra məmurunun xx.xx.2019-cu il tarixli qərarından şikayəti ümumi məhkəməyə vermişdir. “İcra haqqında” Qanunun 20-ci maddəsinin və bu normaya şərh verən Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə almayan Rayon Məhkəməsi isə həmin şikayəti icraata qəbul edərək şikayətə baxmış və müvafiq qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya qaydasında hazırda mübahisələndirilən bu qərarı qəbul etməkdə Rayon Məhkəməsi səlahiyyətli olmamışdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd edir ki, İcra Şöbəsinin şikayətinin dəlillərinə qiymət verilmədiyinə görə, şikayət təmin edilməmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2019-cu il tarixdə qəbul etdiyi “icra sənədi üzrə icra icraatına xitam verilməsi barədə” qərarından Tələbkar verdiyi şikayətin qəbulu məsələsinin müzakirəsi üçün iş Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №8(103)-206/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-206/2020
05.06.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver