Məhkəmə qərarları › İş №8(103)-229/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-229/2024

01.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-229/2024 01.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-205/2024 saylı, 02 may 2024cü il tarixli qərardadından X2 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: X3 məhkəməyə ərizə (şikayət) təqdim edərək, Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cu il tarixli məcburi icra tədbirlərinin görülməsi barədə qərarının ləğv edilməsi və borclu tərəfindən təqdim edilmiş qəbzlər nəzərə alınmaqla aliment borcunun yenidən hesablanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti aliment tutulma barədə ərizə təmin edilərək mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək xx.xx.2010-cu il təvəllüdlü X6, 14 dekabr 2008-ci il təvəllüdlü X4 və 19 avqust 2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 235 manat, cəmi 705 manat məbləğində alimentin X7 tutularaq iddiaçı Maraqlı şəxs ödənilməsi, aliment məbləğinin xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. İddia ərizəsi xx.xx.2023-cü il tarixdən məhkəməyə daxil olduğuna görə aliment həmin tarixdən hesablanmışdır. Həmçinin, həmin tarixdən etibarən nümayəndəsinin tövsiyəsinə əsasən aliment məbləği hər ay hissə-hissə olmaqla tələbkar Maraqlı şəxs adına açılmış “Unibank" KB ASC-də olan bank kartına ödənilmişdir. Məqsəd gələcəkdə işə mahiyyəti üzrə baxılıb yekun qətnamə çıxarılarkən tutulacaq böyük məbləğdə aliment məbləği ödəməkdə çətinlik çəkməmək olmuşdur. Məhz bu səbəbə görə aliment barədə icra sənədi icraya yönəldilməmişdən qabaq borclu tərəfindən tələbkarın adına olan “Unibank" KB ASC bank hesabına ödənişlər edilmişdir. Beləliklə, borclu tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tələbkarın bank hesablarına (həm Unibank, həm də Kapitalbank) 4 ay üçün 2395 manat aliment ödənişi köçürülmüşdür. İcra sənədinə əsasən isə xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək köçürülməli olan məbləğ 4 ay üçün 2820 manat olmalı idi. Deməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək borc məbləği 425 manat (2820 - 2395) təşkil edir. Bütün bunlara baxmayaraq Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə borclunun bank hesablarına ödədiyi aliment ödənişləri nəzərə alınmayaraq borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-205/2024 saylı, 02 may 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli məcburi icra tədbirlərinin görülməsi barədə icra məmurunun qərarından X3 tərəfindən verilmiş şikayət qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli məcburi icra tədbirlərinin görülməsi barədə icra məmurunun qərarının ləğv edilməsi və X3 tərəfindən təqdim edilmiş, xx.xx.2024-cü il tarixindən - 26 fevral 2024-cü il tarixinədək ödəniş qəbzləri nəzərə alınmaqla aliment borcu məbləğinin yenidən hesablanması; şikayətin qalan hissədə rədd olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, icra məmurunun icraatında məhkəmə aktına əsasən dərhal icra olunmalı olan icra sənədi mövcuddur. Bu aktın icrasının məcburiliyi yuxarıda qeyd olunan hüquq normalarından aydın görünür. Borclu icra sənədinin tarixindən əvvəl etdiyi ödənişlərin bu sənəd üzrə ödənişlərə daxil edilməsini tələb edir. Lakin borclu tərəfindən məhkəməyə daxil olmuş sənədlərə diqqət etdikdə borclunun tələbkarın "xxxx" ASC-də olan hesabına etdiyi ödənişlərə dair qəbzlərdən bu ödənişlərin təyinatının müəyyən edilməsi mümkün deyil. Tələbkar bu ödənişlərin aliment ödənişi olmadığını bildirir. Məhkəmə iş materiallarında yetərli sübutlar olmadığına görə borclu tərəfindən təqdim edilmiş qəbzlərdə göstərilən ödənişlərin uşaqların saxlanılması üçün ödənilməsi barədə borclunun qeyd etdikləri formal mülahizə olaraq qəbul edir. Tələbkarın nümayəndəsi və vəkili borclu tərəfindən 2024-cü ilin yanvar və fevral aylarında edilmiş ödənişləri aliment ödənişi olaraq qəbul etmişdir. Bu baxımdan icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsini zəruri edən əsaslar yaranmamışdır. Belə ki, borclu icra sənədinin icrasından yayınmır. Qərardaddan borclu şikayət verərək ləğv edilməsini, Nərimanov rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli məcburi icra tədbirlərinin görülməsi barədə qərarının ləğv edilməsi və təqdim etdiyi qəbzlərin nəzərə alınaraq aliment borcunun yenidən hesablanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-205/2024 saylı, 02 may 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Lakin işdə iştirak edən şəxslər etiraz və ya izahatlarını təqdim etməmişdir. Vəkil2 elektron kabinet vasitəsilə şikayətə yazılı etiraz təqdim etsə də, hazırki iş üzrə prosessual vəziyyətini və ya səlahiyyətini təsdiq edən sənədi etirazına əlavə etməmiş, həmçinin iş materiallarında da aşkar edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixli qərarla başlanılmışdır. Ona görə də X3 tərəfindən təqdim edilmiş, xx.xx.2024-cü il tarixindən - 26 fevral 2024-cü il tarixinədək ödəniş qəbzləri nəzərə alınmaqla aliment borcu məbləğinin yenidən hesablanması barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Başqa sözlə borclu icra sənədinin icraata daxil olduğu vaxtadək tələbkara ödəmiş olduğu vəsaitin alimentlə bağlı olduğunu sübut etməlidir. Çünki bəyan etdiyi bu halları sübut etmək yükü onun üzərinə düşür. Ancaq borclunun istinad etdiyi hallar hansısa mötəbər sübutla təsdiq olunmur. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyildir, ona görə də şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-205/2024 saylı, 02 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-205/2024 saylı, 02 may 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar