Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-226/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-211/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: Borclu X2 rayon İcra şöbəsinin İcra məmuru Elzamin İsayevin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2023-cü il tarixdə İcraata başlamaq haqqında Qərarının ləğv edilməsi, Nərimanov rayon İcra şöbəsinin 2298e139167/2023-15-24 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktub əsasında ona məxsus Sumqayıt şəhəri, 3-cü məhəllə, 6/21 ünvanında yerləşən qeyriyaşayış sahəsi və Sumqayıt şəhəri, 39-cu məhəllə, 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair müvafiq olaraq "xxxx" MMC-nin 34 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatı və "xxxx" MMC-nin 34/1 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi barədə Hesabatlarının etibarsız hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-211/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardadda “ İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1, 8.2, 51.1, 53.2, 61.2, 62.1 ; “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9, 41.2, 41.3, 42.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ilk növbədə şikayət ərizəsi “Nərimanov rayon İcra şöbəsinin İcra məmuru Elzamin İsayevin hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2023-cü il tarixdə İcraata başlamaq haqqında Qərarının ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, şikayət həmin hissədə əsassızdır. Belə ki, iş materiallarından aydın olur ki, icra məmuru qanunvericiliyin tələblərini rəhbər tutaraq qanunla müəyyən olunmuş qaydada icra sənədini qərar qəbul edərək icraatına qəbul etmişdir. Şikayətçi tərəfindən həmin qərarın ləğv edilməsi üçün əsas olacaq hər hansı sübut və ya əsaslandırma təqdim edilməmiş, qeyd edilən qərarın ləğv edilməsinin xahişi ilə kifayətlənmişdir. Ərizənin digər hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, "xxxx" MMC-nin 34 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatına əsasən Sumqayıt şəhəri, 3-cü məhəllə, 6/21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 739250 manat və 34/1 nömrəli, xx.xx.2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatına əsasən Sumqayıt şəhəri, 39-cu məhəllə, 35 ünvanında yerləşən qeyriyaşayış sahəsinin qiyməti 202950 manat müəyyən edilmişdir. Borclu tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 01/24-253 nömrəli, xx.xx.2024-cü il tarixli Qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatına əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti 798500 manat və "xxxx" MMC-nin 01/24-252 nömrəli, xx.xx.2024-cü il tarixli Qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatına əsasən Sumqayıt şəhəri, 39-cu məhəllə, 35 ünvanında ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti 243500 manat müəyyən edilmişdir. Göründüyü kimi "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş əmlaklara dair qiymətləndirmə barədə hesablar arasında əmlakların dəyərində əhəmiyyətli dərəcədə fərq aşkar olunmur. Bundan başqa "xxxx" MMC-nin hesabatında tələblə təklifin qarşılıqlı təsiri təşəkkül tapan qiymət yox, əmlakların bazar dəyəri müəyyən edilmişdir. Apelyasiya şikayəti, etiraz, məhkəmənin mövqeyi Borclu apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli ,e-8(005)-211/2024saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə “Qiymətləndirmə fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanunun 5.1, 5.2, 10.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1080/2023 nömrəli, 12 may 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən X6 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 117000 ABŞ dolları (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Tərəfindən məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4721/23 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin qeyd edilən Qətnaməsindən işə kassasiya qaydasında baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-246/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bununla bağlı, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10 tərəfindən xx.xx.2023-cü il tarixdə İcraata başlamaq haqqında Qərar qəbul edilmiş, icra tədbirlərinin həyata keçirilməsi məqsədilə Nərimanov rayon İcra Şöbəsinin 2298 e139167/2023-15-24 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktuba əsasən əmlakın qiymətləndirilməsi işinin həyata keçirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 34 nömrəli 18 mart 2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatından görünür ki, X11 məxsus Sumqayıt şəhəri, 3-cü məhəllə, 6/21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri təşəkkül tapan qiyməti 739250 manat təşkil edir. "xxxx" MMC-nin 34/1 nömrəli 18 mart 2024-cü il tarixli Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatından görünür ki, X11 məxsus Sumqayıt şəhəri, 39-cu məhəllə, 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri təşəkkül tapan qiyməti 202950 manat təşkil edir. Hesab edir ki, verilmiş mütəxəssis rəyləri qərəzli olmaqla mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə bağlı bazar qiymətini əks etdirmir. Lakin birinci instansiya məhkəməsi bununla bağlı düzgün mövqe sərgiləməmişdir. Qiymətləndiricinin müəyyən olunmasında müəyyən şərtlər qoymuşdur ki, hazırkı mübahisələndirilən rəydə bununla və eyni zamanda “Qiymtələndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş tələblərin heç biri Əmlakın Qiymətləndirilməsi Barədə Hesabatında öz əksini tapmır ki, belə olan halda, həmin Hesabatın (rəyin) əsaslı və ədalətli olması şübhə doğurur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Rayon Məhkəməsinin 8(005)-226/2024 saylı işi üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışının hədləri, müəyyən edilən hallar, tətbiq edilən hüquq və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən: icra xidmətinin icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görür . “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə bircaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır; 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir; 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir “ Qiymətləndirmə faəliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən:7.1. Bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş qaydada ixtisas şəhadətnaməsini almış şəxs üzvlüyə qəbul edilmək üçün X1 Heyətinə ərizə ilə müraciət edir. Ərizəyə ixtisas şəhadətnaməsinin surəti və qiymətləndiricinin peşə məsuliyyətinin sığorta şəhadətnaməsi əlavə olunur. Müraciət edən şəxsdən əlavə sənədlər tələb edilə bilməz.7.2. X1 Heyəti ərizə daxil olduqdan 5 (beş) iş günü müddətində müraciət edən şəxsin Palatanın üzvlüyünə qəbul edilməsi haqqında qərar qəbul edir, ona üzvlük vəsiqəsini təqdim edir və onun haqqında məlumatları Qiymətləndiricilər Palatası üzvlərinin reyestrinə daxil edir.7.3. Bu Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş üzvlük vəsiqəsinin forması X1 Heyəti tərəfindən təsdiq edilir. Üzvlük vəsiqəsində qiymətləndiricinin ixtisas şəhadətnaməsinin (şəhadətnamələrinin) nömrəsi, bu Qanunun 4-cü maddəsinə uyğun olaraq qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) qeyd edilir. 8.1. Dövlət və bələdiyyə əmlakı özgəninkiləşdirildikdə, icbari sığorta növləri üzrə sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış dövlət və bələdiyyə əmlakına dəyən zərər müəyyən edildikdə, dövlət mülkiyyətində olan əsas fondlar yenidən qiymətləndirildikdə, habelə qanunda və ya məhkəmə qərarı ilə nəzərdə tutulmuş digər hallarda qiymətləndirmə obyektinin məcburi qiymətləndirilməsi həyata keçirilir.8.2. Məcburi qiymətləndirmə 3 (üç) ildən az olmayan müddətdə Qiymətləndiricilər Palatasının üzvü olan və ya Qiymətləndiricilər Palatasında akkreditasiyadan keçən qiymətləndirici tərəfindən aparıla bilər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385, 387, 395, 397, 398-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və qərardadın dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Borclunun tələbi olmasa da, icra məmurunun hərəkətlərinin qanunsuz heab edilməsi müstəvisində İcraata başlamaq haqqında Qərarının ləğv edilməsi və Əmlakların Qiymətləndirilməsi barədə Hesabatlarının etibarsız hesab edilməsinə dair yalnız ehtimallar ilə əhatə edilmiş və təkzibedilməz sübutlar təqdim edilməmişdir. Şikayətçinin diqqətinə çatdırılmalıdır ki, onun dəlilləri şübhə əsası ilə irəli sürülmüş və ümumi səciyyə daşıyır, qeyd edilən qanunvericiliyin əsaslarına müvafiq heç bir hüquqi əhəmiyyət kəsb etmir və tələbkarın hüquqlarına rəğmən dövlətin adından qəbul edilən qərarın icrasının qəsdinə yönəlmiş prosessual hərəkətlər dispozitiv imkandan sui-istifadəyə şərait yaradan amil kimi qiymətləndirilərək, onun təmin edilməsinə əsas verə bilməz. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X3 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-211/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-226/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-226/2024
28.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver