Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-211/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Borclu Veerpandian Ramprasathın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)- 495/2021 saylı qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Bəhruz Bayramov təqdimatla məhkəməyə müraciət edərək, borclu Veerpandian Ramprasathın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 937/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Veerpandian Ramprasatha xx.xx.2021-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-495/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu, xx.xx.1996-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Veerpandian Ramprasathın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Hazırda borclu Veerpandian Ramprasath şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-495/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 937/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsilə iddiaçı Tələbkar ilə cavabdeh Veerapandian Ramprasath arasında bağlanmış 08 iyul 2020-ci il tarixli İcarə müqaviləsinə xitam verilmiş və cavabdeh Veerapandian Ramprasathdan 6000 (altı min) manat icarə haqqı və 30 (otuz) manat məbləğində dövlət rüsümu tutularaq, iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra İdarəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra İdarəsinin əqdimatı əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərardadı ilə mülki iş üzrə cavabdeh Veerapandian Ramprasathın ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(003)-37/2023 saylı saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiaysının iclasında borclunun nümayəndəsi və vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Kollegiya aşağıdakılara əsasən məhkəmənin gəldiyi nəticə ilə razılaşmamaqla aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-937/2021 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək iddiaçı Tələbkar ilə cavabdeh Veerapandian Ramprasath arasında bağlanmış 08 iyul 2020-ci il tarixli İcarə müqaviləsinə xitam verilməsi, cavabdeh Veerapandian Ramprasathdan 6000 (altı min) manat icarə haqqı və 30 (otuz) manat məbləğində dövlət rüsümu tutularaq, iddiaçı Tələbkar xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra cavabdeh Veerapandian Ramprasathın nümayəndəsi və vəkili Nümayəndə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 937/2021 saylı qətnaməsindən apellyasiya şikayəti və eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verərək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə eyni ünvanda yaşamışlar. Yəni cavabdeh Veerapandian Ramprasath iddiaçı Tələbkar evində kirayədə qalmışdır. Beləliklə cavabdehin qətnamənin poçt vasitəsilə göndərilməsindən xəbərsiz olmuşdur. İddiaçı Tələbkar tərəfindən Veerapandian Ramprasatha göndərilmiş qətnamə poçt qəbzinə imza etməklə təhvil alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-937/2021 saylı qərardadı ilə cavabdeh Veerapandian Ramprasathın nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa olunması və verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmşdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda icra icraatı üzrə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas məhz Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-937/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası qaydasında aparılan icra icraatı ilə bağlı olmuşdur. Hazırda isə müəyyən edilir ki, həmin qətnamə qanuni qüvvəsini almamış, qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması mümükün hesab edilmişdir. Hazırda cavabdeh Veerapandian Ramprasath tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayevin icraatındadır. Bundan əlavə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanundan göründüyü kimi, 2 şərt mövcud olduqda qeyd olunan məhdudlaşdırma tətbiq edilə bilər: 1) könüllü icra üçün müəyyən olunmuş müddətin bitməsi; 2) icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi. Məhkəmə kollegiyası borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla bağlı qeyd edir ki, icra məmuru təqdimatda qanunla nəzərdə tutulmuş zəruri icra hərəkətlərinin edilməsini göstərməklə təqdimatın təmin edilməsini xahiş etsə də, həmin hərəkətlərlə bağlı (tələbin könüllü icrası barədə bildirişin təqdim edilməsi istisna olmaqla) zəruri sənədləri nə təqdimata əlavə etməmiş, nə də məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməyərək təqdim etməmişdir. Eyni zamanda borclunun da icra sənədini üzürsüz səbəbdən icra edilməməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməməklə məhz bu tədbirin görülməsinin zəruriliyini, yəni icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsinin nədə ifadə olunduğunu təqdimatda əsaslandırılmamışdır. Beləliklə, qeyd edilən xüsusatlar nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(003)-37/2023 saylı qərardadı ləğv edilməklə təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397, 398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)- 495/2021 saylı qərardadı ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-211/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-211/2023
12.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver