Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-226/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 8(011)-184/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mahru Nağıyeva təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-291/2023-032 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1980-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 8(011)-184/2025 saylı qərardadına əsasən, təqdimat təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-291/2023-032 nömrəli, 27 mart 2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1980-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv edilməsi və təqdimatın rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclunun əmək haqqının hər ay 1/4 hissəsi tutularaq Tələbkar ödənilir. Bundan əlavə borclu xx.xx.2022-ci il tarixə kimi fərdi sahibkarlıq ilə məşğul olmuş və həmin dövrdə də gəlirləri olmuşdur. Həmin tarixdə fəaliyyət dayandırılmış və bir daha aktiv edilməmişdir (arayış təqdim edilmişdir). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş arayışa əsasən, Borclu tərəfindən 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinə əsasən, ümumi gəliri 133.403,40 manat təşkil etmişdir. İcra məmuru həmin məbləği əsas götürərək, bütün il ərzində əldə edilmiş 133403,40 manat məbləğində gəlirin 1/4 hissəsini ödənilməli aliment məbləği kimi hesablamışdır. Lakin nəzərə almamışdır ki, icra sənədinə əsasən aliment məbləği xx.xx.2022-ci il tarixdən hesablanmalı idi. Borclu məxsus sahibkar bank hesabından çıxarışa əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək Borclu gəlirləri 9193,49 manat olmuşdur. Yəni aliment borcu 2298,38 manat hesablanmalı idi (hesabdan çıxarış əlavə edilmişdir). Bakı şəhəri Xətai rayon İcra şöbəsinin İcra məmuru Mahru Nağıyevanın xx.xx.2024-cü il tarixli “aliment üzrə borcun hesablanması haqqında” qərarında aliment üzrə borc düzgün hesablanmadığından həmin qərarın ləğv edilməsi ilə bağlı icra sənədini vermiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Borclu məxsus sahibkar bank hesabından çıxarışa əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək Borclu gəlirləri 9193,49 manat olmuşdur. Yəni aliment borcu 2298,38 manat hesablanmalı idi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 8(011)-184/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-291/2023-032 nömrəli, 27 mart 2023-cü il tarixli icra sənədinə əsasən məlum olur ki, xx.xx.1980-ci ildə anadan olmuş Borclu 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan məktubun surətindən görünür ki, Xətai rayon İcra şöbəsinin icraata başlamaq haqqında 13 aprel 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-291/2023-032 nömrəli, 27 mart 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu tələbi könüllü icra etmək üçün 10 gün müddət verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 15 dekabr 2024-cü il tarixli aliment üzrə borcun hesablanması haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-291/2023-032 nömrəli, 27 mart 2023-cü il tarixli icra sənədi üzrə Borclu borcu ümumilikdə 33350,75 manat müəyyən olunmuşdur. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-291/2023-032 nömrəli, 27 mart 2023-cü il tarixli icra sənədini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etməmişdir. Bununla yanaşı təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra məmuru tərəfindən alimentin hesablanması barədə qərarın hazırda qüvvədə olmasını və borclunun 33350,75 manat aliment borcunun olması nəzərə alaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Başqa sözlə, hazırki vəziyyətdə boclunun istinad etdiyi hallar qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını həyata keçirilməməsi üçün əsas olmamaqla yanaşı həmin qətnaməni könüllü icra müddətində icra etmədiyi üçün məcburi icra tədbirləri tətbiq edilməsininin qarşısını almır və icra məmuru hazırki təqdimatı qanuni əsaslarla verərək Borclu ölkədən getmək huququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Belə ki, borclu icra məmuru tərəfindən müəyyən edilmiş aliment borcunun məbləğini mübahisələndirsə də, həmin hallar hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməməsi üçün əsas yaratmır, həmçinin borclu qətnaməni könüllü icra müddətində icra etməmiş, eyni zamanda icra məmuru tərəfindən qanunvericiliyin tələblərinə uyğun icra hərəkətləri aparılsa da qətnamə icra edilməmişdir, nəhayət icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqdimatın təmin edilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli 8(011)-184/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(103)-226/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-226/2025
26.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver