Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-219/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından borclu X7 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: X7 ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Xəzər rayon icra şöbəsinin rəisi İdris Həsənquliyevin və icra məmuru Şəfəq Neymətzadənin onun barəsində olan icra sənədinin icrası ilə bağlı hərəkətləri və hərəkətsizlikləri qanunsuz hesab edilməsi,on üç il üzərində saxladıqları məcburetmə tərbirləri olan axtarışa verilməyi ilə bağlı çıxardıqları,göndərdikləri qərar qismində məcburetmə hərəkətlərinin qanunsuz hərəkətləri və hərəkətsizlikləri davam etdirən Bakı şəhəri Xəzər rayon icra şöbəsinin rəisi İdris Həsənquliyevin və icra məmuru Şəfəq Neymətzadənin,eləcə də qanunsuz məhkəmə əmri çıxardaraq dörd il otağında saxlayıb həmin məhkəmə əmrinə münasibətdə qanunsuz icra vərəqəsi yazaraq icraya göndərmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi olmuş Emin Mehdiyev barəsində xüsusi qərar çıxardılaraq Ədliyyə Nazirliyinə və Məhkəmə Hüquq Şurasına təqdimat və yaxud məlumat verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 tərəfindən verilmiş şikayət ərizəsi əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından borclu X7 tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(006)-1367/2013 saylıməhkəmə əmrinə əlavə olaraq icra vərəqəsinin yazılması kimi qanunsuzluğa göz yumaraq, icra vərəqəsini İcra Haqqında qanuna müvafiq olaraq geri qaytarmalı olduqları halda hərəkətsizlik nümayiş etdirərək icraata qəbul edib, icra hərəkətlərinin davam etdirilməsi özü qanunsuz olmuşdur. 20 may 2011-ci il tarixində Xəzər Rayon Məhkəməsinin inzibati binasında hakim Rəşad Həsənovun sədrliyi ilə baxılan cinayət işi zamanı bu icra sənədi üzrə borclu X7 7500 ABŞ dollarını tam olaraq Tələbkar ödəmiş və zərəçəkmiş şəxs həmin məbləğ onlara tam ödənildiyindən borcluya qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhz hazırda tələb olunan 7500 ABŞ dolları tam olaraq Tələbkar hökmə baxılan zaman tam ödənildiyindən, bundan sonra 20 may 2011-ci il tarixində Xəzər Rayon Məhkəməsinin həmin hökm ilə zərəçəkmiş şəxs Tələbkar və nümayəndəsi X10 ərizə təqdim etdikdən sonra ərizələri əsasında cinayət işi üzrə mülki iddialarına xitam vermişdir. 2010-cu il tarixli kredit müqaviləsi də həmin münasibətlərə aid olan müqavilə olubdur, sonradan tələbkarın nümayəndəsi qərəzli olaraq əvəz çıxmaq üçün həmin müqaviləni Bakı şəhəri Nəsimi Rayon Məhkəmsinə təqdim edərək ləğv etdirmək əvəzinə məhkəmə əmrinin çıxarılması kimi qanunsuz yol seçmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəmsinin hakimi E.Mehdiyev məhkəmə əmrini çixarması azmış kimi, onu 3 il otağında icrasız saxlayıb, hələ 2016-cı ildə həmin məhkəmə əmrinə icra vərəqəsi yazıb icra olunması üçün göndərmişdir. Lakin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-12/2011 saylı xx.xx.2011-ci il tarixli hökmünü sübut olaraq nəzərə almaq əvəzinə borclunun şəxsiyyətini həmin hökm ilə ölçmüş və işə bu nöqteyi nəzərdən yanaşmışdır. 20 may 2011-ci il tarixində Xəzər rayon məhkəməsinin inzibati binasında hakim Rəşad Həsənovun sədrliyi ilə baxılan cinayət işi zamanı bu icra sənədi üzrə borclu X7 7500 ABŞ dollarını tam olaraq Tələbkar ödəmiş və zərəçəkmiş şəxs həmin məbləğ onlara tam ödənildiyindən borcluya qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhz hazırda tələb olunan 7500 ABŞ dolları tam olaraq Tələbkar ödənildiyindən, bundan sonra 20 may 2011-ci il tarixində Xəzər Rayon Məhkəməsinin həmin hökm ilə zərəçəkmiş şəxs Tələbkar və nümayəndəsi X10 mülki iddialarına xitam vermişdir. Lakin Bakı şəhəri Xəzər Rayon Məhkəmsinin hakimi Əkrəm Qəhrəmanov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-12/2011 saylı xx.xx.2011-ci il tarixli hökmünə istinad edərək hakim kimi hərəkətlərində barəsində hökm çıxarılmış borcluya olan qərəzindən kənara çıxa bilməmiş, onu təqsirləndirilən şəxs simasında görərək şikayətə birtərəfli yanaşaraq ədalət mühakiməsini ədalətli və obyektiv yerinə yetirmək əvəzinə öz şəxsi fikirləri və qanunsuz mövqeyi ilə şikayətə borclu adına ədalətsiz və birtərəfli nəticə verdiyindən qərardad ləğv edilməli, şikayətimiz tam təmin edilməli, və Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin icra məmurları İdris Həsənquliyev və Şəfəq Nemətzadənin qanunsuz hərəkətləri və hərəkətsizlikləri müəyyən olunmaqla ümumiyyətlə icra işinin icraatına xitam verilməlidir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu X7 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Vəkil və nümayəndə Vəkil2 Ağaşirin oğlu tərəfindən məhkəməyə etiraz ünvanlanaraq göstərilmişdir ki, borclunun həmin şikayəti tamamilə əsassızdır və icra sənədinin icrasından məqsədli şəkildə yayınmağa xidmət edir. Borclunun verdiyi şikayətlərin məzmunundan da görünür ki, o, icra məmurunun hərəkətlərindən şikayət verdiyi halda, əslində, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1367/2013 nömrəli, 18 fevral 2013-cü il tarixli Əmrini mübahisələndirir. Halbuki, Nəsimi Rayon Məhkəməsinin həmin əmrinin icrası ilə bağlı uzun illər icra hərəkətləri aparılmış və o, həmin məhkəmə əmrindən məlumatlı olduğu halda, həmin əmrə etirazını bildirməmişdir. Borclu həmin məhkəmə əmrinin çıxarılmasından yalnız 11 ildən də artıq vaxt ötəndən sonra ona dair məhkəməyə etiraz təqdim etmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli qərardadı ilə həmin etiraz geri qaytarılmışdır. Hazırda Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1367/2013 nömrəli, 18 fevral 2013-cü il tarixli əmri qüvvədədir. İcra məmurunun hərəkətlərindən borclu X4 verdiyi şikayətə Xəzər Rayon Məhkəməsində baxılarkən həmin şikayətə 29 yanvar 2025-ci il tarixdə, elektron məhkəmə portalı vasitəsi ilə etiraz təqdim etmiş və buna dair bütün sənədləri məhkəməyə təqdim etmişəm. Bir daha bildirirəm ki, borcli X4 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayət tamamilə əsassızdır və icra sənədinin icrasını yenidən bir neçə il müddətə uzatmağa və icradan məqsədli şəkildə yayınmağa xidmət edir. Qeyd olunanlara əsasən borclunun həmin şikayətinin təmin olunmamasını, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, borclu X7 tərəfindən Xəzər rayon icra şöbəsinin icra məmurunun hərəkətsizliyindən verilən şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun: 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2010-cu il tarixli borc müqaviləsindən görünür ki, Tələbkar X5 xx.xx.2010-cu ildən xx.xx.2010-cu il tarixinədən qaytarmaq şərti ilə 7500 ABŞ dolları=6000 manat borc vermişdir. 1(003)-12/2011 saylı xx.xx.2011-ci il tarixli hökmdən görünür ki, X1 Polad Arif oğlu ilə qabaqcadan əlbir olmaqla Bakı şəhəri, Mərdəkan qəsəbəsi,yeni yaşayış sahəsində yerləşən 600 kv.metr torpaq sahəsinə dair müvafiq sənədlər düzəldilməsi adı ilə onun verdiyi pulun 8000 ABŞ dollar hissəsini, 6400 manat pulu ələ keçirərək X15 adına hüquq verən sənəd-sərəncam hazırlamış və həmin sərəncamla Tələbkar satmaqla ona xeyli miqdarda ziyan vurmuşdur.Tələbkar dəymiş zərər tam olaraq ödənildiyinə görə onun tərəfindən verilmiş mülki iddiaya xitam verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli Nəsimi rayon məhkəməsinin əmrindən görünür ki, X3 Tələbkar xeyrinə 7.500 ABŞ dolları (borcun ödənildiyi günə valyutanın cari kursu ilə Azərbaycan manatı) və 10 manat dövlət rüsumu tutulması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2013-cü il tarixində 2(006)-1367/2013 saylı məhkəmə əmri ilə Tələbkar X5 qarşı pul tələbinə dair ərizəsi təmin edilərək X3 tələbkarın xeyrinə 7500 ABŞ dolları və 10 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarıbdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1367/2013 saylı icra sənədində göstərilən 7500 ABŞ dolları pul məbləğini 2 il əvvəl 20 may 2011-ci il tarixində Bakı şəhəri Xəzər Rayon Məhkəməsində hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə keçirilən barəsində olan cinayət işi ilə bağlı məhkəmə iclasında özünün və digər təqsirləndirilən şəxs Polad Məmmədovun əvəzinə olaraq həmin borc məbləğini tam olaraq özü hazırkı icra sənədi üzrə Tələbkar tam olaraq ödəmişdir. Bundan sonra 20 may 2011-ci il tarixli hökm ilə zərərçəkmiş şəxs Tələbkar və onun nümayəndəsi X10 mülki iddialarına iş üzrə xitam verilmiş və təqsirləndirilən şəxslərə cəza olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunaraq cərimə cəzası təqbiq olunmuşdur. Həmin cəzanın göstərilən cərimə hissəsi X7 və digər təqsirləndirilən şəxs tərəfindən də həmin zaman tam ödənilib yekunlaşdırılmışdır. Borclunun apellyasiya şikayətində bildiridiyinə görə zərərçəkmiş şəxs Tələbkar nümayəndəsi həmin cinayət işi üzrə keçən X6 7500 ABŞ dolları borclu olması ilə bağlı sanədi iki il sonra Nəsimi Rayon Məhkəməsinə təqdim edərək 18 fevral 2013-cü il tarixli məhkəmə əmrini heç bir araşdırma aparmadan və xx.xx.2011-ci ildə Xəzər Rayon Məhkəməsində araşdırılan cinayət işi üzrə baş verən və artıq ödənilmiş hissələri və faktları gizlətməklə qanunsuz məhkəmə əmrinin çıxarılmasına nail olmuşdur. Göründüyü kimi, X2 Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra vərəqəsi üzrə icra məmurunun hərəkətlərindən ümumi məhkəməyə müraciət etmiş, məhkəmə də mahiyyəti üzrə baxaraq müvafiq nəticəyə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi borclunun ərizəsində qeyd edilən hallar üzrə araşdırma aparmadan, cinayət işi üzrə ödənilən 7500 ABŞ dollar məbləğinin məhz hazırki halda icra icraatı üzrə tələb edilən pulla eyni olubolmaması məsələsinə aydınlıq gətirmədən ərizəni təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, X2 tərəfindən Xəzər rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən verilən şikayətə yuxarıda qeyd edilənlərə əsasən münasibət bildirilməsi üçün iş yenidən həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. X2 tərəfindən Xəzər rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən verilən şikayətə yuxarıda qeyd edilənlərə əsasən münasibət bildirilməsi üçün iş yenidən həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-219/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-219/2025
21.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver