Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-22/2024 29.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-169/2023 saylı işi üzrə 30 oktyabr 2023-cü il tarixli qərardadından Borclu1 Eyyub oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X1 Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-866/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-161/2023 saylı işi üzrə 30 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 866/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-866/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinin Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə həvalə edilməsi, X2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması, Borclu1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci və, 2-ci hissəsinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3, 2.1, 2.2, 2.4-1, 2.5, 2.7, 2.8, 2.11, 3.4; İcra haqqında Azərbaycan Respublikası Qanununun 8.1, 8.2, 12.1, 20.1, 20.2, 26-cı maddələrinə istinadən qeyd edilmişdir ki, icra məmuru icra sənədi üzrə icraata xitam verərkən, yalnız Bakı Regional Qaz İstismarı Departamentinin və tabeçiliyində olan Binəqədi rayonu üzrə Texniki İstismar Xidməti əməkdaşlarının iştirakı ilə tərtib olunan xx.xx.2023-cü il tarixli akta istinad edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-866/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin borclular tərəfindən tam icra edilməsi qənaətinə gəlib icraata xitam versə də, şikayətə baxış zamanı keçirilən ekspertiza tədqiqatı ilə icra sənədinin faktiki olaraq icra edilmədiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki:- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X6 və X9 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli 8(001)-169/2023-cü il tarixli qərardadına əsasən agentliyin mütəxəssisləri ekspertizanın keçirilməsi iştirak etmiş, baxış zamanı 52 saylı mənzildə qaz piltəsinin yerinin dəyişdirilməsi və əlavə olaraq 1 ədəd istilik generatorunun (kombi) quraşdırıldığı müəyyən edilmişdir. Mənzil sahibi tərəfindən bu dəyişikliyin aidiyyəti qrumlarla razılaşdırılmasını təsdiq edən sənəd təqdim edilməmişdir ; - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 1-ci ərazi DYNİ-nin DYNŞ-nin böyük inspektoru, d\x baş-leytenantı B.Mehdizadənin xx.xx.2023-cü il tarixli təqririnə əsasən, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.Axundov küçəsi 1B saylı evin 48 və 52 saylı mənzillərinə keçirilmiş baxış zamanı mənzillərin giriş hissəsindən sağ hissədə əvvəllər mətbəxin mövcud olması və həmin mətbəx hissəsinin mənzilin eyvan hissəsinə köçürülməsi və eyvan hissədə qazla PQ3 və kombidən istifadə edilməsi aşkar edilmişdir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsində təsbit edilmiş vəzifələrin icrasının” Azəriqaz” İB-yə həvalə edilməsini nəzərə alaraq, sözügedən məsələ ilə bağlı tərəflərindən tədbir görülməsi məqsədəuyğun hesab edilməmişdir; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/7384 saylı rəyinə əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini tənzimləmə Agentliyinin Bakı Filialının aparıcı müfəttişi X7 tərəfindən hazırlanmış mütəxəssis rəyinə əsasən aşağıdakı göstərilənlər müəyyən edilmişdir: Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.Axundov küçəsi 1B saylı evin 48 saylı mənzilində özbaşına çəkilmiş qaz xətlərinin ləğv edilmədiyi, mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilmədiyi, bundan başqa mənzilin mətbəxində quraşdırılmış kombi tipli su qızdırıcısına çəkilmiş qaz xəttinin bir hissəsinin üzəri suvaqla örtülərək qapalı şəraitə salındığı, mətbəxdə detektorların quraşdırılmadığı müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.Axundov küçəsi 1B saylı evin 52 saylı mənzilində özbaşına çəkilmiş qaz xətlərinin ləğv edilmədiyi, mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilmədiyi və mətbəxdə detektorların quraşdırılmadığı müəyyən olunmuşdur. Tədqiq olunan mənzillərdə görülən işlər nəticəsində həmin mənzillərdə və mənzillərin yerləşdiyi binada qaz qurğularından təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmənin mümkün olmadığı müəyyən edilmişdir. Tədqiq olunan mənzillərdə özbaşına çəkilmiş qaz xəttləri ləğv edildikdən, mənzildə olan qaz xətlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edildikdən, 48 saylı mənzildə detektorlar quraşdırıldıqdan sonra bu mənzillərdə və mənzillərin yerləşdiyi binada qaz qurğularının etibarlı istismarının təmin edilməsinin mümkün olduğu müəyyən edilmişdir. Borclu1 şikayət verərək Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, № 8(001)- 169/2023 saylı qərardadının ləğv edilməsini və X1 tərəfindən verilən şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 8, 125, 129; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.4.5, 263-cü maddəsinə istinadən qeyd edilmişdir ki, işə əlavə edilmiş Bakı Regional Qaz İstismarı Departamentinin Binəqədi rayonu üzrə Texniki İstismar Xidmətinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, ”Binəqədi rayon 8-ci mkr.S.S.Axundov küçəsi 1B, 52 saylı mənzildə xx.xx.2022-ci il Binəqədi rayon məhkəməsinin 2(001)-866/2021- ci il saylı icra vərəqəsinin icra olunması ilə bağlı layihədən kənar çəkilmiş qaz xəttinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan ünvanda icra vərəqəsinə əsasən vətəndaş tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırılmışdır və qaz xətti vətəndaş tərəfindən tikinti norma və qaydalarına uyğun bərpa olunmuşdur. İcra sənədində göstərilən tələb təmin edilmişdir. Qeyd etmək vacibdir ki, Aktı imzalayan beş əməkdaş qaz xəttinə görə məsuliyyət daşıyan və qaz təminatına bilavasitə cavabdehlik daşıyan əməkdaşlardır. Yəni bu şəxslər təhlükəsiz qaz təminatına görə bilavasitə cavabdehlik daşıyırlar. Bununla belə məhkəmə həmin əməkdaşları heç bir keyfiyyətdə işə cəlb etmədən ekspertiza təyin etmiş və rəy əldə etmişdir. Məhkəmə işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli akta əhəmiyyət vermədən yenidən ekspertiza təyin edərək qanunsuzluğu əsaslandırmağa çalışmışdır. Rəy vermiş ekspertlərin heç biri mənzillərə əyani baxış keçirməmiş və qarşı tərəfin mənafeyinə uyğun rəy vermişlər. Rəydə göstərilir ki, mənzildə detektorlar quraşdırılmayıb, halbuki yuxarıda istinad edilən xx.xx.2023-cü il tarixli Aktda göstərilir ki, bütün nöqsanlar aradan qaldırılaraq detektorlar quraşdırılmış, qaz xəttləri Qaydalara uyğun bərpa edilmişdir. Məhkəmə mənzilləri müayinə etməklə yaxud video-çəkilişin təqdim edilməsi ilə ekspertlərin səhv rəy verdiklərini müəyyən edə bilərdi. Lakin bu edilmədi, çünki məhkəmə həqiqətə nail olmaq istəməmişdir. Binəqədi Rayon Məhkəməsi tələbkarın subyektiv hüquqlarının pozulmaması faktına əhəmiyyət vermədən qərardad qəbul etmişdir. Belə ki, o, iş üzrə cavabdeh-borculu deyildir.Ona görə ki, Bakı şəhəri, Binəqədi rayonu, X18 küçəsi ev 1b, mənzil 52 xx.xx.2021-ci il tarixdən rəsmi nikahda olduğu arvadı X3 mülkiyyətindədir. (xüsusi mülkiyyətə dair çıxarışın və texinki pasportunun surəti şikayətə əlavə edilib). Məhkəmə əsil cavabdehi-borclunu işə cəlb etmədən işə baxmışdır. Binəqədi rayon məhkəməsi mülkiyyətçini işə cəlb etmədən, onun hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qərardad qəbul etmişdir. İşə baxan məhkəməyə lazım gəlirdi ki, hazırda DİN-in Bakı şəhər Baş Polis İdarəsində saxlanılan 8 şikayətçi tərəfindən imzalanmış ərizəni və toplanmış materialı və nəticə olaraq qəbul edilmiş qərarı tələb edərək tədqiq edib hüquqi qiymət versin. Şikayətçinin həmin şəxslərə qarşı hər-hansı şikayət, ərizə, iddia ərizəsi verməyə subyektiv hüququ yoxdur, çünki onlar iş üzrə tərəf deyillər. Şikayətçi FHN-in əməkdaşı deyil, onun üzərinə qanunla mənzillərdə yerdəyişmə edilməsi, qaz xəttinin hardan çəkilib - çəkilməməsinə nəzarət vəzifəsi qoyulmayıb. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-169/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15, 395, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Şikayətçinin diqqətinə çatdırılmalıdır ki, ərizəçinin dəlilləri ümumi səciyyə daşıyır və sübuta yetirilmir, habelə dispozitiv imkandan sui-istifadəyə şərait yaradan amil kimi qiymətləndirilərək ərizənin təmin edilməsinə əsas verə bilməz. Belə ki, icra məmurunun qərarının əsaslı olmasına dair hüquqi və faktoloji istinadlar öz təsdiqini tapmır. "İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən: 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8. İcra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. 29.1. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Birinci instansiya məhkəməsinin qərardadının əsaslılığını “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-10, 20, 26, 29,87; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-390, 395-398-ci maddələrinə və iş üzrə mövcud sübutlara əsasən yoxlayan məhkəmə kollegiyası şikayətin dəlillərinə müvafiq qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(001)-866/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilərək cavabdeh Borclu2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.Axundov küçəsi ev 1B 48 saylı mənzildə özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttlərinin ləğv edilməsi və həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsinin cavabdeh Borclu2 üzərinə qoyulması, cavabdeh Borclu1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.Axundov küçəsi ev 1B 52 saylı mənzildə özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttlərinin ləğv edilməsi, həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsinin cavabdeh Borclu1 üzərinə qoyulması qət edilmişdir. Binəqədi rayonu qaz istismar Departamentinin Binəqədi rayon üzrə Texniki İstismar Xidmətinin 26 yanvar 2023-cü il tarixli tərtib etdiyi aktla Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi 1B, 52 saylı mənzildə Binəqədi rayon Məhkəməsinin 2(001)- 866/2021-ci il saylı icra vərəqəsinin icra olunması ilə bağlı lahiyyədən kənar çəkilmiş qaz xətlərinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ünvanda icra vərəqəsinə əsasən vətəndaş tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırılmış və qaz xətləri tikinti norma qaydalarına uyğun bərpa olunmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Ələddin Hüseynovun 27.01.23 cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(001)- 866/2021 saylı icra sənədi üzrə icraata İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.5 və 20.-ci maddələrinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli, № 3-16-16/2-10/7384 nömrəli ekspert rəyi ilə mənzillərdə özbaşına çəkilmiş qaz xətlərinin ləğv edilmədiyi, mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilmədiyi və mətbəxdə detektorların quraşdırılmadığı müəyyən olunmuş, mənzillərdə görülən işlər nəticəsində həmin mənzillərdə və mənzillərin yerləşdiyi binada qaz qurğularından təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmənin mümkün olmadığı müəyyən edilmişdir. Beləliklə, icrası məcburi olan dövlətin adından qəbul edilən məhkəmə qərarının icrasının təmin edilməsinə dair şübhələr icra məmurunun ekspert rəyi ilə müəyyən edilən xüsusatların akta imza atmış müvafiq vəzifəli şəxslərlə müzakirə etmək imkanını, şikayətdə təsbit edilən dəlillərin və icra sənədinin icra edilib-edilməməsinin araşdırmaq mükünlüyünü istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Borclu1 tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-169/2023 saylı işi üzrə 30 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-22/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-22/2024
29.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver