Məhkəmə qərarları › İş №8(103)-234/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-234/2021

09.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-234/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, X1, onun nümayəndəsi və vəkili X2, Tələbkar, onun nümayəndəsi (atası) X4 iştirakları ilə, X1 məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-204/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, ailə vəziyyətini nəzərə alaraq alimentdən qalıq məbləğ olan 8000 borcunun aylıq 70 manat hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı X8 iddiası üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 26.11.2014-cü il tarixli 2(011)-7398/2014 saylı qətnaməsi ilə təmin olunmuşdur. Qətnamədə göstərilmişdir ki, iddiaçı X11 ilə X9 arasında 18.02.2011-ci il tarixdə Xətai rayon qeydiyyat şöbəsində bağlanmış 162 nömrə ilə qeydə alınmış nikah qeydi pozulsun və birgə nikahdan anadan olmuş 04.03.2012-ci il təvəllüdlü oğlu Şamilli Əliəmir Zaur oğlu anası X5 yanında saxlanılsın. Cavabdehlə ayrıldıqdan sonra o oğlunun saxlanması üçün hər ay yardım göstərir. Bir müddət sonra keçmiş həyat yoldaşı X5 iddiası üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 1031/2015 saylı 10.02.2015-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və 04.03.2012-ci il təvəllüdlü oğlu Şamilli Əliəmir Zaur oğlunun saxlanılması üçün məhkəmənin qətnaməsinə əsasən 110 manat aliment cavabdeh X6 alınaraq iddiaçı X5 xeyrinə qət edilmişdir. Sonradan o keçmiş həyat yoldaşı X9 ilə aralarında olan münasibət bərpa olundu. Yaşadıqları müddətdə onların birgə münasibətdən 13.08.2016-cı il təvəllüdlü Şamilli Ceyhun Zaur oğlu adlı bir oğlu anadan oldu. Bir müddət mehriban yaşadıqdan sonra yenidən ailə münasibətləri pozulduqdan sonra ayrılmaq qərarına gəlmişdir. Ayrıldıqdan sonra 13.08.2016-cı il təvəllüdlü oğlu Şamilli Ceyhun Zaur oğlu anası X5 yanında qalmışdır. Münasibətləri yenidən pozulduqdan sonra X9 Bakı şəhər Xətai Rayon Məhkəməsinə aliment tələbi ilə bağlı müraciət etmişdir. 18.09.2019-cu il tarixli 2(011)-7229/2019 saylı qətnaməsi ilə 04.03.2012-ci il təvəllüdlü Şamilli Əliəmir Zaur oğlunun saxlanılması üçün məhkəmə tərəfindən təyin olunmuş alimentin miqdarı artırılaraq 160 manat və 13.08.2016-cı il təvəllüdlü Şamilli Ceyhun Zaur oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün X6 20.08.2019-cu il tarixdən hesablanmaqla hər ay 160 manat məbləğində sabit pul aliment tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə indiyə qədər alimenti X7 hissə-hissə ödəmiş, lakin X7 aliment borcundan 8000 manat qalmışdır. Lakin, iddiaçı və Bakı şəhər Xətai Rayon İcra Şöbəsinin icraçısı Türkay Yusifli ona bildirir ki, qalıq borcu olan 8000 manatı bütöv şəkildə ödəməlidir. Hal-hazırda o “xxxx” MMC firmasında sürücü vəzifəsində işləyir aylıq əmək haqqı 300 manat təşkil edir. 18.09.2019-cu il tarixli 2(011)-7229/2019 saylı qətnaməsi ilə hər ay onun əmək haqqından 198 manat tutulur və əlavə olaraq da hər ay 285 manat keçmiş X7 Beynəlxalq bank vasitəsi ilə bank kartına ödəyir. Hal-hazırda yığılmış 8000 manatı bir dəfəyə ödəmək iqtidarında deyil. Başqa gəlir yeri yoxdur. Ona görə də, borcunun hissə-hissə ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-204/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərardadına əsasən qətnamənin hissə-hissə icra edilməsi barədə icra sənədi üzrə X1 ərizəsinin təmin olunmaması qərara alınmışdır. Həmin qərardaddan X8 verdiyi şikayət birinci instansiya məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclu, həmçinin onun nümayəndəsi və vəkili ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən tələbkar və onun nümayəndəsi şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə Kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən, ilk növbədə tərəflərin əmlak vəziyyəti nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Baxılan iş üzrə borclu məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, özünün əmlak vəziyyətinin pis olması barədə, borcu dərhal ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04.11.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyin mənasına görə (qərarın 12-ci bəndi), işə baxan məhkəmə nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə icra sənədinin təxminən 10-11 il ərzində icra olunması mənasına gəlir; bunu isə ağlabatan müddət kimi qəbul etmək mümkün deyildir. Odur ki, Kollegiya hesab edir ki, Rayon Məhkəməsi qeyd edilən əsaslarla ərizəni və qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Ərizənin və şikayətin təmin edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-204/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar