Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-23/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-1828/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizə üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-322/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 48 saylı evin, 2 saylı mənzili ilə bağlı Bakı şəhəri 14 saylı Notariat X3 ilə X15 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-3109 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 8İ-20089 saylı icra qeydinin ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. X4 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrasının buna məsul olan müvafiq orqan (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən təmin edilməli olmasına dair izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 8(006)-322/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 ərizəsi təmin edilməmişdir. X5 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən icra sənədi və qətnamə icra olunması üçün 14 saylı Notariat ofisinə göndərilmiş (icra məmuru Cəlaləddin Əliyev tərəfindən) və icra olunmasına dair həmin ofisdən cavab məktubu verilərək icra olunması qeyd olunmuşdur. Lakin ipoteka müqaviləsi etibarsız hesab edilməsinə baxmayaraq DƏDRX-də ipoteka qeydi silinməmişdir. Bu hal onlara vərəsəlik hüququnu həyata keçirməyə imkan vermir. Buna dair icra məmuru Cəlaləddin Əliyev tərəfindən qeydiyyatçı qurum olan DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə xx.xx.2024-cü il tarixli məktub göndərilməsinə baxmayaraq, məlum qurum onların üzərinə öhdəlik qoyulmadığını əsas gətirərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədini icra etməkdən imtina etmişdir. Bu hal onların hüquqlarının pozulması ilə nəticələnir. Yuxarıda qeyd olunan hal üzrə icra sənədinə izah verilməsi zərurəti yaranır. Bu səbəbdən icra sənədinin icrasının buna məsul olan müvafiq orqan (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən təmin edilməli olması məzmunda izah verilməlidir. Yaxud icra sənədinin icrasının müvafiq orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçün əsas olması məzmunda izah verilməlidir. Məlum qətnaməyə izah verilməsinə dair ərizə ilə müraciət etmələrinə baxmayaraq, müraciəti hüquqlarının olmaması və icra sənədinə xitam verilməsi əsası ilə təmin edilməmişdir. Belə ki, vərəsəlik üçün hələ 2024-cü ilin avqust ayında müraciət edərək, azyaşlı bacısı Zeynəb Kazımli (xx.xx.2007-ci il təvəllüdlü) ilə vərəsə qismində tanınmışlar. Həmçinin qanunun yozumundan anlaşıldığı kimi icra sənədi icra olunduqda ona izah verilmir. Göründüyü kimi icra sənədi icra olunmamış, sadəcə formal olaraq icraata xitam verilmişdir. Bundan əlavə olaraq tərəflərindən icraata xitam verilməsinə dair icra məmurunun qərarı əldə olunaraq həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-322/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş və bundan sonra ərizəçi tərəfindən “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı təqdim edilmişdir. Bundan başqa şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirilmədən izah edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da "Məhkəmə qətnaməsi haqqında" xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş məhkəmə qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə kollegiyası işin hallarına və şikayətin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1828/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 cavabdehlər X12 və Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğvi” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X9 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 48 saylı evin, 2 saylı mənzili ilə bağlı Bakı şəhəri 14 saylı Notariat X3 ilə X15 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-3109 saylı ipoteka müqaviləsi etibarsız hesab edilmiş, Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 8İ-20089 saylı icra qeydi ləğv edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun əsasında verilmiş icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən icra icraatına başlanmışdır. Həmin şöbənin xx.xx.2023-cü il tarixli qərarına əsasən isə icra sənədi üzrə icraata xitam verilmişdir. Bu iş üzrə tələbkar olmuş X14 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Hazırda qeyd edilən qətnamə üzrə verilmiş icra sənədinə izah verilməsini tələb edən X11 tələbkarın oğludur. Lakin icra icraatı zamanı tələbkarın vərəsəsi və ya hüquqi varisi qismində işə cəlb edilməmişdir. Həmçinin, hazırki ərizə ilə müraciət edilən zaman icra sənədi üzrə tələbin təmin edilməsi əsası ilə icra icraatına artıq xitam verilmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur. Ərizəçinin iş üzrə maraqlı şəxs qismində tanınması və 03.07. 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı (tarixindən də göründüyü kimi) daha sonra qəbul edilmiş və həmin qərardada əsasən icra işi üzrə icra hərəkətləri davam etdirilir. Bu baxımdan hazırki vəziyyətdə icra sənədi üzrə tələbin icra edilməsi əsası artıq aradan qalxmış, eyni zamanda, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin nəzərə alınmalıdır ki, izah verilməsi tələb edilən icra sənədində göstərilmiş tələblər aydındır, hər hansı qeyri-müəyyənlik mövcud deyil. Ərizəçi hazırki ərizə ilə hüquqi nəticə etibarı ilə icra sənədinin məzmununun izah olunmasını, habelə tələbə aydınlıq gətirilməsini deyil, icra sənədini icra edən qurum olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin müəyyən edilməsini tələb edir. Halbuki, artıq müəyyən edildiyi kimi, ərizə verilən zaman qüvvədə olan “İcra sənədi üzrə icraata xitam verilməsi” barədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2025-ci il tarixdə, yəni 16 gün əvvəl ləğv edilmişdir. Bu baxımdan hazırda icra hərəkətləri davam edir və ərizədə göstərilən məsələnin də məhz icra mərhələsində həll edilməsi imkanı aradan qalxmamışdır. Hər bir halda, icra məmuru tərəfindən bu məsələ ilə bağlı tədbir görməkdən imtina etməsi, habelə görülmüş tədbirin bir nəticə verməsi və ya görülməsinin mümkünsüzlüyü müəyyən edilmir. Bu səbəbdən hazırki mərhələdə bu məsələ üzrə izah verilə bilməz. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, X2 şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-322/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-23/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-23/2025
30.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver