Məhkəmə qərarları › İş №8(103)-23/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-23/2021

04.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-23/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Masallı Rayon Məhkəməsinin 2(050)-2817/2017 saylı, xx xxxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən (hakim Nemət Musayev) cavabdehlər X1 və Borclu oglundan müştərək qaydada 10193,90 ABŞ dolları əsas borc, 758,83 ABŞ dolları faiz borcu, cəmi 10.952,73 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi-Bankının təyin etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Tələbkarnin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2(050)-2817/2017 saylı, xx xxxxxxx 2017-ciil tarixli icra sənədinə əsasən icraya yönəldilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Ruslan Əsgərov xx xxx 2018-ci il tarixdə təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, qeyd edilən icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbin Borclu mülkiyyətində olan “VAZ-21074” markalı, Az **-GV-*** dövlət qeydiyyat nişanlı və “KİA Sportage” markalı, Az **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxx 2018-ciil tarixli qərardadı ilə (Sədrlik edən hakim Aytən Mirzəzadə), təqdimat qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-2817/2017 saylı, xx xxxxxxx 2017-ciil tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu adına qeydiyyata alınmış “Kia Sportage” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “Kia Sportage” minik markalı, 90 MU-550 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Borclu ərizəni onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 2817/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə mülkiyyətində “KİA Sportage” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə göstərilən avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin 8(004)-913/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərardadı ilə qeyd olunan, “KİA Sportage” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-756/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 2(050)-2817/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Rəşad Cavadzadə) vəsatət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərardadı ilə Borclu adına qeydiyyata alınmış “KİA Sportage” minik markalı, **-MU- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Tələbkar Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət vermiş və şikayət xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim Rəşad Cavadzadə) şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından şikayət vermiş və şikayət xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxxx 2020- ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(103)-510/2020 saylı qərardadı ilə Borclu şikayəti qismən təmin edilmiş, iş materialları yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə borclunun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 913/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş, iş materialları baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqdim olunan sübutlar obyektiv araşdırılmamış və yekunda qeyri-qanuni qərar qəbul edilmişdir. Masallı rayon məhkəməsinin 2(050)-2817/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli icra sənədinin icra edilməsi məqsədi ilə Yasamal rayon icra və Probasiya şöbəsinin icra məmuru tərəfindən ona məxsus olan “KİA Sportage" minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması üçün Yasamal rayon məhkəməsinə müraciət olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qəradadına əsasən, ona məxsus olan “KİA Sportage” minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə qərar qəbul edilmişdir. Bundan sonra o, ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Masallı rayon məhkəməsinin 2(050)-2817/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və hal-hazırda Şirvan Apelyasiya məhkəməsinin icraatındadır. Bu əsasla da ona məxsus olan “KİA Sportage” minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən ərizəsinin təmin edilməsi və ona məxsus olan “KİA Sportage” minik markalı **-MU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilmişdir. Lakin kreditor “Tələbkar" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə qəbul edilmiş həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. İşə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi kreditor Tələbkar-nin şikayət ərizəsinin baxılması üçün məhkəmə iclası təyin etsə də, ona lazımi qaydada məlumat verilməmişdir və bundan sonra onun məhkəmə iclasında iştirakı olmadan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı xx.xx.2020-ci il tarixli qəradadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Yuxarıda göstərdiyi səbəblərə görə iş üzrə qəbul edilmiş qərardaddan narazıdır və hesab edir ki, faklar və sübutlar yenidən araşdırılmalıdır və yekunda Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı xx.xx.2020-ci il tarixli qəradadı ləğv edilib yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş apellyasiya məhkəməsinin icraatında olarkən Borclu tərəfindən şikayətə əlavə təqdim edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının tamamilə ləğv edilməsini, adına qeydiyyata alınmış “KİA Sportage” minik markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iş üzrə Borclu şikayəti müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məlumat verilməsinə baxmayaraq, tələbkarın və Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası AR Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməklə, materiallar Borclu vermiş olduğu şikayətə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi əvvəlcə xx.xx.2020-ci il tarixli qərardadı ilə borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsi götürmüş və bu zaman icra hərəkətlərini yerinə yetirən Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərardadın qəbul edilməsinə istinad etmişdir. Bundan sonra məhkəmə borclu tərəfindən verilmiş şikayəti əsaslı hesab edərək özünün xx.xx.2020-ci il tarixli qərardadını ləğv edərkən işin o halına istinad etmişdir ki, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərardad qanuni qüvvəsini almamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarları qəbul edərkən iş materiallarında olan Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardadın surətinə istinad etmiş, belə bir qərarın mövcud olub-olmamasını araşdırmamış, icra məmuru tərəfindən qəbul edilmiş qərarın əslinin təqdim edilməsini tələb etməmiş, zəruri olduğu halda bununla bağlı həmin qərarın təqdim edilməsi barədə sorğu verməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1 və 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göründüyü kimi icra sənədinin verilməsi üçün əsas olmuş qətnamədən apellyasiya şikayətinin verilməsi icra sənədi üzrə icraata xitam verilməsi üşün deyil, icraatın məcburi olaraq dayandırılması üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, qərardaddan verilmiş şikayətə yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla, həmçinin “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1 və 17.1.7-ci maddəsinin tələbləri baxımından qiymət verilməklə yenidən baxılması üçün təkrar məhkəmə baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-913/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iş materialları şikayətə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar