Məhkəmə qərarları › İş №8(103)-220/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-220/2021

19.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-220/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Tələbkar nümayəndəsi və vəkili Vəkil Aftandil oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-20/2021 saylı, 05 fevral 2021-ci il tarixli qərardadından Borclu Mənzil Tikinti Kooperativinin nümayəndəsi, maraqlı şəxslər X2 və X3 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2(103)-12485/2018 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Tələbkar xeyrinə 10.726.791,6 manat, 1.832.493,56 manat faiz borcunun Borclu MTK-dan və X1 tutulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək icra sənədinin icrasının təmini məqsədi ilə Borclu MTK-nın adına olan, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 2-ci mərtəbəsində ümumi sahəsi 24,8 kv.metr olan 16 saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 128,84 kv.metr olan 6 saylı 5 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 107,64 kv.metr olan 2 saylı 5 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1- ci mərtəbəsində ümumi sahəsi 12 kv.metr olan 3 saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 0-cı mərtəbəsində ümumi sahəsi 36 kv.metr olan 9 saylı 2 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 27,4 kv.metr olan 3a saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 0,01-ci mərtəbəsində ümumi sahəsi 0,01 kv.metr olan 3D saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 32,5 kv.metr olan 2 saylı 2 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 13 kv.metr olan -- saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 46,4 kv.metr olan -- saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 0-cı mərtəbəsində ümumi sahəsi 16 kv.metr olan 7 saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 14,2 kv.metr olan 2 saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 35,8 kv.metr olan -- saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 0,01-ci mərtəbəsində ümumi sahəsi 0,01 kv.metr olan 3B saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 80,1 kv.metr olan 14 saylı 3 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 14 kv.metr olan 3C saylı 1 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 41 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 50,6 kv.metr olan 3 saylı 2 otaqlı, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, 39 saylı evin 1-ci mərtəbəsində ümumi sahəsi 26 kv.metr olan 8 saylı 1 otaqlı əmlakların üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-20/2021 saylı, 05 fevral 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. Həmin qərardaddan Borclu Mənzil Tikinti Kooperativi şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə iclasına onların nümayəndəsinin iştirakını təmin etməmiş, təqdimatın təmin olunması üçün zərurətin nədən ibarət olmasını əsaslandırmamış və qeyd olunmuşdur ki, qərardadda göstərilən əmlak real olaraq mövcud deyildır, sökülmüşdür və yerində yoxdur. Qərardaddan həmçinin maraqlı şəxs X2 şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, MTK-nın təsisçisi olmasına baxmayaraq məhkəmə iclası barədə məlumatlandırılmamış, təqdimatın təmin olunması üçün zərurətin nədən ibarət olmasını əsaslandırmamış, borcdan indiyədək 400.000 manatın ödənildiyini nəzərə almamışdır. Həmçinin, qeyd olunmuşdur ki, qərardadda göstərilən əmlak real olaraq mövcud deyildır, sökülmüşdür və yerində yoxdur. Qərardaddan, həmçinin, maraqlı şəxs X3 şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini yuxarıda göstərilən şikayətlərin məzmununa uyğun əsaslandırmışdır. Tələbkarın məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış apellyatorlar məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərardadı ləğv edilməklə iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, qanunvericilik məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoyulması və tələbin əmlaka yönəldilməsi institutunu nəzərdə tutsa da, kollegiyanın qənaətinə görə, məhkəmə təqdimata baxarkən həm müvafiq nəticəyə gəlmək üçün zəruri olan maddi hüquqi əsasların olub-olmadığını lazımi qaydada araşdırmamış, həm də prosessual qanunvericiliyin tələblərini pozmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, iş materiallarında təqdimata baxılması ilə bağlı borcluya (maraqlı şəxslərə) məlumat verilməsinə dair hər hansı sübut olmasa da, birinci instansiya məhkəməsi “məlumat verilməsinə baxmayaraq onun məhkəmə iclasına gəlmədiyini” qeyd edərək təqdimata borclunun iştirakı olmadan baxmış, bununla da Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş “məhkəmə icraatının çəkişmə və tərəflərin bərəbərliyi əsasında aparılması” prinsiplərini pozmuşdur. Qeyd olunan pozuntu həm də onunla nəticələnmişdir ki, borclu şikayətində göstərdiyi halla bağlı müvafiq sübutları təqdim etmək imkanından faktiki məhrum olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür (maddə 45.1, 45.2). İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur (maddə 50.1 və 50.2). Göründüyü kimi tələbin borclunun əmlakına yönəldilməsi icra məmuru tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilməli olan məcburi icra tədbiridir. Qanunvericilik bununla bağlı icra məmurunun üzərinə tələbin yönəldilməli olduğu əmlakların xüsusi ardıcıllığına riayət etmək vəzifəsi qoyur, həmçinin tələbin yönəldilməsinə yol verilməyən əmlakların dairəsini müəyyən edir. Əgər tələbin borclunun əmlakına yönəldilməsi barədə qanuni əsaslar varsa icra məmuru bu barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət etməlidir. Buna baxmayaraq birinci instansiya məhkəməsi təqdimatın hərtərəfli araşdırılması üçün icra işini tələb etmədən və icra məmurunun müvafiq təqdimatı məhkəməyə təqdim edənədək qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl edib-etmədiyini yoxlamadan, yalnız əlavə olunmuş sənədlər əsasında təqdimatın təmin edilməsi barədə qənaətə gəlmişdir. Digər tərəfdən borclu MTK-nın və maraqlı şəxslərin şikayətlərində qeyd etdikləri “qərardadda göstərilən əmlak real olaraq mövcud deyildır, sökülmüşdür və yerində yoxdur“ dəlillərinə ümumiyyətlə heç bir münasibət bildirilməmiş, iş üçün əhəmiyyət kəsb edə biləcək həmin xüsusat araşdırılmamışdır. Qeyd olunanları nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməklə, iş təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxarkən birinci instansiya məhkəməsi bütün tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verməli, icra işi ilə bağlı zəruri araşdırma apararaq, həmçinin, şikayətdə qeyd olunan dəlilləri araşdıraraq təqdimat üzrə müvafiq qərar qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-20/2021 saylı, 05 fevral 2021-ci il tarixli qərardadı ləğv edilərək iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar