Məhkəmə qərarları › İş №8(103)-219/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-219/2024

24.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-219/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-201/2024 nömrəli qərardadından ərizəçi-tələbkar X9 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: X1 şikayət ilə məhkəməyə müraciət edərək, Xətai rayon icra şöbəsində xx.xx.2018-ci il tarixli 2(011)1184/2018 saylı, xx.xx.2020-ci il tarixli 2(011)634/2020 saylı, xx.xx.2021-ci il tarixli 8(011)-17/2021 saylı, xx.xx.2021-ci il tarixli 2(103)-8405/202) saylı, xx.xx.2021-ci il tarixli 8(011)-1083/2021 saylı, xx.xx.2022-ci il tarixli 2(103)-520/2023 saylı, xx.xx.2022-ci il tarixli 2(011)-1280/2022 saylı, xx.xx.2023-cü il tarixli 8(011)-3/2023 saylı, xx.xx.2023-cü il tarixli 2(103)-1687/2023 saylı, xx.xx.2023-cü il tarixli 2(011)-893/2023 sayı məhkəmə aktları üzrə icra sənədləri ilə bağlı "İcra haqqında” Qanunun 12.1 (2 (iki) ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirilməməsi), 43 (məcburi icra tədbirlərinin tətbiq edilməməsi), 47 (Tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməməsi), 54.1-ci (borclu barəsində bir neçə icra sənədi olduqda təqdirdə ümumi icraatda birləşdirilməməsi) maddələri ilə nəzərdə tutulan tələblərə dürüst riayət olunmaması halları tanınması, pozuntu faktı aradan qaldırılması, qeyd olunan məhkəmə aktları üzrə icra sənədlərinin icrası ilə əlaqədar hərəkətsizlik edilməsinin qarşısı alınması və icra orqanında icra icraatı mərhələsində hərəkətsizliyin edilməsinə son qoyulması; Xətai Rayon İera şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli 2(011)1184/2018 saylı və xx.xx.2020-ci il tarixli 2(011)634/2020 saylı məhkəmə aktları əsasında başlanmış icra işləri üzrə icra sənədləri əsasında AR Ədliyyə Nazirliyinin İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi başlandıqdan sonra, həmin xx.xx.2018-ci il tarixli 2(011)-1184/2018 və xx.xx.2020-ci il tarixli 2(011)-634/2020 saylı icra sənədlərinin AR Ədliyyə Nazirliyinin İstintaq İdarəsində olması əsası ilə Xətai Rayon İcra şöbəsində icra icraatında hərəkətsizlik edilməsinin tanınması, icra hərəkətlərinin aparılmaması ilə bağlı hərəkətsizliyin edilməsinin qanunsuz sayılması və zəruri icra tədbirlərinin davam etdirilməsinə nəzarət təmin olunması, Xətai Rayon İcra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli 2(103)-8405/2021 saylı icra sənədi üzrə ”Borclular (Cavabdehlər) Borclu ilə X15 arasında "VAZ 21214-minik" markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2017-ci il tarixli və Borclu ilə X5 arasında "Mersedes Benz 220 minik" markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış xx.xx.2017- ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı icra mərhələsində hərəkətsizliyin edilməsi tanınması, icra məmurları tərəfindən “İcra haqqında” Qanunun 43 (məcburi icra tədbirlərinin tətbiqi), 47 (Tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi) maddələrinə riayət olunması məhkəmənin icra sənədinin icrasına nəzarət qaydasında icra olunması, "VAZ 21214-minik" markalı, **-EG-*** və "VAZ 21214-minik" markalı, 90-EG311 dövlət qeydiyyat nişanlı avtomobillərə dair bağlanmış müqavilələrin etibarsız hesab olunması barədə qətnamə qanuni qüvvəsini aldığından icra məmuru tərəfindən həmin qətnamənin icrasının təmin olunmaması (avtomobillərə dair verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv olunaraq əvvəlki vəziyyətinə qaytarılması qeydiyyat həyata keçirən orqandan tələb olunmaqla) müəyyən edilməklə bu hərəkətsizlik qanunsuz sayılması, qüvvəsini almış məhkəmə qərarlarının icrası təmin olunması, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə müvafiq olaraq qöstərilən hərəkətlərin vaxtında və düzgün icra edilməsinə nəzarət həyata keçirilməsi, “Borclu X2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsi (yəni 62.500 manat) məcburi qaydada alınması üzrə icra orqanında icra icraatında hərəkətsizlik edilməsinin tanınması və “İcra haqqında” Qanunun 43 (məcburi icra tədbirlərinin tətbiqi), 47 (Tələbin borclunun üçüncü şəxslərdə olan əmlakına yönəldilməsi) maddələrinin icra edilməsinin realizə olunması; “Borclular X15 və X5 barəsində “İcra haqqında” Qanunun 43 (məcburi icra tədbirləri) tətbiq edilməməsi, onların icra mərhələsinə ümumiyyətlə cəlb olunmaması, Qanunun 82 (Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyət) maddəsinin tətbiq edilməməsi təsdiq olunmaqla bu istiqamətdə icra orqanında hərəkətsizlik edilməsinin qarşısı alınması, icra sənədinin icrası təmin olunması; Xətai Rayon İcra şöbəsinə təqdim olunan 10 ədəd “icra sənədlərinin” (qətnamə və qərardadların) icrasından irəli gələn icra hərəkətlərinin qanunauyğun qaydada icra edilməsinə məhkəmə nazərətinin təmin edilməsi, icra icraatı mərhələsində vəzifəli şəxsin hərəkətlərində pozuntu və hüquqdan sui-istifadə hallara müəyyən edildiyi təqdirdə Ədliyyə Nazirliyinin İcra Baş idarəsinə təqdimat verilməsi; Xətai Rayon İcra Şöbəsində 1) xx.xx.2018-ci il tarixli 2(011)1184/2018 saylı, 2)xx.xx.2020-ci il tarixli 2(011)634/2020 saylı, 3) xx.xx.2021-ci il tarixli 8(011)-17/2021 saylı, 4) xx.xx.2021-ci il tarixli 2(103)-8405/2021 saylı, 5) xx.xx.2021ci il tarixli 8(011)-1083/2021 saylı, 6) xx.xx.2022-ci il tarixli 2(103)-520/2022 saylı, 7) xx.xx.2022-ci il tarixli 2(011)1280/2022 saylı, 8) xx.xx.2023-cü il tarixli 8(011)- 3/2023 saylı, 9) xx.xx.2023-cü 11 tarixli 2(103)1687/2023 saylı, 10) xx.xx.2023-cü il tarixli 2(011)- 893/2023 saylı qətnamə və qərardadlar əsasında icra şöbəsinə göndərilmiş icra sənədlərinin ümumi icraatda (bir icra məmuruna icrası həvalə etməklə) birləşdirilməsi təmin olunmaqla, qərarın tələbkara təqdim edilməməsinin qanunsuz sayılması, pozuntu faktının nəzarət qaydasında qarşısının alınması və icra sənədlərinin ümumi icraatda birləşdirilməsinə dair yekun qərarın tələbkara təqdim olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-201/2024 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 634/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1184/2018 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 520/2022 saylı xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8405/2021 saylı xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1280/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-3/2023 saylı xx.xx.2023-cü il tarixli, 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli və 8(011)- 1083/2021 saylı xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1687/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülməsi qərara alınmışdır. X9 elektron qaydada məhkəməyə şikayət ilə müraciət edərək, xx.xx.2024 tarixli, 8(011)-201/2024 saylı qərardadın ləğv edərək ərizəsinin tam təmin edilməsinə dair məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə elektron qaydada şikayətə əlavə təqdim edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbim təmin edilmədən fərqli qərar çıxarılıb. Xətai Rayon İcra Şöbəsinin icraatında olan icra işləri ilə əlaqədar hərəkətsizlik edilmiş, hətta icra şöbəsinə Məhkəmələr tərəfindən icra edilməsi üçün göndərilmiş məhkəmə qərardadları icra üçün qəbul edilmiş, lakin heç bir icra hərəkətləri edilməmişdir. Hətta üç qərardadın icra şöbəsində icrada olmadığı bildirilir. Məhkəmə faktiki olaraq iddia tələbimə qiymət verməmişdir. Məhkəmə ərizə üzrə tələbimə dair qərar qəbul etməmişdir. Göründüyü kimi Məhkəmə müraciətimi araşdırmadan, irəli sürdüyüm tələbə qiymət vermədən formal olaraq ərizəmi təmin etmiş və icra şöbəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülməli olduğu qənaətinə gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-201/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-201/2024 nömrəli qərardadı ləğv edilməli, şikayətə yenidən baxılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Borclu Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 59248,4 manat, 2(011)- 634/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə 6451,84 manat, 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə 4132,54 manat olmaqla, məhkəmə aktları üzrə cəmi 69832,78 manat məbləğində pulun, Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)- 3/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin məbləğin indeksasiyasını təşkil edən 15293,37 manat məbləğ, Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-1083/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə 4748,63 manat, Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 2(011)-1280/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 3543,24 manat pul, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-520/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 2304,10 manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumunun, ümumilikdə 95767,12 manat pulun alınaraq X7 ödənilməsi nəzərdə tutulmuş, həmin məhkəmə qərarları qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir və hazırda da icra mərhələsindədir, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1687/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu və X14 arasında ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair bağlanmış 13 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilmiş, Borclu ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqları Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması, ödənilmiş dövlət rüsumunun 15 manatı cavabdehlər Borclu və X8 tutularaq iddiaçı X7 verilməsi, ödənilmiş dövlət rüsumunun qalan 15 manatı iddiaçı X7 aid edilməsi qət edilmiş, eyni zamanda iddianın təmin edilməsi məqsədilə Borclu məxsus ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilmişdir və hazırda da həmin mənzilin özgəninkiləşdirilməsinə dair məhdudiyyət qalmaqdadır, qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Borclu icra etməli olduğu borc öhdəliyi ilə bağlı həyat yoldaşı X2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsinin (yəni 62.500 manat) məcburi qaydada alınması və həmin vəsaitin ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsi qət edilmiş, həmin iş icraya yönəldilmişdir, Borclu istintaqda verdiyi izahatında evinin satılmasına şərait yaradılan kimi evini satıb pulu ilə borcunu ödəyəcəyinə dair öhdəlik götürmüşdür. X12 Borclu məxsus “Mersedes 220-minik" markalı, ** OK *** dövlət qeydiyyat nişanlı və "VAZ 21214-minik" markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin satışından əldə olunmuş vəsait hesabına 10.640,97 manat borc məbləğinin ödənilməsi barədə tələbi təmin edilməmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)- 1184/2018 saylı qətnaməsinin icra üsulu və qaydası kimi Borclu mülkiyyətində olan KAMAZ 65115 016-02 yük markalı ** EZ *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbs götürülərkən tələbkar özü razılıq vermişdir. Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsinin icrası məqsədilə tədbirlər görülmüş, icraata başlanılmış, həmin iş Borclu tərəfindən icra edilmədiyinə görə onun barəsində protokol tərtib edilərək, məhkəməyə göndərilmiş, eyni zamanda cinayət işinin başlanılması məqsədilə təqdimat verilmişdir, həmçinin Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə işlərin icraatı birləşdirilmişdir, bundan əlavə Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-3/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı da icra edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir və icra şöbəsi tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən Borclu məxsus ünvan 3 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmasına dair təqdimat ilə məhkəməyə müraciət edilsə də, icra şöbəsi həmin təqdimatın baxılmamış saxlanılmasını xahiş etmiş, borclu X4 Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair məhkəmə qərarının icrasının dayandırılmasına dair polis orqanına müraciət edilmiş, icra məmuru məhkəmədəki izahatında Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-634/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8405/2021 saylı xx.xx.2021ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1825/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8405/2021 saylı xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1280/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri 54 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-893/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirildiyini qeyd etmişdir. Həmçinin Borclu adına ********** nömrəli aktiv statuslu VÖEN-i olmaqla, o "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor kimi işləməklə, hər bir müəssisədən ayrı-ayrılıqda 350 manat əmək haqqı alır və Borclu adına ünvan 4 ünvanında yerləşən mənzil qeydiyata alınmışdır. Bununla belə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1184/2018 saylı xx.xx.2018ci il tarixli icra sənədi və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-634/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədləri istisna olmaqla, qeyd olunan digər məhkəmə qərarlarının icra vəziyyəti (icraata başlamaq haqqında qərarın qəbul edilməsi, icra ilə bağlı hər hansı tədbirlərin həyata keçirilməsi və ya icra sənədinin geri qaytarılması və s.) barədə məlumatlar məhkəməyə daxil olmamış, belə hallar icra şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş icra işinə baxış keçirilərkən də müəyyən edilməmiş, icra məmuru izahatında yuxarıda qeyd olunan 10 ədəd icra sənədinin birləşdirildiyini qeyd etsə də, həmin qərarın surəti məhkəməyə təqdim edilməmiş, o cümlədən icra işinin materiallarında da həmin qərarın olması görünmür, digər tərəfdən isə həmin qərarda Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-3/2023 saylı xx.xx.2023-cü il tarixli, 8(011)-17/2021 saylı xx.xx.2021-ci il tarixli və 8(011)-1083/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadları, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1687/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi göstərilməməklə, həmin qərardadların icra vəziyyəti barədə də məhkəməyə hər hansı məlumat təqdim edilməmişdir. Həmçinin qeyd olunan icra sənədlərinə aid icra işləri barədə məlumatların təqdim edilməsinə dair rəsmi müraciət olunmasına baxmayaraq, bununla bağlı müraciətə cavab verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən yuxarıda qeyd olunan icra sənədlərinin icrası ilə bağlı borclu X4 Bakı şəhəri Xətai rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair məhkəmə qərarının icrasının dayandırılması üçün polis orqanına müraciət edilməklə icra işi üzrə görülmüş məqsədyönlü tədbirləri zərurət olmadan təxirə salınmış, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8405/2021 saylı xx.xx.2021-ci il tarixli icra işi üzrə izahatların alınmaması, həbs qoyulmuş əmlak üzrə və Bakı şəhəri Xətai rayonu Məhkəməsinin 8(011)-3/2023 saylı iş qərardadı üzrə isə hər hansı tədbirlər görməməklə icra məmuru tərəfindən hərəkətsizliyə yol verilmişdir və buna görə də qeyd olunan icra sənədlərinin icrasının təmin edilməsi üçün Bakı şəhəri Xətai rayon icra şöbəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin tələblərini tam aydınlaşdırmamış və ərizəni qismən təmin edərkən ərizənin təmin olunmayan hissəsini əsaslandıra bilməmişdir. Belə ki, ərizəçi tələbində ümumilikdə 10 icra işi üzrə icra sənədlərinin ümumi icraatda (bir icra məmuruna həvalə etməklə) birləşdirilməsini tələb etsə də, birinci instansiya məhkəməsi ərizəçinin qeyd olunan tələbinin təmin edilməməsinə münasibət bildirməməklə, sadəcə qeyd olunan icra sənədlərinin icrasının təmin olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsini müəyyən etmişdir. Məhkəmə tərəfindən şikayətin dəlilləri müfəssəl şəkildə qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Belə olan halda kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-201/2024 nömrəli qərardadı ləğv edilməli, Ərizəçi-tələbkar X9 tərəfindən verilmiş şikayətinə yenidən baxılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi-tələbkar X9 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(011)-201/2024 nömrəli qərardadı ləğv edilsin. Ərizəçi-tələbkar X6 şikayətinə yenidən baxılması üçün iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar