Məhkəmə qərarları › İş №8(103)-221/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-221/2021

20.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-221/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi, Tələbkarın nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli 8(004)-168/2021 nömrəli qərardadından tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli 2(004)-8190/2015 nömrəli icra sənədinə əsasən X1ndan əsas kredit üzrə 420 manat, faiz üzrə 78 manat, cərimə üzrə 50 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 578 manat pul tutularaq tələbkar “xxxx” ASC-yə ödənilməlidir. İcra işinin materiallarında olan borclunun şəxsin kartoçkasından 07.10.2020-ci il tarixli elektron çıxarışdan müəyyən edilmişdir ki, 22.08.1959-cu ildə Bakı şəhərində doğulmuş X4 15.06.2019-сi il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Orxan Abdullayev qəbul etdiyi 07.10.2020-ci il tarixli qərarı ilə X1nun 15.06.2019-сi il tarixdə öldüyünü və hazıradək vərəsəsinin müəyyən edilmədiyini qeyd edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli 2(004)-8190/2015 nömrəli icra sənədi üzrə başlanmış icraata xitam vermişdir. Tələbkar “xxxx” ASC şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli 2(004)-8190/2015 nömrəli icra sənədi üzrə başlanmış icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin 07.10.2020-ci il tarixli qərarının ləğv edilməsini və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli 2(004)-8190/2015 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmurunun 07.10.2020-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata xitam verilməsi qanunsuzdur. Belə ki, X1 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli 2(004)-8190/2015 nömrəli icra sənədi üzrə borc məbləğini ödəmədiyi halda, icra sənədi üzrə icraata əsassız qaydada xitam verilmişdir. X1 15.06.2019-сi il tarixdə vəfat etmişdir. “İcra haqqında” Qanunun 20.1.3-cü bəndinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə - bu münasibətə tətbiq edilə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. Bu halda icra sənədi üzrə borclunun vəzifələrinin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməsinə mane olan hər hansı bir hal yoxdur. Borclunun vəfatından 6 ay keçmiş olsa da, hal-hazırda vərəsəsinin olmaması, onun gələcəkdə vərəsəlik işinin açılaraq X3 hüquqi varisi kimi vərəsəliyinin qəbul edilməsini istisna etmir. Bu səbəbdən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun 07.10.2020-ci il tarixli qərarı tamamilə qanunsuz və əsassız olmaqla, “xxxx” ASC-nin mənafelərinə ziddir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli 8(004)-168/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli 2(004)-8190/2015 nömrəli icra sənədi üzrə başlanmış icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin 07.10.2020-ci il tarixli qərarının ləğv edilməsinə dair tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayət rədd edilmişdir. Tələbkar “xxxx” ASC şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli 8(004)-168/2021 nömrəli qərardadının ləğv edilməsini, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli 2(004)-8190/2015 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin 21 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə Yasamal İcra Şöbəsinə kollegiyanın iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin icra məmuru, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2.-ci madəsinə əsasən kollegiya işə icra məmurun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya, şikayətin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən borclu “xxxx” ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin olunmalı, Yasamal rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qərardadı ləğv edilməli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli 2(004)- 8190/2015 nömrəli icra sənədi üzrə başlanmış icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin 07.10.2020-ci il tarixli qərarından şikayətə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. “İcra haqqında” Qanunun 20.1.3-cü maddəsinə əsasən, tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Orxan Abdullayev qəbul etdiyi 07.10.2020-ci il tarixli qərarı ilə X1nun 15.06.2019-сi il tarixdə öldüyünü və hazıradək vərəsəsinin müəyyən edilmədiyini qeyd edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli 2(004)-8190/2015 nömrəli icra sənədi üzrə başlanmış icraata xitam vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Qanunun 20.1.3-cü maddəsində qeyd edilən hal - tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə-bu münasibətə tətbiq edilə bilməz. Bu halda məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməsinə mane olan hər hansı bir hal yoxdur. Müştərinin vəfatından 6 ay keçmiş olsa da hal-hazırda vərəsəsinin olmaması onun gələcəkdə vərəsəlik işinin açılaraq X3 hüquqi varisi kimi vərəsəliyinin qəbul edilməsini istisna etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə (Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) qeyd edilir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, işin faktiki halları və iş materiallarında olan rəsmi sənədlərlə sübuta yetirilir ki, X1 15.06.2019-сi il tarixdə vəfat etmiş və hazırkı vaxta kimi vərəsələri və ya əmlakını idarə edən şəxslər müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, icra məmuru X1nun hazırkı vaxta vərəsələri və ya əmlakını idarə edən şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq sorğular verməklə belə bir şəxslərin olub-olmamasını müəyyən etməli idi. Lakin birinci instansiya məhkəməsi iş üzrə heç bir araşdırma aparmadan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli 2(004)-8190/2015 nömrəli icra sənədi üzrə başlanmış icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin 07.10.2020-ci il tarixli qərarından şikayətin təmin olunmaması barədə qərardad qəbul etmişdir. Göstərilənlərlə bağlı kollegiya hesab edir ki, şikayətə baxarkən birinci instansiya məhkəməsi tərəfindən X1nun hazırkı vaxta vərəsələri və ya əmlakını idarə edən şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq sorğular verməklə şikayəti tam və hərtərəfli araşdırmaqla, bütün hallarına hüquqi qiymət verilməklə, nəticəsindən aslı olaraq qanunamüvafiq qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.2, 400, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya. q ə r a r a a l d ı: Tələbkar “xxxx” ASC -nin şikayəti qismən təmin olunsun. Bakı şəhəri Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.11.2015-ci il tarixli 2(004)-8190/2015 nömrəli icra sənədi üzrə başlanmış icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin 07.10.2020-ci il tarixli qərarından şikayətə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardadan kassasiya şikayəti verilə bimləz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar