Məhkəmə qərarları › İş №8(103)-223/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-223/2021

27.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-223/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, X8 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-198/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadından ərizəçi X3 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək “Toyota Corolla” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, həmin nəqliyyat vasitəsini 19 dekabr 2019- cu il tarixində satın almışdır. Qeyd olunan avtomobili o, X7 gömrük rəsmiləşdirməsi baş tutandan dərhal sonra pulunu ödəyib almışdır. Nəqliyyat vasitəsi Gürcüstan Respublikasının Rustavi şəhərindən gətirilib. Azərbaycan Respublikası DİN-nin DYP-də rəsmiləşdirilməyə maddi durumu imkan vermədiyindən 6 saylı notariat ofisində nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİ 813465 saylı, 19 dekanr 2019-cu il tarixli etibarnamə ilə X11 tərəfindən ona verilmişdir. Bildirir ki, Borclu tanımır, bir dəfə olsun görməmişdir. Nəqliyyat vasitəsini öz adına rəsmiləşdirə bilməsə də, avtomobil faktiki olaraq 2019-cu ilin dekabr ayından onun mülkiyyətindədir. O, 2020-ci ilin əvvəllərində avtomobili öz adına rəsmiləşdirmək istədikdə, ona bildirilmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli, 8(001)-519/2020 saylı qərardadına əsasən həmin avtomobil üzərinə ona məlum olmayan səbəblərdən həbs qoyulmuşdur. Bildirir ki, o, “Tayota Corolla” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 2019-cu il tarixində X7 pulunu tam ödəməklə satın almışdır. 2019-cu il tarixdən həmin nəqliyyat vasitəsinin sahibidir və faktiki olaraq mülkiyyətçisidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-198/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən: İlkin Əliyev). X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-198/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadından şikayət verərək 2019-cu ildən onun vicdanlı alıcı kimi sahibliyində və faktiki olaraq mülkiyyətində olan “Toyota Corolla” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o vicdanlı alıcıdır. Avtomobilinin üzərinə həbs qoyulması onun hüquqlarını məhdudlaşdırır. “Toyota Corolla” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması tamamilə qanunsuzdur. Belə ki, 8(001)-519/2020 saylı qərardadda qeyd olunur ki, nəqliyyat vasitələrinin iymətlərinin müəyyən etmək mümkün olmadığı üçün hər iki nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. “Kia Rio” minik markalı, **- VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar qiyməti 12500-13500 AZN, “Toyota Corolla” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar qiyməti 13500- 14000 manat təşkil edir. Tələbakar Tələbkar ASC və borclunun cəmi 12628,78 manat olmasına görə, hansı əsaslarla 27500 manat əmlakın üzərinə həbs qoyulmalıdır. Borcun həcmini dəfələrlə aşan bir nəqliyyat vasitəsinin taamilə borcu ödədiyi halda niyə hər iki maşına qanunsuz həbs qoyulub. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-198/2021 saylı, 12.04.2021-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən R.Hüseynov birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə məlumat verilmiş ərizəçi kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gömrük bəyannaməsinin surətindən görünür ki, “Toyota Corolla” minik markalı (ili 2006, ban NMTEC20E10R029894) avtomobil 19 dekabr 2019-cu il tarixində Borclu tərəfindən qəbul edilmişdir. 30 noyabr 2019-cu il tarixli, AR-İ seriyalı, 947521 saylı etibarnamənin surətindən görünür ki, X1 Renad Adiloviçə onun adından Gürcüstan Respublikasından istənilən markalı avtomaşın almağı, yükü qəbul etməyi, nəqliyyat vasitəsinə qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı almağı, qeydiyyata salmağı və çıxarmağı, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı və sair öhdəliklərin yerinə yetirilməsi üçün 3 il müddətinə 30 noyabr 2022-ci il tarixədək etibarnamə vermişdir. Nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə 19 dekabr 2019-cu il tarixli ƏNVİ seriyalı, 813465 saylı etibarnamədən görünür ki, həmin etibarnamə ilə mülkiyyətçi Borclu nümayəndəsi X11 “Toyota Corolla” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə edilməsi, bağışlamaq, ipoteka qoymaq, üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq tapşırıqlarının onun adından yerinə yetirilməsi üçün səlahiyyətləri 19 dekabr 2020-ci il tarixinədək X2 etibar etmişdir. Elektron məhkəmə sistemindən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli, 8(001)-519/2020 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.11.2018-ci il tarixli, 2(001)-3969/2018 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə Borclu məxsus “Kia Rio” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı və “Toyota Corolla” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli, 8(001)-519/2020 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.11.2018-ci il tarixli, 2(001)- 3969/2018 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə Borclu məxsus “Kia Rio” minik markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı və “Toyota Corolla” minik markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarından görünür ki, Tələbkar ASC birinci instansiya məhkəməsində icraat zamanı cəlb edilməmiş və məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi Tələbkar ASC-ni də cəlb etməklə araşdırma aparmalı və üzərinə həbs qoyulmuş avtomobillərin dəyərinin tələbə mütənasibliyini yoxlamaq imkanını araşdırmqla yekun nəticəyə gəlməlidir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-198/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı ləğv edilməli və mübahisəyə baxılması üçün mülki iş sonrakı prosessual hərəkətlərin yetirilməsindən ötrü Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-198/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar