Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-208/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatına dair icraat üzrə (Açar sözlər: borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişovanın təqdimatının təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin e-2(090)-278/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 23.626,99 (iyirmi üç min altı yüz iyirmi altı manat doxsan doqquz qəpk) manat əsas və 1.533,85 (bir min beş yüz otuz üç manat, səksən beş qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 25.160,84 (iyirmi beş min bir yüz altmış manat, səksən dörd qəpik) manat məbləğində borc tutularaq iddiaçı Tələbkar ASCnin xeyrinə ödənilməli, iddiaçı Tələbkar ASC tərəfindən ödənilmiş 165,88 (bir yüz altmış beş manat, səksən səkkiz qəpik) manat miqdarında dövlət rüsumunun cavabdehlər X1 və Borclu müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
2. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
3. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(090)-278/2023- 019 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1989-cu il tarixdə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 25160.84 manat məbləğində pul vəsaiti və 165.88 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün "Elektron icra" informasiya sistemindən sorğular edilmiş, lakin tələbi yönəldəcək hərhansı gəlir və ya əmlak aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş təqdimatın təmin edilməməsi qərara alınmışdır.
5. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, işin araşdırılmış hallarından bəlli olur ki, hazırda ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilməsi tələb edilən borclu barəsində icra vərəqəsi verilməsinə əsas olan öhdəlik üzrə zamin kimi solidar məsuliyyət daşısa da, məhkəmə onun şəxsiyyətini, ailə vəziyyətini, özünün Vətənin ərazi bütövlüyünü bərpası ilə bağlı aparılan mübarizədə iştirakını, həmçinin əmək fəaliyyətini ölkə hüdudlarından kənarda həyata keçirməsini nəzərə alaraq, onun hazırki halda ölkədən getmək hüququnun məhdudlaşdırılmasını məhkəmə ədalətli hesab etmir. Tələbkarın mənafeyi və məcburi icra qüvvəsinə malik icra sənədinin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, hazırda borclu icra sənədinin icrasından tamamilə və qərəzli şəkildə boyun qaçırmır. Həmçinin gələcəkdə icranın lazımi qaydada həyata keçirilməməsi halında və yeni əsaslar yarandığı təqdirdə hazırki məsələyə təkrar baxılması istisna edilmir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən verilmiş təqdimat təmin edilməməlidir. Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Tələbkar ASC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)- 136/2024 saylı qərardadından şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(004)-136/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin e-2(090)-278/2023saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması məqsədilə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş təqdimatın təmin edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(004)- 136/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən Naxçıvan MR Şahbuz Rayon Məhkəməsinin e-2(090)-278/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması məqsədilə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş təqdimat təmin edilməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, könüllü icra üçün müəyyən edilmiş vaxt bitdikdən sonra icra məmuru borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün müvafiq təqdimatla məhkəməyə müraciət edə bilər. Şikayətin dəlillərindən asılı olmayaraq məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, təqdimata baxılması ilə əlaqədar icra şöbəsindən icra işi tələb edilməmişdir. İcra işi tədqiq edilmədən, Bankın və icra məmurunun iştirakını təmin etmədən təqdimatın əsassızlığına dair məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı Bankın işdə iştirak etməyə cəlb edilmədən qəbul edildiyindən, eyni zamanda qəbul edilən qərardad birbaşa Bankın hüquq və vəzifələrinə toxunduğundan və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına mane olduğundan ləğv edilməlidir. Qərardad onunla əsaslandırılmışdır ki, işin araşdırılmış hallarından bəlli olur ki, hazırda ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilməsi tələb edilən borclu barəsində icra vərəqəsi verilməsinə əsas olan öhdəlik üzrə zamin kimi solidar məsuliyyət daşısa da, məhkəmə onun şəxsiyyətini, ailə vəziyyətini, özünün Vətənin ərazi bütövlüyünü bərpası ilə bağlı aparılan mübarizədə iştirakını, həmçinin əmək fəaliyyətini ölkə hüdudlarından kənarda həyata keçirməsini nəzərə alaraq, onun hazırki halda ölkədən getmək hüququnun məhdudlaşdırılmasını ədalətli hesab etmir. Tələbkarın mənafeyi və məcburi icra qüvvəsinə malik icra sənədinin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, hazırda borclu icra sənədinin icrasından tamamilə və qərəzli şəkildə boyun qaçırmır. Həmçinin gələcəkdə icranın lazımi qaydada həyata keçirilməməsi halında və yeni əsaslar yarandığı təqdirdə hazırki məsələyə təkrar baxılması istisna edilmir. Eyni zamanda qeyd etmək lazımdır ki, təqdimata baxılması ilə əlaqədar icra şöbəsindən icra işi tələb edilməmişdir. İcra işi tədqiq edilmədən, icra məmurunun və tələbkar Bankın iştirakını təmin etmədən təddimatın əsassızlığına dair məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Bundan başqa məhkəmənin borcluların verməli olduğu məbləğ (25160,84 manat) qalıq borc müqabilində onların ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması məqsədəuyğun hesab etməməsi ilə bağlı mövqeyi əsassızdır. Belə ki, qanunvericilikdə borcludan tutulmalı olan borc müqabilində təqdimatın təmin və ya rədd edilməsini müəyyən edən hər hansı müddəa yoxdur. Məhkəmə qərarının borclular tərəfindən 5 (beş) aydan artıq müddət keçməsinə baxmayaraq icra edilməməsi Banka zərər vurulması ilə nəticələnir. Belə ki, borclu tərəfindən məhkəməyə təqdimat verildikdən sonra hissə-hissə cəmi 450 manat pul ödənilmişdir. Bundan başqa qərardadda Bankla borclu arasında hər ay 250 manat ödənilməsi ilə bağlı razılıq əldə edildiyinə dair əsaslandırma aparılsa da bununla bağlı hər hansı rəsmi sənəd mövcüd deyil.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)- 136/2024 saylı qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-ci maddəsinə əsasən habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndində qeyd edilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. İş materialları ilə müəyyən edilir ki, Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin e-2(090)-278/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 23.626,99 manat əsas və 1.533,85 manat faiz borcu olmaqla, ümumilikdə 25.160,84 manat məbləğində borcun tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməsi, iddiaçı Tələbkar ASC tərəfindən ödənilmiş 165,88 manat miqdarında dövlət rüsumunun cavabdehlər X1 və Borclu müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir
16. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin icra sənədi üzrə icraata başlanılmışdır.
17. Birinci instansiya məhkəməsi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmurunun təqdimatını rədd edərkən ona istinad etmişdir ki, Borclu öhdəlik üzrə solidar məsuliyyət daşıyır. Məhkəmə borclunun şəxsiyyətini, ailə vəziyyətini, özünün Vətənin ərazi bütövlüyünü bərpası ilə bağlı aparılan mübarizədə iştirakını, həmçinin əmək fəaliyyətini ölkə hüdudlarından kənarda həyata keçirməsini nəzərə alaraq, onun hazırki halda ölkədən getmək hüququnun məhdudlaşdırılmasını məhkəmə ədalətli hesab etmir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin hallarından müəyyən edilir ki, icra sənədinə əsasən X1 və Borclu müştərək qaydada borcun tutulması qət edilmişdir. Borclu gəlir əldə etmək üçün davamlı olaraq ölkə xaricindən kənara getmək məcbiyyətində olur. Hazırkı halda təqdimatın təmin edilməsi onu gəlir əldə etmək imkanlarından məhrum edəcəkdir. Bu isə qətnamənin icrasını mümkünsüz edir.
19. Tələbkarın şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqdimatın təmin edilməməsi qənaətinə gələrkən icra işinin materialları araşdırılmamışdır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, icra işi materiallarının surəti təqdimata əlavə edilmişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan rayon məhkəməsi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməsinə dair qərardad qəbul etməkdə haqlı olmuşdur.
22. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev