Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-222/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi Tələbkarın nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-120/2021 saylı, 18 fevral 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Tələbkar “Bank VTB (Azərbaycan)” ASC Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Aqil Cəbiyevin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 13192/2017 saylı, 25.10.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 21 noyabr 2018-ci il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-121/2021 saylı, 18.02.2021-ci il tarixli qərardadına əsasən Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Aqil Cəbiyevin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13192/2017 saylı, 25.10.2017-ci il tarixli icra vərəqi üzrə icraata xitam verilməsi barədə 21 noyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və həmin icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi qərara alınmışdır. Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-121/2021 saylı, 18.02.2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Borclu tərəfindən qərardaddan verilmiş şikayət məhkəmənin eyni saylı, 02 aprel 2021-ci il tarixli qərardadi ilə təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyasının iclaında tələbkarın nümayəndəsi V.Qaracayev şikayətlə razılaşmyaraq şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Şikayətə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, borclu və Binəqədi Rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhər Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Aqil Cəbiyev tərəfindən qəbul edilən 21 noyabr 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 13192/2017 saylı, 25.10.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. X5 Haqqında 45/01 saylı 13 avqust 2018-ci il tarixli protokolun surətindən görünür ki, Borclu məxsus “Seat Leon FR” markalı, **-TZ-*** dövlət nömrə nişanlı avtomobi ilkin hərrac qiyməti 14 000 manat olmaqla hərraca çıxarılmış, 12300 manata X1. Tələbkar “Bank VTB (Azərbaycan)” ASC tərəfindən verilən maliyyə arayışından görünür ki, Borclu banka 142116-CNS-15676/1 saylı 14 yanvar 2016-cı il tarixli “Avtomobil kredit müqaviləsi” üzrə 27 yanvar 2021-ci il tarixinə 7777,82 ABŞ dolları əsas, 1294.41 ABŞ dolları faiz, 108,21 ABŞ dolları cərimə, cəmi 9180,44 ABŞ dolları borcu vardır. Borclu müqavilə üzrə öhdəliyini 15 avqust 2016-cı ildən icra etmir. Beləliklə, Kollegiyanın araşdırmaları ilə müəyyən edildi ki, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 21 noyabr 2018-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13192/2017 saylı, 25.10.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilərkən, icra məmuru belə qənaətə gəlmişdir ki, icra sənədi Borclu tərəfindən tam icra olunmuşdur. Lakin iş materiallardan görünür ki, icra sənədi üzrə tutulmalı olan məbləğ 16300,02 ABŞ dolları olsa da, həmin məbləğdən cəmi 7235 ABŞ dolları tələbkara ödənilmişdir. Göründüyü kimi, icra vərəqi tam icra olunmadan icra vərəqi üzrə icraata xitam verilmiş, bununla da icra qanunvericiliyin tələbləri pozulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, məhkəmə aktlarının vaxtında icra edilməməsi Avropa İnsan Hüquqları Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini də pozur. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi borclunun ərizəsini rədd etməkdə haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 31 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının..., işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-120/2021 saylı, 18 fevral 2021-ci il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-222/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-222/2021
26.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver