Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-21/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədirlik edən və məruzəçi), Ziya Allahverdi oğlu Şirinov və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 8(011)-836/2021 saylı qərardadından X1 tərəfindən verilmiş şikayəti Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-31 /2020 saylı, 19 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ondan 8734.09 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq, "xxxx" İKB ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3453/2021-ci saylı 10.03.2021-ci il tarixli qətnmaəsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-31/2020 saylı, 19 sentyabr 2020-ci il tarixli qətnaməsi qüvvvədə qalmışdır. Hal-hazırda qətnamənin icrası Xətai Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. O, iddiaçı "xxxx" İKB-yə olan borcunu bir dəfəyə ödəmək imkanı olmadığından borcunu məhkəmədənkənar hissə-hissə ödəmiş, beş ay 100 ABŞ dolları, dörd ayda 50 ABŞ dolları olmaqla ümumilikdə 700 ABŞ dolları məbləğində hissə-hissə ödəniş etmişdir. Buna dair ödəniş qəbzləri mövcuddur. Dəfələrlə borcunun ödənilməsindən boyun qaçırmadığını, müəyyən olunmuş borcun maddi imkanı daxilində ödənilməsini sübut etmək məqsədi ilə təkliflərini rədd etmişlər. Onun maddi durumu çox çətindir, himayəsində 2 azyaşlı uşağı və xəstə anası vardır. Hal-hazırda ölkədə pandemiya şəraiti olduğundan və bəzi iş yerləri bağlandığından işləmək və sabit gəlir əldə etmək imkanı məhduddur. Bu səbəbdən qətnamə ilə müəyyən olunmuş borcdan ödədiyi məbləğ çıxılmaqla bu günə banka olan 8034.09 ABŞ dolları məbləğində borcun(pulun) birdəfəlik ödəmək imkanı yoxdur. Bu halların üzrlü hesab edilməsini qanunamüvafiq hesab edir. Halhazırda ədalət mühakiməsini həyata keçirən məhkəməyə bildirmişdir ki, qalıq borc üzrə 8034.09 ABŞ dolları məbləğində nağd pulun hissə-hissə qaytarılmasına imkanı vardır. Borcun ödənilməsindən boyun qaçırmır, borcunu maddi imkanları daxilində ödəməyə razıdır. Göstərilənləri nəzərə alaraq, borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 31/2020 saylı, 19 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə ondan "xxxx" İKB-nin xeyrinə tutulan 834.09 ABŞ dolları məbləğində borcun hissə-hissə hər ay 300 ABŞ dolları məbləğində ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 8(011)-836/2021 saylı qərardadına əsasən X1nun «məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə möhlət verilməsinə dair» ərizəsi təmin edilməmişdir. X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 8(011)- 836/2021 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsi və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Borclu şikayətini ərizə ilə oxşar məzmunda əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının islasında iştirak edən iddiaçının nümayəndəsi X6 şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Borclu-ərizəçi məhkəməyə müraciət edərək müəllim olaraq təlim-məşq tədbirləri ilə bağlı işə baxılmasının 1 ay sonraya təxirə salınmasını xahiş etmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2021ci il tarixli 8(011)-836/2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlbnin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, Mülki-Prosessual, eləcədə cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Belə ki, qətnamənin icra edilməsi zamanı istər müddət, istərsə də icra olunacaq hissələrin məbləği və ya miqdarı məhkəmə tərəfindən müəyyən olunarkən ağlabatanlıq və ədalət prinsipi rəhbər tutulmalı, eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsinin qanuniliyi və səmərəliliyinə xələl gətirməsin. Məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti əsaslı deyil və məhkəmənin qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Odur ki, kollegiya MPM-in 398.0.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, ərizənin təmin edilməməsindən ibarət birinci instansiya məhkəməsinin qərardadı qanuni və işin hallarına uyğun olduğundan qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 8(011)-836/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-21/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-21/2022
26.01.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver