Məhkəmə qərarları › İş №8(103)-22/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-22/2023

25.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-22/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Sarıyevin sədrliyi ilə, X10 və X3 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 8(011)-336/2022 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 fevral 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 8325/2019 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 20A, 81 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçı X8 təhvil verilməsi qət edilmişdir. Həmin qətnamənin icrası Bakı şəhəri Xətai rayon İcra şöbəsinə həvalə edilmişdir. Belə ki, uzun müddətdən sonra icra vaxtı təyin edilmiş, iddiaçının mülkiyyətində olan mənzilin boşaldılması ilə bağlı icra məmuru ilə birgə mübahisəli ünvanda olmuşlar, iddiaçı mənzilin boşaldılmasını xahiş etsə də, mənzil boşaldılmamış, yalnız borclunun əmlakları mənzilin bir hissəsinə yığılmış, akt tərtib edilmiş və iddiaçı qətnamə tam icra edilməsə akta imza etməyəcəyini bildirmişdir. Bütün bunlara baxmayaraq Xətai rayon İcra şöbəsi 08 fevral 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 8(011)-336/2022 saylı qərardadı ilə X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 fevral 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair şikayət ərizəsinin rədd edilməsi qərara alınmışdır. X1 vəkili Vəkil həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 336/2021 saylı, 12 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli, 8(103)-328/2022 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 336/2022 saylı 05 may 2022-ci il tarixli qərardadının ləğv edilməsi, X1 şikayətinə yenidən baxılması üçün mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 8(011)-336/2022 saylı qərardadı ilə X6 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 08 fevral 2022-ci il tarixli icraata xitam verilməsi barədə qərarının ləğv edilməsinə dair şikayət ərizəsinin rədd edilməsi qərara alınmışdır. X2 tərəfindən həmin qərardaddan verilmiş şikayət, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 8(011)-336/2022 saylı qərardadı ilə təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, icra prosesi həyata keçirilən zaman, mülkiyyət hüquqları ilə ona məxsus olan mənzil tam şəkildə boşaldılmamış, Cavabdeh məxsus olan əşyalar tam şəkildə mənzildən xaric edilməmiş, sonuncunun əşyaları mənzilin bir hissəsinə yığılmışvə bununla da icra məmurları tərəfindən icra sənədi tam şəkildə icra edilməmişdir. Ona görə də icra prosesinin yekunlaşmasına dair icra məmurları tərəfindən tərtib edilmiş olan akt, onun tərəfindən imzalanmamışdır. Hal-hazırda Cavabdeh məxsus əşyalar qanuni qüvvəsini almış məhkəmə qətanməsi olmasına baxmayaraq mülkiyyət hüququ ilə ona məxsus olan mənzildə saxlanılır, Cavabdeh tərəfindən isə məhkəmə qətnaməsinin icrası ilə bağlı könüllü olaraq heç bir hərəkətlər edilmir. Bu səbəbdən də məhkəmə qətnaməsi tam şəkildə icra edilməmiş və icra edilməməyə də davam edir. Lakin icra məmurları Cavabdeh tərəfindən məhkəmə qətnaməsi könüllü icra edilməməsinə baxmayaraq icra sənədini tam icra etmədən əsassız və qanunsuz olaraq icraata xitam verilməsi barədə qərar qəbuletmişlər. Bundan başqa, məhkəmə tərəfindən işin bu halına qiymət verilməmişdir ki, nəyə görə icra məmurları tərəfindən tərtib edilmiş akt onun tərəfindən imzalanmamışdır. Əgər məhkəmə işin bu halına qiymət versəydi o zaman müəyyən olunardı ki, həqiqətən də icra məmurları tərəfindən icra sənədi tam şəkildə icra edilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, Mülki Prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qeyd olunur ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(011)-8325/2019 saylı icra sənədi icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru Mehdi Zeynalov tərəfindən 27 iyul 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Cavabdeh göndərilmişdir. 05 fevral 2021-ci il tarixdə və 09 sentyabr 2021-ci il tarixdə Xətai rayon İcra şöbəsi tərəfindən borclu Cavabdeh yaşayış sahəsinin boşaldılmasına dair bildiriş göndərilmişdir. 04 fevral 2022-ci il tarixdə Xətai rayon İcra şöbəsinin əməkdaşları Mehdi Zeynalov, Türkay Yusifli, X17, Elşən Bəşirli, 35-ci PB-nin sahə inspektoru Mahir Rüstəmov, FHN-nin X5 əməkdaşı Arif Əliyev, X1 nümayəndəsi X7, borclu Cavabdeh və hal şahidləri tərəfindən akt tərtib edilərək imzalanmış, akta əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 20A nömrəli evin, 81 saylı mənzili Cavabdeh tərəfindən boşaldılaraq tələbkar X9 nümayəndəsi X4 təhvil verilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən 08 fevral 2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2019cu il tarixli, 2(011)-8325/2019 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab etmişdir ki, qətnamə tam olaraq icra olunduğundan, şikayət əsassız olmaqla, təmin edilməməlidir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, icra sənədində borclu Cavabdeh X1 mülkiyyətində olan mənzildən çıxarılması, mənzilin boşaldılaraq X2na təhvil verilməsi qeyd olunmuşdur. İcra hərəkətlərini özündə əks etdirən 04 fevral 2022-ci il tarixli aktda isə mənzilin boşaldılaraq tələbkarın nümayəndəsinə təhvil verilməsi qeyd olunduğa halda, borclu Cavabdeh mənzildən çıxarılması qeyd olunmamışdır. Göründüyü kimi 04 fevral 2022-ci il tarixli mənzilin boşaldılması barədə tərtib olunmuş akt tələbkar tərəfindən imzalanmamış, aktda mənzilin Cavabdeh tərəfindən boşaldılaraq tələbkar X9 nümayəndəsi X4 təhvil verilməsi qeyd olunsa da, aktı imzalayan şəxsin tələbkarın nümayəndəsi olması heç bir sənədlə öz təsdiqini tapmır. Kollegiya hesab edir ki, belə olan halda, icra hərəkətlərinin davam etdirilməsinə zərurət vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 8(011)-336/2022 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-8325/2019 saylı icra sənədinə xitam verilməsi barədə Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinin 08 fevral 2022-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-8325/2019 saylı icra sənədinə xitam verilməsi barədə Bakı şəhəri, Xətai rayon İcra Şöbəsinin 08 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İcra hərəkətlərinin davam etdirilməsi Xətai rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar