Məhkəmə qərarları › İş №8(103)-21/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-21/2021

27.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-21/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Elşən Cələddin oğlu Kazımovdan və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Tələbkar, onun vəkili X1 iştirakları ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(003)-195/2020 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Mübariz Abbasov Borclu məxsus avtomobilin üzərindən həbs qoyulmasına dair qərardadın çıxarılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-40/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Bakı şəhəri Xəzər rayon icra və probasiya şöbəsinin icra məmuru Mübariz Abbasov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan “VAZ 2106” minik markalı ** XU *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinin 2(003)-481/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Tələbkar xeyrinə 12967 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu Borclu tutulmalıdır. İş üzrə 100 manat məbləğində ekspertiza xərci Borclu tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 XABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Tələbinəmlaka yönəldilməsi məqsədi ilə Xəzər rayon Məhkəməsinin 8(003)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Borclu məxsus “VAZ 2106” minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. xx.xx.2020-ci il tarixdə iş üzrə Tələbkar şöbəyə ərizə ilə müraciət edərək, üzərinə həbs qoyulmuş Borclu məxsus “VAZ 2106” minik markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-195/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-40/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu məxsus VAZ-2106 markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara almışdır. Qərardaddan Tələbkar şikayət verərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-195/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının ləğv olunaraq, təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, guya onun tərəfindən icra məmuruna ərizə ilə müraciət olunmuşdur ki, avtomobil üzərindən həbs götürülsün. Bu əsassız və mənasız bir addımdır. Borclu məhkəmə qətnaməsi ilə ona ödənilməsi qət edilmiş pul məbləğini müxtəlif bəhanələrlə icra məmuru Mübariz Abbasovun köməkliyi ilə ödəməkdən yayınır. Bu yaxınlarda icra məmuru onu otağına çağıraraq, hədə-qorxu gələrək, ona qarşı etdiyi əməllərlə əlaqədar o, bütün dövlət orqanlarına müraciət etmişdir. Onda olan məlumata görə qərardad qanuni qüvvəyə minməmiş, icraya yönəldilmiş, avtomobil üzərinə qoyulmuş həbs artıq götürülmüşdür. Onun məhkəmədə iştirakı təmin edilməmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar və onun vəkili X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etməklə, əlavə olaraq qeyd etdilər ki, avtomobilin üzərindən həbsin götürülməsi barədə ərizə onun tərəfindən yazılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Borclu və Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəməyə gəlməmiş, gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tələbkarı və onun vəkilini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-195/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, təqdimata yenidən baxılması üçün material həmin məhkəməyə göndərilməlidir. İş materiallarından görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)-481/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Tələbkar xeyrinə 12967 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu Borclu tutulmalı, 100 manat məbləğində ekspertiza xərci Borclu tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, tələbkar ərizə ilə Xəzər rayon icra və probasiya şöbəsinə müraciət edərək, Borclu məxsus VAZ-2106 markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tələbkarın məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunması barədə işdə mötəbər sübutlar mövcud deyildir. Tələbkar həbsin götürülməsi barədə ərizənin onun iradəsini əks etdirməməsini və borcun ödənilmədiyini qeyd edir. Kollegiya hesab edir ki, hazırkı apellyasiya mərhələsində avtmobilin üzərindən həbsin götürülməsi barədə ərizəyə ərizəyə münasibət bildirilməsi mümkün olmadığından, həmin ərizənin tələbkar tərəfindən yazılıb-yazılmaması, borcun ödənilib-ödənilməməsi ilə bağlı məsələlərin araşdırılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 8(003)-195/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, avtomobilin üzərindən həbsin götürülməsi barədə icra məmurunun təqdimatına yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(003)- 195/2020 saylı qərardadı ləğv edilsin. Avtomobil üzərindən həbsin götürülməsi barədə icra məmurunun təqdimatına yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazımov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar