Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-23/2023 23.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 886/2022 nömrəli işi üzrə xx.xx.2022ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli e-2(001)- 4712/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X3 xx.xx.2021-ci il tarixli ********* nömrəli müqavilə üzrə 1494 manat məbləğində əsas borc, 140 manat məbləğində cərimə borcu və 35,30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1669,30 manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. X1 məhkəməyə ərizə ilə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli e-2(001)-4712/2022 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin hissə-hissə, hər ay 50 manat olmaqla icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-886/2022 saylı işi üzrə 19 dekabr 2022-ci il tarixli qərardadı ilə X1nın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli e-2(001)-4712/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 15.2, 77.1, 231.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci bəndinə istinadən əsaslandırılmış və qeyd edilmişdir ki, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsinin hissə-hissə icrası tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə imkanın verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Bununla bağlı olaraq məhkəmə nəzərə alır ki, X6 qətnamənin hissə-hissə icrasına dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi ödəməyə imkanının olmadığını göstərsə də, ərizəsinə əmlak vəziyyətinin ağırlığını təsdiq edən mötəbər sübutlar əlavə etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən ərizəçinin əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada, məhkəmə nəzərə alır ki, X6 məhkəməyə verdiyi ərizəsində həm də onunla bağlı qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu da sübut edən mötəbər dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və qətnamənin hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 231.1, maddələrinə istinadən qeyd edilmişdir ki, işsizdir və heç bir gəlirə, qazanca malik deyil, əri də işsizdir və maddi vəziyyəti həddindən artıq ağırdır. Binəqədi Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsini işsiz olduğundan icra edə bilmir. İşsiz olması qətnamənin icra olunmasında çox ciddi çətinliklər yaradır. Hər ay yalnız 50 manat olmaqla ödəniş edə bilər. Məhkəmədə işə baxıldığı dövrlərdə hissəhissə olmaqla tələbkara 400 manat ödəniş etmişdir və 1269 manat borc qalmışdır. Birdəfəlik belə böyük məbləğdə ödəniş etmək imkanı yoxdur. Satıla bilən heç bir əmlakı və əşyası yoxdur. O heç də qətnamənin icrasından yayınmaq məqsədi güdmür, lakin maddi imkanının olmaması qətnamənin icrasını həyata keçirməyə imkan vermir. Qətnamənin hissə-hissə icra edilməsi onun qətnamənin icra edilməsinə rahat şərait yaradacaqdır. Məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır. Belə ki, məhkəmədə işə baxılarkən tərəfindən tələbkara 400 manat ödəniş edilmiş və bu yaxınlarda da 50 manat ödəniş edilmişdir ki, bu da onun icra sənədinin icrasına təşəbbüs göstərdiyini sübuta yetirir. Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 24, 25, 80, 129; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 231, 385, 395-400, “İcra haqqında” Qanunun 2.1, 3 və 15-ci maddələrinə əsasən qeyd edir ki, qərardadda göstərilən əsasları (işdə iştirak edən şəxslərin əmlak vəziyyətinə və digər hallar ilə bağlı) təkzib edən heç bir sübut müəyyən edilmədiyindən, şikayətin dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Diqqətə çatdırılmalıdır ki, borclunun rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olmaması onun əmlak və ya maddi vəziyyətini müəyyən etmir, və yalnız bu meyyara istinadən, tələbkarın razılığı olmadan, ərizənin təmin edilməsi sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Halbuki ərizəçi istinad etdiyi hallara dair sübutlar belə təqdim etməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-886/2022 saylı işi üzrə 19 dekabr 2022-ci qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-23/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-23/2023
23.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver