Məhkəmə qərarları › İş №8(103)-227/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-227/2021

17.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-227/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Borclu bankda olan əmanətinin üzərinə həbs qoyulması haqqında Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru Elman İsrafilovun təqdimatının təmin edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 8(007)-100/2021 saylı qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elman İsrafilov təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.11.2017-ci il tarixli 2(007)-4945/2017 saylı icra vərəqəsinə əsasən, 25 aprel 2012-ci il tarixli 03 nömrəli kredit müqaviləsi üzrə 86405,00 manat əsas borc, 470,00 manat faiz borcu olmaqla, cəmi 86875,00 manat borc və ödənilmiş 30,00 manat dövlət rüsumunun əvəzi Borclu tutulub, ləğv prosesində olan Tələbkar Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. İcra sənədi Bakı şəhəri Nəsimi rayon icra şöbəsindən 23.02.2021-ci il tarixində icraatı davam etdirilməsi üçün şöbənin icraatına daxil olmuşdur. İcra zamanı Borclu tərəfindən 20 fevral 2018-ci il tarixində 25000 manat ödəniş edilməsi məlum olmuşdur. Bakı şəhəri 14 saylı notariat ofisinin 11 avqust 2018-ci il tarixli 3M-1700 saylı tələb hüququnun alqı-satqı müqaviləsinə əsasən X1 ləğv prosesində olan Tələbkar ASC-dəki hesabında olan ******* manat pul məbləğindən 90000 manat pul hissəsi üzərində tələb hüquqları borclunun mülkiyyətinə qəbul olunmuşdur. Şöbəyə təqdim olunmuş ləğv prosesində olan Tələbkar ASC-nin 03.07.2020-ci il tarixli məktubunda həmin bankda vətəndaş X2 məxsus ******* manat məbləğində pul vəsaitinin olduğu müəyyən edilmişdir. İcra sənədində göstərilən tələb könüllü qaydada təmin edilmədiyindən Borclu tələbkarın hesabına qalıq 61875 manat məbləğində borc və icra sənədi üzrə tutulmalı pul məbləğinin 7% həcmi 6081 manat məbləğində pul tutularaq Bakı şəhəri Nizami rayon icra şöbəsinin depozit hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən Tələbkar ASC-nin depozit hesabında olan ******* manat pul məbləğinin Borclu məxsus 90000 manat pul vəsaitinin üzərinə cəmi 67956 manat məbləğin həddində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 8(007)-100/2021 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Həmin qərardaddan tələbkar LPO Tələbkar ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli 8(007)- 100/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli, 8(007)-100/2021-003 saylı qərardadı əsassızdır və tələbkarın qanuni maraqlarına və mənafeyinə ziddir. Borclu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə qərarını icra etməkdən yayınmış və bu günədək Tələbkar ASC-yə olan öhdəliyini icra etməmişdir. Ləğv prosesində olan Tələbkar ASC-nin dövlət və ayrı-ayrı şəxslər qarşısında öz öhdəlikləri vardır və borclu şəxslərin (fiziki və ya hüquqi) məsuliyyətdən yayınması bu öhdəliklərin icrasında əlavə çətinliklər yaradır. Məhkəmə qərar qəbul edərkən tələbkarın qanuni maraqlarını nəzərə almamışdır. Borclu krediti təminatsız kreditdir və X3 borclunun zamini deyildir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli 8(007)-100/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli 8(007)-100/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar, borclu və icra məmuru məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 8(007)- 100/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisinin 11 avqust 2018-ci il tarixli 3M-1700 saylı tələb hüququnun alqı-satqı müqaviləsinə əsasən X1 ləğv prosesində olan Tələbkar ASC-dəki hesabında olan ******* manat pul məbləğindən 90000 manat pul hissəsi üzərində tələb hüquqları borclunun mülkiyyətinə qəbul olunmuşdur. Ləğv prosesində olan Tələbkar ASC-nin 03.07.2020-ci il tarixli məktubunda həmin bankda vətəndaş X2 məxsus ******* manat məbləğində pul vəsaitinin olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, Borclu Tələbkar ASC-yə 61875 manat borcu qaldığından və ondan məcburi icra xərci kimi 7 faiz məbləğində, yəni 6081 manat məbləğində pul tutulmalı olduğundan, onun həmin bankda olan 90000 manat məbləğində əmanətinin 67956 manat hissəsinin üzərinə həbs qoymaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətin dəlilləri qərardadın ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 8(007)-100/2021 saylı qərardadı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar