Məhkəmə qərarları › İş №8(103)-213/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-213/2024

21.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-213/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 8(011)-397/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusifli - Borclu məxsus “Toyota Corolla” minik markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir.. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə “Mercedes Benz E220 CDİ” markalı **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki ** MM ***) avtomobilə dair cavabdehlər Borclu və X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən əldə edilmiş 40.000 manat pulun 1/2 hissəsi, yəni 20000 (iyirmi min) manatı ilkin iddia üzrə cavabdeh Borclu alınaraq ilkin iddia üzrə iddiaçı Tələbkar xeyrinə tutulması hissəsində tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Toyota Corolla” minik markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasım təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-397/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək Borclu məxsus “Toyota Corolla” minik markalı, 99-VV546 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-397/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qərardadından verilmiş şikayət həmin məhkəmənin 15 may 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir Şikayət onunla əsaslandırmışdır ki, İcra haqqında AR Qanunun 43 maddəsi məcburi icra tədbirlərini müəyyən edərək qeyd edir ki, məcburi icra tədbirlərindən biri də (43.1.2). tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsidir. İcracı onun əmək haqqına yönəltmənin mümkünlüyünü araşdırmadan təqdimat vermişdir, borclunun mənafeyinə əhəmiyyətli dərəcədə ziyan vurulmasına səbəb olduğu üçün ləğv edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-397/2024 nömrəli, 29 aprel 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İş materiallarından müəyyən olunur ki, Borclu '‘Qismət” MMC-nə (“Qismət Fimrast" MMCnə) ünvanladığı və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində notariat qaydasında təsdiq olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-5272 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 8İ-5270 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli, 8İ-5269 reyestr nömrəli və xx.xx.2020-ci il tarixli, 81-5271 reyestr nömrəli ərizələr, cavəbdehiər Borclu ilə “Qismət" MMC arasında xx.xx.2020-ci ii tarixində bağlanmış xx.xx.2014-cü il tarixli, 52 saylı, xx.xx.2013-cü il tarixli, 28 saylı, 21.01,2013-cü il tarixli, 29 saylı və 08.05,2014-cü il tarixli, 30 saylı müqavilələrin ləğv olunması haqqında saziş, cavabdehlər “Qismət Firması" MMC və X2 arasında bağlanmış, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 52 saylı, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 27 saylı mənzilə dair xx.xx.2020-ci ii tarixli, 28 nömrəli, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 28 saylı mənzilə dair 11,02.2020-ci il tarixli, 29 saylı və Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 29 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli, 30 nömrəli “Mənzil alqı və satqısı haqqında” müqavilələr, cavabdeh "xxxx" MTK-nın üzvlərinin 09 nömrəli, xx.xx.2020-ci il tarixli Ümumi iclasının qərarları (protokolları) etibarsız edilmişdir və həmin qərarlar əsasında cavabdeh X2 adına Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26, 27, 28 və 29 saylı mənzillər üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş çıxarışlar ləğv edilmişdir. Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 26 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 27 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, Zülfüqarov küçəsi, məhəllə 2942a, 28 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küçəsi, məhəllə 2942a, 29 saylı mənzilin, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 17, 19, 21, 35 saylı mənzilin üzərində 1/2 hissədə iddiaçı Tələbkar və 1/2 hissədə cavabdeh Borclunün payları müəyyən edilmiş, “Mersedes Benz E220 CDİ” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki 90-MM447) avtomobilə dair cavabdehlər Borclu və X5 arasında bağlanmış xx.xx.2020-ci ci il tarixli alqısatqı müqaviləsindən əldə edilmiş 40.000 manat pulun 2/1 hissəsi, yəni 20000 (iyirmi min) manatı ilkin iddia üzrə cavabdeh Borclu alınaraq ilkin iddia üzrə Tələbkar xeyrinə tutulmuşdur, “Kia Mohave" markalı, 90- KH-747 dövlət qeydiyyat nişanlı və “Mersedes Benz E220 CDİ" markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı (əvvəlki **-MM-***) avtomobillərin üzərində 1/2 hissədə iddiaçı Tələbkar və 1/2 hissədə cavabdeh Borclu payları müəyyən edilmiş, "Ford Focus" markalı **-CC-*** dövlət nömrə nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Borclu və 1/2 hissədə cavabdeh Tələbkar payları müəyyən edilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icraata başlamaq haqqında qərar və bildirişin surəti Borclu xx.xx.2022-cü il tarixdə göndərilmişdir. “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, “Toyota Corolla” minik markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu məxsusdur. “AZEMİS” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, “Toyota Corolla” minik markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu məxsusdur. Kollegiya qeyd olunan qanunvericilik normalarına əsasən hesab edir ki, məhkəmə, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimatı təmin edərək, Borclu məxsus “Toyota Corolla” minik markalı, 99-VV546 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoymuşdur. “İcra haqqında” Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci1 ay müddətində, təxirəsalınmaz hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.4, 50.4.1-ci maddələrinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etməküçün həbs qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, təqdimatı təmin edərkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən, məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 8(011)- 397/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar