Məhkəmə qərarları › İş №8(103)-22/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-22/2021

15.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-22/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Tələbkar ASC-nin nümayəndəsi X1, Borclu iştirakları ilə Borclu “ölkədən getmək hüququnun məhdudlaşdırılması” ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-482/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İsmayıl İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1324/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1324/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu 56407,18 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə Borclu xx.xx.2020-ci il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Ona görə də Yasamal Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-482/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. Həmin qərardaddan Borclu verdiyi şikayət məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək Yasamal Rayon Məhkəməsinin 8(004)-482/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilib təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. təmin olunmuşdur. Təqdimata yenidən baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 8(004)- 482/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadla təqdimatı təmin etmiş, həmin qərardaddan Borclu verdiyi şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət müəllifi şikayətini belə əsaslandırmışdır ki, ilk dəfə birinci instansiya məhkəməsinin onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərardadını ləğv edən apellyasiya instansiyası məhkəməsi təqdimata yenidən baxılması üçün göndərərkən birinci instansiya məhkəməsinin üzərinə tərəflərin iştirakını təmin etməklə təqdimatı yenidən araşdırılması vəzifəsini qoymuş, məhkəmə isə iştirakını təmin etmədən işə baxaraq qanunsuz qərar çıxarmışdır. Məhkəmə iclasında iştirak edən Borclu şikayətini müdafiə etmiş, tələbkarın nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək qərardadın dəyişdirilmədən saxlanılmasını istəmiş, işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Yasamal Rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-482/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməklə iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1324/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Borclu 56407,18 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Hazırda baxılan işin materiallarından görünür ki, təqdimata baxılması ilə bağlı Borclu göndərilən bildirişdə məhkəmə iclasının keçiriləcəyi tarix düzgün qeyd edilməmiş (iclas xx xxxxxx 2020-ci il tarixə təyin edilsə də, bildirişdə iclasın keçiriləcəyi tarix xx.xx.2020-ci il kimi qeyd edilmişdir) (iş səh. 78), buna baxmayaraq birinci instansiya məhkəməsi “müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq borclunun məhkəmə iclasına gəlmədiyini” qeyd edərək təqdimata onun iştirakı olmadan baxmaqla prosessual pozuntuya yol vermişdir. Həmçinin qeyd olunmalıdır ki, təqdimata və şikayətə baxılması ilə bağlı məhkəmənin iclas protokollarından icra işinin tələb edilərək öyrənildiyi, ötən müddət ərzində hansı icra hərəkətlərinin aparıldığının yoxlanıldığı və borclunun ölkədən çıxmasına məhdiyyət qoyulması üçün prosessul və maddi hüquqi əsasların aydınlaşdırıldığı da görünmür. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları araşdıraraq təqdimata qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-482/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ləğv edilərək iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Həsənov Rəşad

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar