Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-210/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)- 541/2023 saylı qərardadından Borclu nümayəndəsi-vəkili Vəkil1 və Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: X8 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin qərarından məhkəməyə şikayət ərizəsi verərək, Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon İcra şöbəsi xx.xx.2021-ci il tarixli, 2(005)-337/2021 saylı icra sənədi üzrə İcra haqqında qanunun 70.4-cü maddəsinə əsasən, yəni icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması əsası ilə xx.xx.2023-cü il tarixli qərarla iddiaçı X11 cavabdeh Borclu və qeyrilərinə qarşı əmlakın boşaldılması və təhvil verilməsinə dair iddiası əsasında çıxarılmış icra vərəqəsi üzrə icraat mümkün olmadığından məhkəməyə geri qaytarılmışdır. İcra məmurunun qərarı qanunsuz və əsassız, həmçinin iddiaçının mənafelərinə ziddir. İcra məmuru öz qərarını əsaslandırarkən icra sənədinə əsasən əmlakın boşaldılaraq tələbkara təhvil verilməsinin mümkünsüzlüyünü belə əsaslandırmışdır ki, həmin mənzilin boşaldılması və təhvil verilməsi barədə məcburi icra tədbiri icra edilərkən evdə X7 adlı şəxsin yaşadığı və həmin mənzildə Borclu yaşamadığı müəyyən edilmişdir. Həmçinin mənzildə yaşayan şəxsin deməsinə görə, həmin mənzili ona əri alıb və orada təqdim etdiyi arayışlara əsasən xx.xx.2020-ci ildən orada yaşayır. Lakin icra məmuru Sadıqov Sabirin ünvan 1 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115,8 kv.m. olan mənzilin mülkiyyətçisi olması faktını bildiyi halda, həmin mənzili orada yaşayan qadının deməsinə görə ərinin almasını arqumentini və ərinin kimliyini araşdırmamış və mənzilə dair X7 adlı şəxsin hər hansı hüquqlarının mövcudluğunu müəyyən etmədən qanunsuz qərar qəbul etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-541/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Daha sonra Borclu nümayəndəsi və vəkili Vəkil1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin «İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması» haqqında xx.xx.2023-cü il tarixli qərarından X8 tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən mənzildə artıq neçə illərdir ki, X7 ailə üzvləri ilə birlikdə yaşayır, mənzil də MTK-dan verilmiş arayışdan da göründüyü kimi məhz X5 məxsusdur. Bu vəziyyətdə Borclu, əvvəla X3 mənzili boşaltmasını tələb edə bilmir, digər tərəfdən tələb etsə də, həmin şəxs mənzili əvəzli olaraq əldə etdiyindən, mənzilə görə ödəmiş olduğu vəsait ona qaytarılmadan mənzildən çıxmaz və həmin mənzili boşaltmaz. Mülki işdən göründüyü kimi Borclu mənzili Maraqlı şəxs1 MMC-dən, sonuncu ilə Borclu arasında bağlanmış müqavilə əsasında əvəzli olaraq almış və mənzilə görə Maraqlı şəxs1 MMC-yə mənzilin dəyərini tamamilə ödəmişdir. Bundan sonra mənzilin təmirinə külli miqdarda vəsait xərcələyərək onu təmir etdirmişdir. Bundan sonra da mənzili X2. Lakin mənzil Borclu tərəfindən X1, mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmadığından, mənzilin alqı-satqısına dair notariat qaydasında müqavilə bağlamaq mümkün olmamış, bu səbəbdən belə müqavilə bağlanmadan mənzil Borclu tərəfindən satılmış və X7 da mənzili əvəzli olaraq Borclu alıb, həmin mənzilə ailə üzvləri birlikdə köçmüşdür. Hazırda mənzil X4 istifadəsində və sahibliyindədir və X7 mənzili əvəzli olaraq Borclu aldığından mənzilin sahibi də o hesab olunur. Borclu mənziili Maraqlı şəxs1 MMC-dən əvəzli olaraq alıb, külli miqdarda vəsait sərf edib təmir etdirdikdən sonra X2 və mənzili sonuncuya təhvil vermişdir. Belə bir vəziyyətdə icra məmuru hazırkı icra sənədinin icrası qaydasında, həmin icra sənədi üzrə borclu olmayan, digər tərəfdən mənzili satın alıb orada ailəsi ilə birlikdə bu əsasla yaşadığını bildirən şəxsi, hazırkı halda X6, ailəsi ilə birlikdə, yaşadığı mənzildən çıxara bilməz. Bunu edərsə, icra məmuru səlahiyyət həddini aşmış, icra sənədində göstərilməyən hərəkətləri özbaşına etmiş olar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-541/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 541/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarından X8 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X8 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə şikayət verərək qərardadın ləğv edilərək, icra məmurunun qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməsinə dair xx.xx.2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmurunun qərarı qanunsuz və əsassız, həmçinin iddiaçının mənafelərinə ziddir. Belə ki, icra məmuru öz qərarını əsaslandırarkən icra sənədinə əsasən əmlakın boşaldılaraq tələbkara təhvil verilməsinin mümkünsüzlüyünü belə əsaslandırmışdır ki, həmin mənzilin boşaldılması və təhvil verilməsi barədə məcburi icra tədbiri icra edilərkən evdə X7 adlı şəxsin yaşadığı və həmin mənzildə Borclu yaşamadığı müəyyən edilmişdir. Həmçinin mənzildə yaşayan şəxsin deməsinə görə, həmin mənzili ona əri alıb və orada təqdim etdiyi arayışlara əsasən xx.xx.2020-ci ildən orada yaşayır. Lakin icra məmuru Sabir Sadıqovun ünvan 1 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115,8 kv.m. olan mənzilin mülkiyyətçisi olması faktını bildiyi halda, həmin mənzili orada yaşayan qadının deməsinə görə ərinin almasını arqumentinə ərinin kimliyini araşdırmamış və mənzilə dair X7 adlı şəxsin hər hansı hüquqlarının mövcudluğunu müəyyən etmədən qanunsuz qərar qəbul etmişdir. Nərimanov Rayon Məhkəməsinə şikayət edən Borclu da öz şikayətində yuxarıda qeyd edilənlərdən əlavə qeyd etmişdir ki, o mənzili əvəzli şəkildə satmışdır. Amma mənzilə dair müqaviləsi etibarsız hesab edilmiş borclunun həmin mənzili satması qanunsuzluqdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-541/2023 saylı, 10 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 8(005)-541/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarından X8 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)-541/2023 saylı qərardadı ilə Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. Həmin qərardaddan Borclu nümayəndəsi və vəkili Vəkil1 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı icra sənədi üzrə Borclu olsa da, ünvan 2 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115,8 kvm olan mənzildə yaşamır. Bu səbəbdən icra sənədinin onun tərəfindən icra edilməsi, yəni həmin mənzilin boşaldılaraq X8na verilməsi mümkün deyildir. Belə ki, sözügedən mənzildə artıq neçə illərdir ki, Maraqlı şəxs2 ailə üzvləri ilə birlikdə yaşayır, mənzil də MTK-dan verilmiş arayışdan da göründüyü kimi məhz Maraqlı şəxs2 məxsusdur. Bu vəziyyətdə Borclu əvvəla Maraqlı şəxs2 mənzili boşaltmasını tələb edə bilməz, digər tərəfdən tələb etsə də, həmin şəxs mənzili əvəzli olaraq əldə etdiyindən, mənzilə görə ödəmiş olduğu vəsait ona qaytarılmadan mənzildən çıxmaz və həmin mənzili boşaltmaz. Mülki işdən göründüyü kimi borclu mənzili Maraqlı şəxs1 MMC-dən, sonuncu ilə aralarında bağlanmış müqavilə əsasında əvəzli olaraq almış və mənzilə görə Maraqlı şəxs1 MMC-yə mənzilin dəyərini tamamilə ödəmişdir. Bundan sonra mənzilin təmirinə külli miqdarda vəsait xərcələyərək onu təmir etdirmişdir. Bundan sonra da mənzili Maraqlı şəxs2 satmışdır. Lakin mənzil Maraqlı şəxs2 satılarkən, mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmadığından, mənzilin alqı-satqısına dair notariat qaydasında müqavilə bağlamaq mümkün olmamış, bu səbəbdən belə müqavilə bağlanmadan mənzil satılmış və Maraqlı şəxs2 da mənzili əvəzli olaraq alıb, həmin mənzilə ailə üzvləri birlikdə köçmüşdür. Hazırda mənzil Maraqlı şəxs2 istifadəsində və sahibliyindədir və Maraqlı şəxs2 mənzili əvəzli olaraq borcludan aldığından mənzilin sahibi də o hesab olunur. Borclu mənzili Maraqlı şəxs1 MMC-dən əvəzli olaraq alıb, külli miqdarda vəsait sərf edib təmir etdirdikdən sonra Maraqlı şəxs2 satmış və mənzili sonuncuya təhvil vermişdir. X8 eyni mənzili Maraqlı şəxs1 MMC-dən təmirsiz almışdır. Hazırda faktiki vəziyyətinə görə mənzil əla təmir olunmuşdur, mənzili təmir edən şəxs X15 deyildir, mənzili təmir etmiş şəxs borcludur, mənzili təmir etdirdikdən sonra təmirli mənzil olaraq Maraqlı şəxs2 satmışdır, X7 da mənzili təmirli mənzil olaraq almışdır. Belə bir vəziyyətdə mənzili, hazırkı icra sənədinin icrası ilə bağlı olaraq Maraqlı şəxs2 necə geri tələb edə bilər, tələb etsə belə Maraqlı şəxs2 mənzildən necə çıxara bilər, hətta tələb etsə belə, Maraqlı şəxs2 mənzilə görə ödədiyi vəsait ona qaytarılmadan mənzili boşaldarmı, mənzildən çıxarmı. Eynilə onun mənzilə görə ödədiyi vəsait, sonradan mənzilin təmirinə xərclədiyi vəsait, əgər həmin vəsaiti Maraqlı şəxs2 qaytarmalı olsa, mənzilə görə ödədiyi vəsaiti Maraqlı şəxs1 MMC-dən, sonuncuya qarşı tələb irəli sürməklə istəsə də, mənzilin təmirinə çəkdiyi xərci ondan-Maraqlı şəxs1 MMC-dən istəyə bilərmi. Digər tərəfdən X8 eyni mənzili Maraqlı şəxs1 MMC-dən təmirsiz almışdır, lakin hazırkı icra sənədinin icrası qaydasında mənzil ona təhvil verilərsə, bu halda o, təmirə bir manat vəsait belə xərcləmədiyi halda əla təmir olunmuş mənzilə sahib olmuş olacaq və tələbkarın bu günə qədər bildirdiklərindən də məlum olur ki, o, heç kimə təmirə görə hər hansı məbləğdə vəsait ödəmək niyyətində deyil. Məhkəmə qərardadında göstərmişdir ki, icra sənədinin icra edilməsi üçün qanunvericililklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirildiyi aşkar olunmur, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir, bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq hərəkətlərin davam etdirilməsini daha məqbul hesab edir. Lakin məhkəmə qərardadında daha hansı icra hərəkətlərinin aparılmalı olduğunu göstərməmişdir. İcra işindən görünür ki, mənzilin ünvanı müəyyən edilmişdir, tələbkar, borclu müəyyəndir, mənzildə borclunun deyil, başqa şəxsin ailəsi ilə birlikdə yaşadığı müəyyən edilmişdir və həmin şəxs icra məmuruna bildirmişdir ki, mənzili əvəzli olaraq satın almışdır, hətta mənzildə mənzilin sahibi olaraq yaşadığına dair MTK-dan arayış da təqdim etmişdir. Belə bir vəziyyətdə icra məmuru hazırkı icra sənədinin icrası qaydasında, həmin icra sənədi üzrə borclu olmayan, digər tərəfdən mənzili satın alıb orada ailəsi ilə birlikdə bu əsasla yaşadığını bildirən şəxsi, hazırkı halda Maraqlı şəxs2 ailəsi ilə birlikdə, yaşadığı mənzildən çıxara bilərmi. Əlbəttə, bu mümkün deyil. Bunu edərsə, icra məmuru səlahiyyət həddini aşmış, icra sənədində göstərilməyən hərəkətləri özbaşına etmiş olar ki, bu da qanunsuz olar. İcra məmuru, sonra da məhkəmənin özü tərəfindən borcluda tələbin yönəldilə biləcəyi əmlakın olmadığının, yəni mübahisəli mənzildə borclu deyil, tamamilə başqa şəxslərin yaşadığının müəyyən edilməsinə baxmayaraq, məhkəmə qeyd edilən maddənin tələblərini pozaraq icra məmurunun «İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması» haqqında xx.xx.2023-cü il tarixli qərarını qanunsuz və əsassız olaraq ləğv etmişdir. Məhkəmə iş üzrə mübahisəli mənzildə başqa şəxslərin yaşadıqları barədə məlumatlandırılsa da, qərardadında icra məmurunun mübahisəli mənzildə yaşayanların iradəsi ziddinə hərəkətlər etməsini nəzərdə tutan qərardad qəbul edərək mənzildə yaşayan X4 və onun ailə üzvlərinin Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsi ilə nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. Qeyd olunan qərardaddan həmçinin Maraqlı şəxs2 nümayəndəsi və vəkili Vəkil3 şikayət verərək, qərardadın ləğv edilməsi və Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarından X8 tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 hazırkı icra vərəqəsi üzrə borclu deyil. O, bu icra sənədinin verilməsinə əsas olmuş mülki işə (işlərə) baxılarkən hər hansı bir mərhələdə nə cavabdeh, nədəki üçüncü şəxs (maraqlı şəxs) olaraq sözügedən işlərə cəlb edilməmişdir. Bu səbəbdən onun qeyd edilən icra sənədini borclu olaraq icra etmək vəzifəsi, başqa sözlə sözügedən mənzili boşaldaraq tələbkar Sabir Sadıqova təhvil vermək kimi bir qanuni vəzifəsi yoxdur. Həmçinin qeyd edilən icra vərəqəsi və onun verilməsinə əsas olmuş məhkəmə aktları Maraqlı şəxs2 üçün hər hansı bir preyudisial əhəmiyyət daşımır. Hətta tək elə bu səbəblərdən ünvan 1 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən 2 otaqlı mənzilin cavabdeh Borclu tərəfindən boşaldılaraq iddiaçı X12 təhvil verilməsi hissəsində icra sənədini icrası mümkün olmayan icra sənədi olaraq məhkəməyə geri qaytarması barədə icra məmuru İmran Cəfərquliyevin xx.xx.2023-cü il tarixli qərarı tamamilə qanuni və əsaslıdır. Eyni zamanda sözügedən icra vərəqəsində mənzilin Maraqlı şəxs2 tərəfindən deyil, məhz Borclu tərəfindən boşaldılması qət edilmişdir. Sözügedən mənzildə isə artıq neçə illərdir Maraqlı şəxs2 ailə üzvləri ilə birlikdə yaşayır, o cümlədən mənzildə olan bütün daşınar əşyaların heç biri icra vərəqəsi üzrə Borclu məxsus deyildir. Həmin mənzilin boşaldılması demək, Maraqlı şəxs2 mülkiyyət hüquqlarının kobud şəkildə pozulması və icra sənədinə göstərilməyən hərəkətlərin qanunsuz olaraq yerinə yetirilməsi deməkdir. Bundan başqa məhkəmənin nəzərinə çatdırılır ki, icra sənədi üzrə Borclu ünvan 1 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115,8 kv.m olan mənzildə yaşamır. İcra sənədinin Borclu tərəfindən icra edilməsi, yəni həmin mənzilin onun tərəfindən boşaldılaraq X8na verilməsi mümkün deyildir. Hazırkı vəziyyətdə nə icra məmuru, nə dəki Borclu Maraqlı şəxs2 mənzili boşaltmasını tələb edə bilməz. Bu qanunvericiliyin pozulması və icra məmuru Maraqlı şəxs2 mənzili boşaltmasını tələb edə bilməz. Bu qanunvericiliyin pozulması və icra məmuru tərəfindən özbaşınalığa yol verilməsi kimi qiymətləndirilir. Digər tərəfdən heç kəs yaşadığı mənzildən məhrum edilə bilməz. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin mülkiyyətinə, mənzilinə qəsd etmək qadağandır. Hər kəsin mənzil toxunulmazlığı hüququ, daşınar və daşınmaz əmlak sahib olmaq, əmlakdan istifadə etmək hüquqları vardır. Heç kəs daşınar və daşınmaz əmlaka olan hüquqlarından məhrum edilə bilməz. Sadalananlar konstitusion hüquqlardır, fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, orqan, idarələr, hətta məhkəmələr tərəfindən pozulması yol verilməzdir. Hazırda mənzil və orada olan bütün əşyalar Maraqlı şəxs2 istifadəsində və sahibliyindədir və Maraqlı şəxs2 yoldaşı mənzili əvəzli olaraq Borclu bu məhkəmə aktarı mövcud olmamışdan qabaq almışdır. O da məhkəmənin nəzərinə çatdırılır ki, Maraqlı şəxs2 yaşadığı sözügedən mənzil tam təmirli vəziyyətdədir. Mənzilin hazırda təmirli olmasını tərəflər qəbul edir və mübahisələndirmir. Məhkəmə tərəfindən mənzilə yerində baxış keçirilsə bu hal bir daha öz təsdiqini tapa bilər. Lakin Borclu tərəfindən boşaldılaraq X8na təhvil verilməsi göstərilmiş eyni mənzil isə təmirsiz olmalıdır. Çünki həmin mənzil tikinti şirkətindən MMC-dən təmirsiz almışdır. İşə baxan məhkəmə nəzərə almalıdır ki, qeyd edilən icra sənədi əsassız olaraq icra ediləcəyi təqdirdə bu tələbkarın məhkəmə və icra məmuru vasitəsi ilə əsassız olaraq varlanması, haqqı olmayan əvvəlki dəyərindən dəfələrlə bahalı təmirli əmlaka sahib olması, bir sözlə qanunun pozulması ilə də nəticələcəkdir. Bundan başqa qərardadda məhkəmə maraqlı şəxsin nümayəndəsinin etirazını tamamilə təhrif etmişdir. Belə ki, nümayəndə etirazda Maraqlı şəxs2 ilə Borclu arasında mənzillə bağlı alqı-satqı müqaviləsinin olub-olmadığını bilmədiyini, Maraqlı şəxs2 icraçı onun qapısına gələnədək, yəni son dövrlərə qədər həmin mənzilə bağlı məhkəmə mübahisənin olmasından xəbərinin olmadığı göstərmişdir. Bu qeyd edilənlər məhkəmə iclasının video-audio yazısında da vardır. Etirazda hazırkı şikayətdə qeyd edilmiş bir çox hallar da məhkəmənin nəzərinə çatırılmışdır. Lakin qərardadda onlar da göstərilməmiş, məlum olmayan səbəbdən qərardadda etirazda tamamilə fərqli yazılmışdır. Həmçinin Maraqlı şəxs1 MMC-nin nümayəndəsi məhkəmədə bildirmişdir ki, mənzillərdə kimlərin yaşadığını komendantlar bilir. O, mənzillərdə kimlərin yaşadığını bilmir. Məhkəmə tərəfindən şikayətdə qeyd edilən halların nəzərə alınmaması işə tam və hərtərəfli baxılmadığı anlamına gəlir. Bununla da qəbul edilmiş qərardad ilə prosessual normanın tələbləri pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il , 8(005)-541/2023 saylı qərardadı ilə şikayətlər təmin edilməmiş, şikayətlər mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Borclu nümayəndəsi-vəkili Vəkil1 tərəfindən “Elektron məhəkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin e-2(005)-1902/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı, həmin qərardaddan X8 tərəfindən verilmiş şikayət və Nərimanov rayon məhkəməsinin icraatında olan e-2(005)-1902/2024 saylı mülki iş üzrə ilk iddia üzrə cavabdeh X15 tərəfindən cavabdehlər - Borclu və Maraqlı şəxs2 qarşı verilmiş qarşılıqlı iddia ərizəsi təqdim edilmişdir. Məhkəmə kollegiyası, şikayətlərin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2024 qərardadı ləğv edilməli və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarından X8 tərəfindən verilmiş şikayətə yenidən hüquqi qiymətin verilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-337/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, ünvan 3 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan mənzil Borclu tərəfindən boşaldılaraq iddiaçı X12 təhvil verilməsi qət edilmişdir. Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, icra sənədinin icra olunması məqsədi ilə xx.xx.2023-cü il tarixdə icra yerinə gedilmiş, mənzilin qapısı döyülmüş və qapını açan X7 adlı şəxs bildirmişdir ki, mənzili onun həyat yoldaşı almışdır. Onlar bu ünvanda xx.xx.2020-ci il tarixdən hazırki tarixədək yaşayırlar və mənzildəki əmlaklar özlərinə məxsusdur. Bu mənzildə Borclu adlı şəxs yaşamır. Bu səbəbdən qətnamədə digər şəxslərin çıxarılması nəzərdə tutulmadığı üçün qətnamənin icrasını mümkünsüz hesab edərək, icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, Borclu həmin mənzildə yaşamaması səbəbindən qətnamənin icrasının mümkünsüz hesab edilməsi “İcra haqqında” Qanuna əsasən icra məmurunun üzərinə qoyulmuş öhdəliklərin yerinə yetirilməsinə və ədalət mühakiməsi zamanı pozulmuş hüquqlarının və azadlıqlarının bərpası ilə bağlı müraciətlərə ağlabatan müddətdə baxılıb ədalətli qərar qəbul edilməsinə əsassız şəkildə mane olur. Bu amilləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, icra məmuru tərəfindən icra tədbirlərinin həyata keçirilməsində heç bir qeyri-qanunilik yoxdur və evin boşaldılması ilə bağlı icra hərəkətləri qeyri-müəyyən vəziyyətdə saxlanılmayıb davam etdirilməlidir. İcra vərəqəsindən müəyyən olunur ki, icra sənədinin mahiyyəti mənzilin boşaldırlaraq mülkiyyətçiyə verilməsindən ibarətdir. İcra məmuru isə icra sənədində qeyd edilən şəxsin mənzildə olmaması və digər şəxslərin mənzildə olmasını əsas gətirərək icra sənədini icra etməməkdə haqlı olmamışdır. Belə ki, icra məmurunun bu hərəkəti məhkəmə aktının və icra sənədinin əhəmiyyətsiz vəziyyətə salınması və ədalət mühakiməsinə olan etimadın sarsılması ilə nəticələnir. Eyni zamanda məhkəmə iclasında tələbkar, borclular və Maraqlı şəxs2 nümayəndəsinin izahatlarından müəyyən olunmuşdur ki, Borclu ilə Maraqlı şəxs2 arasında mənzilin alqı-satqısına dair hər hansı rəsmi müqavilə mövcüd olmamış və sonuncunun həmin mənzildə ailə üzvləri ilə yaşamasının qanuni əsasları yoxdur. Hazırki iş üzrə “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında icra məmurunun qərarında isə icra sənədinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq hərəkətlərin davam etdirilməsini daha məqbul hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həm apellyasiya instansiyası məhkəməsinin qərardadının göstərişləri, həm də işin faktiki halları tam olaraq araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. - 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. - 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. - 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. İş materiallarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 8(005)-541/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməsi və Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarından X8 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-36/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında göstərilmişdir ki, “iş materiallarında sözügedən mənzilin Maraqlı şəxs2 məxsus olması təsdiq edən kifayət qədər sübutlar (məsələn, daşınmaz əmlakın alqı-satqısına dair nəzərdə tutulmuş qaydada alqı-satqı müqaviləsi, çıxarış və s) olmamış və məhkəmə tərəfindən onun həmin mənzildə yaşamasının hüquqi əsasları yoxlanılmamışdır. Göründüyü kimi qanuni qüvvəsini almış qətnamə ilə tələbkara verilməli olan mənzilin hansı qaydada, nə zaman (qəbul edilmiş qətnamədən əvvəl və ya sonra) başqa şəxsə satılması və ya MTK tərəfindən hansı əsasla sözügedən mənzilin Maraqlı şəxs2 məxsus olması barədə “arayış” verilməsini birinci instansiya məhkəməsi müəyyən etməmişdir. Həmçinin birinci instansiya məhkəməsi Maraqlı şəxs2 “legitim gözlənti” olmasını qeyd etsə də hazırki mübahisənin mahiyyəti məhz ondan ibarət olmuşdur ki, ünvan 4 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan mənzil Borclu tərəfindən boşaldılaraq iddiaçı X12 təhvil verilməlidir. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs1 MMCnin nümayəndəsini və Maraqlı şəxs2ı prosesə cəlb edərək, icra işinin materiallarını tam araşdırmaqla, eləcə də, sonuncu ilə Borclu arasında hər hansı müqavilə və ya qohumluq münasibətlərinin olub-olmamasını müəyyən etməklə müvafiq nəticəyə gəlməli idi. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki vəziyyətdə “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında icra məmurunun qərarında isə icra sənədinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirib-keçirməməsi müəyyən edilmir”. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)- 36/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında işə yenidən baxılan zaman müvafiq göstərişlər qoyulsa da, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almadan işin faktiki hallarını yenidən düzgün araşdırmadan nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası hazırki mövqeyini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs1 MMC-nin nümayəndəsini və Maraqlı şəxs2ı prosesə cəlb etsə də, həmin şəxslərin izahatları almaqla kifayətlənmiş, icra işini tələb etməyərək qətnamənin icra mərhələsində icra məmuru tərəfindən müəyyən edilmiş halları araşdırmayaraq, məhz izahatlara istinad edərək faktiki olaraq apellyasiya instansiya məhkəməsinin qərardadında qeyd etdiyi mövqeyi təkrarlamaqla kifayətlənmişdir. Həmçinin müəyyən edilmişdir ki, Borclu mənzili Maraqlı şəxs1 MMC-dən müqavilə əsasında əvəzli olaraq almış və mənzilə görə Maraqlı şəxs1 MMC-yə mənzilin dəyərini ödəmişdir. Göründüyü kimi hazırki vəziyyətdə iş materiallarında sözügedən mənzilin Maraqlı şəxs2 məxsusluğunu təsdiq edən kifayət qədər sübutlar (məsələn, daşınmaz əmlakın alqı-satqısına dair nəzərdə tutulmuş qaydada alqı-satqı müqaviləsi, çıxarış və s) olubolmaması, başqa sözlə, onun həmin mənzildə yaşamasının hüquqi əsasları yoxlanılmamış, izahatlara istinad edərək Maraqlı şəxs2 həmin mənzilə münasibətdə qanuni əsaslar olmadan sahibləndiyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə MMC tərəfindən verilmiş arayışlarda ünvan 4 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv.m olan mənzilin Maraqlı şəxs2 xx.xx.2020-ci ildən yaşamasını, başqa sözlə, sözügedən arayışlarda qeyd edilən mənzilin ona məxsus olduğu qeyd olunsa da, birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Maraqlı şəxs1 MMC-nin nümayəndəsinin mənzilin Maraqlı şəxs2 tərəfindən təmir edilməsi və həmin mənzildə yaşaması barədə məlumatı olmamasına dair izahatı üzrə araşdırma aparılmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs1 MMC-nin nümayəndəsini və Maraqlı şəxs2ı prosesə cəlb etməklə kifayətlənməməli, onlar tərəfindən mübahisəli mənzilə dair aralarında olan rəsmi sənədlər tələb edilməli, daha vacibi isə icra işi tələb olunmaqla icra işinin materiallarını tam araşdırmaqla müvafiq nəticəyə gəlməli idi. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında icra məmurunun qərarında isə icra sənədinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirib-keçirməməsi müəyyən edilmir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı Borclu cavabdeh X12 qarşı təmir xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsi icraata götürülmüşdür (hakim Mehriban Əfəndizadə). Bununla yanaşı həmin işdə cavabdeh X9 Elçin Cəmşid oğluna, Maraqlı şəxs2 qarşı mənzildə qanunsuz yaşayan digər şəxslərin çıxarılması, dəymiş maddi və mənəvi ziyanın qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırki iş üzrə borclu və tələbkar eləcə də maraqlı şəxs arasında başqa bir icraatda mülki mübahisə ilə bağlı məhkəmə çəkişməsi başlamışdır. Lakin birinci instansiya məhkəməsi həmin mülki işin hansı mərhələdə olması, eləcə də həmin iş üzrə müəyyən edilmiş halların nədən ibarət olmaqla hazırki işə hər hansı bir təsiri olubolmamasına da qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, icra sənədi üzrə X8nun icra sənədi üzrə borclu olmayan, digər tərəfdən də mübahisəli mənzildə faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşamaqla mübahisəli mənzilə iddia edən Maraqlı şəxs2 ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmalarına dair başqa bir mülki iş üzrə qətnamə qəbul edilməsi tələb etdiyi bir vəziyyətdə birinci instansiya məhkəməsinin hazırkı icra sənədi üzrə həll edilməli olan işin sözügedən başqa mülki işin həllindən asılı olub-olmadığını araşdırmadan qərar qəbul etməsi doğru olmamışdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərsin. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, bu qərardadın təsviri hissəsində qeyd edilənlər əsasında şikayətlər qismən təmin edilməli, qərardad ləğv edilməli, tələbkar tərəfindən verilmiş şikayət yenidən araşdırılmalı və ona yenidən hüquqi qiymət verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu nümayəndəsi-vəkili Vəkil1 və Maraqlı şəxs2 nümayəndəsi-vəkili Vəkil3 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)- 541/2023 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında xx.xx.2023-cü il tarixli qərarından X8 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov
Məhkəmə qərarları › İş №8(103)-210/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-210/2024
14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver