Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-209/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Tələbkar “xxxx” MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-37/2021 saylı, 18 mart 2021-ci il tarixli qərardadından tələbkar “xxxx” MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2141/2017 saylı, 31 mart 2017ci il tarixli icra sənədi ilə bağlı Qaradağ rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyatda olan “VAZ 21043” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)- 1048/2017 saylı, 31 avqust 2017-ci il tarixli qərardadı ilə Borclu adına qeydiyyatda olan “VAZ 21043” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı, **- RX-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. X2 avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)- 1048/2017 saylı, 31 avqust 2017-ci il tarixli qərardadı ilə onun sahibliyində olan “VAZ 21074” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, o, “VAZ 21074” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili 16.09.2012-ci il tarixli etibarnamə əsasında almışdır, həmin vaxtdan vicdanlı alıcı kimi avtomobil üzərində istifadə, sahiblik və sərəncam hüquqlarını əldə etmişdir. Həmin vaxtdan avtomobil öz istifadəsindədir və onun yeganə qazanc mənbəyidir. Hazırda “VAZ 21074” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)- 1048/2017 saylı 31 avqust 2017-ci il tarixli qərardadı əsasında həbs qoyulmasını bilmişdir. Hesab edir ki, onun avtomobili üzərinə həbs əsassız olaraq qoyulmuşdur, bunun nəticəsində hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-37/2021 saylı, 18 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-1048/2017 saylı, 31 avqust 2017-ci il tarixli qərardadı əsasında “VAZ 21074” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməsi qərara alınmışdır. Həmin qərardaddan tələbkar “xxxx” MMC oğlu şikayət verərək qərardadının ləğv edilməsini və X2nun ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız hesab edilməklə ləğv edilməlidir. Qərardad qəbul edilərkən AR MM_nin 182-ci maddəsi tətbiq edilməklə X5 vicdanlı əldə edən kimi daşınar əşyanın mülkiyyətçisi olması faktına münasibət bildirilmişdir ki, bu əsaslandırma tamailə yalnış və absurddur. Belə ki, avtomobil üzərində ərizəçinin vicdanlı əldə edən olmaqla mülkiyyətçi kimi tanınması faktı ayrı bir iddianın predmetidir və qeyd olunan fakt yalnız məhkəmənini qanuni qüvvəyə minmiş qətnaməsi və ya qərarı ilə öz təsdiqini tapa bilər və yalnız bundan sonra faktiki sahibliyində avtomobil olan fiziki və ya hüquqi şəxs onun üzərində mülkiyyət hüququnu rəsmi reyestrdə qeydə aldıra bilər. Yəni aralıq və işi mahiyyəti üzrə həll etməyən məhkəmə aktı olan qərardadla sözügedən fakt öz təsdiqini tapa bilməz. Eyni zamanda əgər məhkəmə MM-nin 182.1-ci maddəsini tətbiq etməklə X2nu avtomobilin mülkiyyətçisi kimi tanıyırdısa, bu zaman əlavə olaraq “İcra haqqında” Azərbaycan Respublikası 45.7-ci maddəsi tətbiq edilməməliydi. Belə ki, əgər avtomobilin mülkiyyətçisi hesab edilirsə, bu zaman ümumiyyətlə icra sənədi üzrə icraatda borlu tərəf olmayan fiziki şəxsin müliyyətində olmayan əmlakın üzərinə qoyulmuş göstərilənlərə əsaslanmaqla götürülməli idi. Eyni zamanda yuxarıda da qeyd edildiyi kimi qərardad qəbul edilərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsi tətbiq edilmiş, lakin bu norma tətbiq edilərkən tələbin həcminin Azərbaycan Respubliksaı Mərkəzi Bankının müəyyən etdiyi günün məzənnəsinə uyğun olaraq təxminən 2800 (iki min səkkiz yüz) manat məbləğində olmasını, üzərinə həbs qoyulmuş əmlakların bazar dəyərinin hal-hazırda çox aşağı olmasını və ya üzərinə həbs qoyulmuş avtomobillərin hər birinin hərrac vasitəsilə və ya ticarət şəbəklərində satılma ehtimalının aşağı olmasını nəzərə almamışdır. Beləliklə, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-37/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən tələbkar “xxxx” MMC-nin nümayəndəsi X9 şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Qeyd olunan tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-37/2021 saylı, 18 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 izahat verərək bildirmişdir ki, ərizəçi onun qaynıdır və Qazax rayonunda yaşayır. “VAZ 21074” minik markalı, 10-RX577 dövlət qeydiyyat nişanlı avtomobili X2 onunla birlikdə 2012-ci ildə Sumqayıtda yerləşən maşın bazarından 5000 ABŞ dolları məbləğində pul ödəyərək etibarnamə əsasında satın almışdır. Ərizəçiyə avtomobilə dair bütün səlahiyyətlər qeyd olunmaqla 2040-cı ilədək ümumi etibarnamə verilmişdir. Avtomobil Borclu tərəfindən deyil, başqa şəxs tərəfindən etibarnaməyə əsasən satılmışdır. Borclu ərizəçi ümumiyyətlə tanımır, onun borcuna ərizəçinin heç bir aidiyyəti yoxdur. 2012-ci ildən “VAZ 21074” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil ərizəçi X1 və istifadəsindədir, onun avtomobil üzərinə qoyulmuş həbsdən xəbəri olmamışdır. Bu barədə məlumat alan kimi ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)- 1048/2017 saylı, 31 avqust 2017-ci il tarixli qərardadından görünür ki, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, 540 manat və 1294,82 ABŞ dolları pulun Borclu tələbkar “xxxx” MMC-nin xeyrinə tutulması barədə 2(002)-2141/2017 saylı, 31.03.2017-ci il tarixli məhkəmə əmrinin icrası ilə bağlı Borclu adına qeydiyyatda olan avtomobillərin üzərinə həbs qoyulmasını xahiş etmiş, həmin qərardadla Borclu adına qeydiyyatda olan “VAZ 21043” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 16.09.2012-ci il tarixli ƏN-İİİ № 804957 seriyalı etibarnamənin surətindən görünür ki, etibarnamə əsasında X3 “VAZ 21074” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili sərəncam hüququ da daxil olmaqla X8 07.07.2040-cı ilədək etibar etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən, daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.7-ci maddəsinə əsasən, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Yuxarıda qeyd olunanlara, o cümlədən ərizədə, şahid ifadəsində qeyd olunan hallara, 16.09.2012-ci il tarixli ƏN-İİİ № 804957 seriyalı etibarnamənin məzmununa, habelə icra sənədi üzrə tələbin həcminə və sadalanan hüquq normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, “VAZ 21074” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin adına qeydiyyatda olduğu Borclu ilə bağlı mülki tələbə ərizəçinin aidiyyətinin müəyyən olunmaması, ərizəçinin qeyd olunan avtomobil üzərində faktiki sahibliyi icra sənədinin verilməsindən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-1048/2017 saylı, 31 avqust 2017-ci il tarixli qərardadının qəbul edilməsindən xeyli əvvəl verilmiş etibarnaməyə əsasən başqa şəxsdən əldə etməsi, icra sənədinin icrası üçün digər üç ədəd avtomobilin də üzərinə həbsin qoyulması və bununla da icra sənədinin icrası üçün kifayət qədər təminatın olması halları nəzərə alınaraq, ərizə təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-1048/2017 saylı, 31 avqust 2017-ci il tarixli qərardadı əsasında “VAZ 21074” minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-37/2021 saylı, 18 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar “xxxx” MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-37/2021 saylı, 18 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-209/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-209/2021
05.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver