Məhkəmə qərarları › İş №8(103)-208/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-208/2021

04.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-208/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-1064/17 nömrəli, 03 noyabr 2017-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hafiz İsrafilov təqdimatla Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Borclu məxsus “Mercedes Benz E240” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “Mercedes 220” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03.11.2017-ci il tarixli 8(003)-1064/2017 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.02.2016-cı il tarixli 2(011)-901/2016 saylı icra sənədi üzrə Borclu məxsus “Mercedes Benz E240” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı və “Mercedes 220” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan qərardaddan narazı qalan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsimim 12.04.2018-ci il tarixli 8(003)-1064/2017 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-369/2018 saylı 25.11.2018-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, “Mercedes 220” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02.12.2020-ci il tarixli 8(003)-1064/2017 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Qeyd olunan qərardaddan narazı qalan Maraqlı şəxs şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və ona məxsus “Mercedes Benz 200” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin avtomobilin üzərinə qoyulan həbs, onun mülkiyyət hüquqlarını kobud surətdə pozur. O həmin avtomobildən nəqliyyat vasitəsi kimi istifadə edə bilmir. Xəzər Rayon Məhkəməsi tərəfindən həmin qərardad çıxarılmasından 4 il əvvəl o qeyd olunan avtomobili 5300 manata almışdır. Lakin aldıqdan sonra özünün adına rəsmiləşdirə bilməmişdir. Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanov işi tam və hərtərəfli araşdırmadan məhkəmə prosesinin yeri və vaxtı barədə vaxtında məlumat vermədən heç bir tərəfin iştirakı olmadan, şikayət ərizəsinin rədd edilməsi barədə qərardad çıxarmışdır. O həmin avtomobili min bir əzab əziyyətlə qazandığı vəsait hesabına alıb ailsini dolandırmaq məqsədi ilə istifadə edirdi. Üzərinə qoyulmuş həbs avtomobili istifadəyə yararsız vəziyyətə gətirmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-1064/17 nömrəli, 07 aprel 2021-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, maraqlı şəxs şikayətində 4 il əvvəl o qeyd olunan avtomobili 5300 manata almasını göstərsə də, mübahisəli avtomobil Borclu mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2016-cı il tarixli 2(011)-901/2016 saylı icra sənədinə əsasən, 20.000 ABŞ dolları məbləğində pul vəsaiti Borclu alınaraq, Tələbkar ödənilməlidir. Borc ödənilmədiyi halda isə mübahisəli əmlakın üzərinə qoyulmuş həbsin ləğv edilməsi mümlük deyil. Bundan başqa kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmişdir. Bununla da, məhkəmə haqlı olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs tərəfindən verilmiş ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-1064/17 nömrəli, 03 noyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar