Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-234/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X5 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-68/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(002)-2732/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla Borclu 28 sentyabr 2013-cü il təvəllüdlü X4 və 05 aprel 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-68/2025 saylı, xx.xx.2025-ci il qərardadı ilə ərizə təmin edilmişdir. Borclu nümayəndəsi Ganiev Zinara tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-68/2025 saylı, xx.xx.2025-ci il qərardadından şikayət verilmişdir. Həmin şikayət Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-68/2025 saylı, xx.xx.2025-ci il qərardadı ilə şikayət elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. Borclu nümayəndəsi və vəkili Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-68/2025 saylı qərardadından şikayət verilmiş, eyni zamanda məhkəməyə müddətin bərpasına dair vəsatət ilə müraciət edərək qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-68/2025 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-68/2025 saylı qərardadından Borclu tərəfindən şikayətin verilmə müddətinin itirilməmiş hesab olunması, Borclu nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)- 68/2025 saylı qərardadından verilmiş şikayətin mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Göründüyü kimi borclu Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından şikayət verə bilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi də borclunun vəsatətini təmin edərək prosessual müddəti buraxılmamış hesab etmiş, lakin AR MPM-in 269-cu maddəsinə əsasən qərardaddan verilən şikayətə baxmaq əvəzinə, bu maddə ilə ona verilən səlahiyyətlərindən istifadə etməmiş və verilmiş şikayəti birbaşa baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki AR MPM-in 269-cu maddəsində qeyd olunur ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə ,.., göndərilir. Məcəllənin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(002)-68/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından iş materialları Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №8(103)-234/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-234/2025
21.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver