Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-214/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, X8 katibliyi ilə, Tələbkar1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 8(004)-26/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-4475/2019 saylı, 13.12.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh X2 5265 manat məbləğində maddi zərər tutularaq iddiaçı Tələbkar2 ödənilməsi və cavabdeh X2 1000 manat mənəvi zərər, 3 manat ödənilmiş dövlət rüsumu və 3 manat hüquqi xidmət haqqı tutularaq iddiaçı Tələbkar1 ödənilməsi qət edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.12.2019-cu il tarixli, 2(004)-4475/19 saylı icra sənədinin icrasına bir il möhlət verilməsi və ya beş il ərzində hissə-hissə icrası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 25.02.2021-ci il tarixli, 8(004)-26/2021 saylı qərardadı ilə borclunun ərizəsi rədd edilmişdir. Qərardaddan X1 tərəfindən şikayət verilmiş Yasamal rayon məhkəməsinin 25.02.2021-ci il tarixli, 8(004)-26/2021 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 20.04.2021-ci il tarixli, 8(004)-26/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayəti onunla əsaslandırmışdır ki, qeyd olunan məbləği onun bir dəfəyə ödəməyə imkanı yoxdur. Belə ki, ailəsi böyükdür və ailəyə qazanc gətirən yeganə şəxs odur. İdarə etdiyi avtomobil yararsız hala düşdüyündən onu təmir etməyə pulu yoxdur və buna görə də qazancı sıfıra bərabərdir. Pandemiya ilə əlaqədar qazanc əldə olunması da məhdudlaşdırılmışdır. Həmçinin mülkiyyətində satılası bir əmlakı da yoxdur. Məhkəmə kollegiyasının iclasında Tələbkar1 şikayətin rədd edilməsini xahiş etmişdir. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası borclunun izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə Yasamal rayon məhkəməsinin 25.02.2021-ci il tarixli, 8(004)-26/2021 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, Mülki-Prosessual, eləcədə cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Belə ki, qətnamənin icra edilməsi zamanı istər müddət, istərsə də icra olunacaq hissələrin məbləği və ya miqdarı məhkəmə tərəfindən müəyyən olunarkən ağlabatanlıq və ədalət prinsipi rəhbər tutulmalı, eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsinin qanuniliyi və səmərəliliyinə xələl gətirməsin. Məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti əsaslı deyil və məhkəmənin qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Kollegiya yuxarıda qeyd edilənlərə və MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Yasamal rayon məhkəməsinin 25.02.2021-ci il tarixli, 8(004)-26/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Yasamal rayon məhkəməsinin 25.02.2021-ci il tarixli, 8(004)-26/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-214/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-214/2021
06.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver