Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-215/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov X10 Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-123/2024 saylı işi üzrə xx.xx.2024 -cü il tarixli qərardadından X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq,müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı X2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-2249/2023 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2249/2023 saylı, 19 iyun 2023-cü il tarixli icra sənədinə əsasən ondan 15435,9 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Maddi durumu qənaətbəxş olmadığından, işlədiyi müəssisədə 515 manat əmək haqqı alıdığından, həmin əmək haqqının 418 manatı bank tərəfindən kredit borcu kimi tutulduğundan, daşınmaz və daşınar əmlakı olmadığından borcu birdəfəlik ödəmək iqtidarında deyil. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-2249/2023 saylı icra sənədinə əsasən ondan tutulmalı olan 15435,9 manat pul vəsaiti və dövlət rüsumunun hissə-hissə ayda 500 manat olmaqla, icra olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-123/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)- 2249/2023 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməmiş və «İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231,«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40, Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35)istinadən onunla əsaslandırmışdır ki, «Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Borclu qətnamənin hissə-hissə icra olunması üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək mötəbər sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X1 hazırkı ərizəsində qeyd etdikləri onun qətnaməni hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz. Borclunun hazırkı mövqeyi, yəni borcun hər ay 500 manat ödənilməsi qətnamənin icrasının ağlabatan olmayan müddətdə təmin olunması, xeyrinə qərar çıxarılmış tələbkarın isə hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması deməkdir, X1 qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Məhkəmə iclasında Tələbkar ərizənin təmin edilməməsini xahiş edərək pula ehtiyacı olduğunu bildirmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)- 2249/2023 saylı icra sənədinə əsasən iddia təmin edilərək, cavabdeh X3 15300 manat məbləğində pul və ödənilmiş 135,90 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı Tələbkar ödənilməsi, ödənilmiş dövlət rüsumunun 0,10 manatı iddiaçı Tələbkar aid edilməsi qət edilmişdir. Sözügedən icra sənədi xx.xx.2024-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldilmişdir. Lakin borclu icra məmuru tərəfindən ona verilmiş könüllü icra müddətində icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 3(007)-1405/2024 saylı qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir, mədaxil qəbzinin surətinə əsasən borcu tələbkara 500 manat pulun göndərilməsini təmin etmişdir. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-123/2024 saylı işi üzrə xx.xx.2024 -cü il tarixli qərardaddan şikayət vermiş və «İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinadən şikayətdə qeyd edilmişdir ki, Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməsə də, maddi durumu qənaətbəxş olmadığından, işlədiyi müəssisədə 515 manat əmək haqqı alıdığından, həmin əmək haqqının 418 manatı bank tərəfindən kredit borcu kimi tutulduğundan, daşınmaz və daşınar əmlakı olmadığından borcu birdəfəlik ödəmək iqtidarında deyil. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-2249/2023 saylı icra sənədinə əsasən ondan tutulmalı olan 15435,9 manat pul vəsaiti və dövlət rüsumunun hissə-hissə ayda 500 manat olmaqla, icra olunmasına maddi imkanı çatar. Lakin Nizami rayon Məhkəməsi borclu olaraq maddi vəziyyətini, mənafeyini nəzərə almadan, tələbkarın mənafeyini nəzərə alaraq, əsassız olaraq ərizənin təmin edilməsindən imtina etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışının hədləri, müəyyən edilən hallar, tətbiq edilən hüquq və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə və digər orqanların qərarlarının icrasına möhlət verilməsi və ya onların hissəhissə icrası adlanan İcra haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən: Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 24, 25, 60, 80, 129; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 231, 385, 387, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3 və 15-ci maddələrinə əsasən qeyd edir ki,qərardadda göstərilən əsaslar (işdə iştirak edən şəxslərin əmlak vəziyyətinə və digər hallar)İlə bağlı heç bir mötəbər sübut müəyyən edilmədiyindən, şikayətin dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, tələbkarın və borclunun əmlak və ya maddi vəziyyətini müəyyən edən əhatəli sübutlar təqim edilməmişdir. Formal əsasla ərz edilmiş meyyarlara istinadən, tələbkarın razılığı olmadan, ərizənin təmin edilməsi sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. İzah edilməlidir ki, ərizəçinin tələbkarın razılığı və ya ona edilən rəsmi təklif, habelə təkzibedilməz sübutlar əlavə etməklə və hər iki tərəfin mənafelərinə uyğun olan qənaətbəxş meyyarları müəyyən edən ərizə ilə yenidən müraciət etmək hüquqları vardır. Nəzərə alınmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən, şəxsin məhkəmə müdafiə hüququnun təmin edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-123/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024 -cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-215/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-215/2024
24.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver