Məhkəmə qərarları › İş №8(103)-219/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-219/2023

05.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-219/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 8(006)-102/2023 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Tələbkar X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12644/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Nəsimi rayon icra şöbəsinin icra məmuru X2 xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cüi il tarixli, 8(006)-102/2023 saylı qərardadı ilə şikayət ərizəsi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-12644/2017 saylı icra sənədinin icraatına xitam verilməsinə dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 11 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-12644/2017 saylı icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-102/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlayaraq Tələbkar ilə ailə qurmuş, sonradan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(002)-2302/2017 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-12644/2017 saylı icra sənədinə əsasən ondan 6000 manat tutularaq Tələbkar ödənilməlidir. Nəsimi rayon icra şöbəsində həyata keçirilmiş icra tədbirləri nəticəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-12644/2017 saylı icra sənədində göstərilən tələb tam təmin edildiyinə görə icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı onunla əsaslandırmışdır ki, icra icraatına xitam verildiyi xx.xx.2022-ci il tarixinə borc məbləği borclu tərəfindən tam şəkildə ödənilməmişdir və icra məmuru bunu nəzərə almadan icra sənədi üzrə icraata xitam vermişdir. Məhkəmə gəldiyi nəticəni “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun hərəkətindən verilmiş şikayəti təmin etməkdə haqlı olmuşdur. Ona görə də qərardaddan verilmiş şikayət təmin edilməməli, Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 8(006)-102/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar