Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-206/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Borclu1 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2019 saylı, 22.08.2019-cu il tarixli icra sənədi üzrə icraat dayandırılması barədə Bakı şəhəri Xətai rayonu İcra və probasiya şöbəsinin icra məmuru Kəmalə Həsənovanın 12.01.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair tələbkar “xxxx” QSC-nin şikayətinə baxılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.03.2021-cu il tarixli 8(004)-109/2021 saylı qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar “xxxx” QSC məhkəməyə ərizə (şikayət) ilə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 12.01.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 2(004)- 361/2019 saylı qərardadı ilə iddiaçı “xxxx” QSC-nin cavabdehlər Borclu1 və qeyrilərinə qarşı borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddiaçı “xxxx” QSC ilə cavabdehlər Borclu1 və Borclu2 arasında imzalanmış barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla təsdiq edilmiş şərtlər pozulduğundan “xxxx” QSC qərardadın icra olunmasını xahiş etmiş və həmin qərardada icra vəqərəsi verilərək icra olunması üçün müvafiq icra və probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinin 12.01.2021-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraat dayandırılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu1 tərəfindən iddia qaydasında mübahisə qaldırılmışdır. Hesab edirlər ki, 12.01.2021-ci il tarixli qərarıqanunsuz və əsassızdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 avqust 2019cu il tarixli 2(004)-361/2019 saylı qərardadı qanuni qüvvəyə minmiş və tərəflərdən heç biri mübahisələndirməmişdir. Halbuki iş üzrə hərrac prosesinin dayandırılması qanuni qüvvəsini almış məhkəmə qərarının icrasını əsassız olaraq yubadır. Bu isə qanuna ziddir və yol verilməzdir. Borclu tərəfindən irəli sürülən barışıq sazişinin ləğv edilməsinə dair iddia icra sənədi ilə bağlı mübahisə kateqoriyasına aid deyildir. Borclu tərəfindən irəli sürülmüş istənilən növ iddia tələbi deyil, yalnız icra sənədi ilə bağlı mübahisə açıldıqda (qanun buna yol verdiyi təqdirdə) icraatın dayandırılmasına əsas yaranmış olur. Göründüyü kimi işin halları üzrə icra sənədinə dair iddia qaldırılmamışdır. Qaldırılmış iddia icra sənədinin verilməsinə əsas olmuş tələblə bağlı deyil. İcra sənədinin verilməsinə əsas olmuş tələb borcun tutulması və ipoteka predmetinə tutumanın yönəldilməsi və məhkəmənin qərardadı olmuşdur. Bu cür əsassız maneələrin yaradılması icra sənədinin icra müddətini əsassız olaraq gecikdirir nəticədə tələbkarın hüquqları pozulur və icra sənədi icrasız qalır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.03.2021-cu il tarixli 8(004)-109/2021 saylı qərardadı ilə tələbkarın şikayət ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan tələbkar şikayət verərək, qərardadın ləğv edilməsini və 12.01.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin 12.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu1 nümayəndəsi-vəkili şikayətin dəlillərinin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tələbkar və digər borclu məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən tərəflər arasında Barışıq Sazişinin təsdiqlənməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2019 saylı, 22.08.2019-cu il tarixli qərardadı mübahisələndirilməsə də, icra sənədinin verilməsinə əsas olmuş Barışıq Sazişi iş üzrə Borclu1 tərəfindən iddia icraatı qaydasında məhkəmədə mübahisələndirilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-388/2021 nömrəli 11.03.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh “xxxx” QSC ilə bağlanmış 22.08.2019cu il tarixli barışıq sazişinin ləğv edilməsi barədə iddiaçı Borclu1 iddia tələbi təmin edilməsə də, qətnamə qanuni qüvvəsini almamışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın icraatın dayandırılması haqqında 12.01.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-361/2019 saylı 22.08.2019-cu il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. “İcra haqqında” Qanunun 17.1.4-ci maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Birinci instansiya məhkəməsi haqlı olaraq haqlı belə qənaətə gəlmişdir ki, məhkəmə qərardadı ilə təsdiq edilmiş icra sənədinin verilməsinə əsas olmuş Barışıq Sazişi iş üzrə borclu tərəfindən iddia icraatı qaydasında mübahisələndirildiyindən, icra məmuru tərəfindən düzgün olaraq, 12.01.2021-ci il tarixdə qərar qəbul edilərək icra sənədi üzrə icraat dayandırılmışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.03.2021-cu il tarixli 8(004)-109/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-206/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-206/2021
05.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver