Məhkəmə qərarları › İş №8(103)-210/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-210/2021

05.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-210/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Tələbkar Tələbkar tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 8(004)-125/2021 saylı qərardadından verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apelyasiya Məhkəməsinin 24.04.2018-ci il tarixli 2(103)-4813/2018 nömrəli icra vərəqəsinə əsasən Tələbkar övladı-20.10.2015-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 14:00-dan 17:00-dək ünsiyyətdə olmaq üçün görüş vaxtı təyin edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X5 03.02.2021-ci il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 24.04.2018-ci il tarixli 2(103)- 4813/2018 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 8(004)-125/2021 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Tələbkar Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 8(004)- 125/2021 saylı qərardadından verdiyi şikayət həmin məhkəmənin 16 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qərarı qəbul edildikdən 3 il müddət keçməsinə baxmayaraq, borclu müxtəlif bəhanələr gətirərək məhkəmə qərarını icra etmir və uşağı atasına göstərmir. Keçən müddət ərzində tələbkar yalnız bir neçə dəfə övladını görə bilmişdir. Tələbkarın müxtəlif instansiyalara müraciətindən dərhal sonra Bakı şəhər Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimat verərək Borclu məcburi gətirilməsini xahiş etmişdir. İcra məmurlarının çağırışlarına gəlməyən borclu onun məcburi gətitilməsi barədə məsələyə məhkəmə tərəfindən baxılması zamanı peyda olmuş və hakim icra məmurunun məhkəmə iclasdakı çıxışını təhrif edərək qərardadın 1-ci səhifəsinin 3-cü abzasında onun adından qeyd edir ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar şöbəyə dəvət edilmiş və o hər dəfə vaxtında gəlmişdir, lakin onun gələcəkdə gələ bilməmə ehtimalını nəzərə alaraq bu təqdimatı vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu şikayəti qəbul etmədi, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 8(004)-125/2021 saylı qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi, izahatında qeyd etdi ki, o, uşağın atası ilə ünsiyyətdə olmasına heç bir vaxt maneçilik törətməmiş, uşağı görüş üçün gətirmişdir. Tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası borclunu dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 8(004)-125/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84.2-ci maddəsinə əsasənİcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyiyerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasənbu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İcra məmuru iş üzrə borclunun onun çağırışlarına gəlməməsini təqdimatda qeyd etsə də, iş üzrə borclunun çağrış vərəqələrini rəsmi qaydada almasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Əksinə verilmiş izahatla borclunun məhkəmənin və icra məmurunun çağırışlarına gəldiyi, Borclu Bakı Apelyasiya Məhkəməsinin 24.04.2018-ci il tarixli 2(103)-4813/2018 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə övladı - 20.10.2015-ci il təvəllüdlü X1 Tələbkar ilə ünsiyyətdə olması üçün 06.03.2021-ci və 13.03.2021-ci il tarixlərdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gətirmişdir. Orada icra məmuru Səvxan Abasovun və tərəflərin iştirakı ilə görüş baş tutmuşdur. Bu barədə icra məmuru tərəfindən 06.03.2021-ci və 13.03.2021-ci il tarixlərdə müvafiq aktlar tərtib edilmişdir (Aktlar işə əlavə edildi). Bu isə borclunun qərəzli olaraq icra sənədinin icrasından yayınmasını istisna edir. Bundan əlavə apellyasiya mərhələsində borclu tərəfindən təqdim olunmuş 17.03.2021, 03.04.2021, 10.04.2021, 17.04.2021 tarixli aktlardan görünür ki, borclu uşağı görüş üçün təyin edilmiş vaxtlarda gətirmişdir. Həmçinin “İcra haqqında” Qanunun 84.3-cü maddəsinin tələbinə əməl edilməmiş, icra məmuru müvafiq qərar qəbul etsə də, tərəflərə həmin qərarın surəti təqdim edilməmiş və onların məhkəməyə şikayət vermək hüquqları təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 8(004)- 125/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar