Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-235/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-270/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı X2 ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X1 üçün uşaqlar 2025-ci il üçün Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqına müvafiq indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-270/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(004)- 3452/2019 nömrəli qətnaməsi ilə Borclu xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 160 manat sabit pul məbləğində alimentin məbləği sonraki artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində indeksasiya olunması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1, 110.2; Mülki Prosessual Məcəllənin 232.1, 232.2; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarının 8.4-2; Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli Sərəncaməna istinadən qeyd edilmişdir ki, işin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3452/2019 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Borclu hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. X3 alimentin indeksasiyasının həyata keçirilməsini və 2025-ci il üçün Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqının müvafiq miqdarında müəyyən edilməsini xahiş edir. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3452/2019 nömrəli qətnaməsinə əsasən aliment miqdarı 160 manat məbləğdə müəyyən edilmişdir. 2019-cu ilin avqust ayı üzrə ölkə üzrə minimum əmək haqqı 180 manat müəyyən edilmişdir. 160 manat məbləğdə aliment 2019-cu ilin müvafiq dövrü üzrə minimum əmək haqqının 0,89 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 (160 manat: 180 manat = 0,89 misli) misli həddində indeksasiya olunmalıdır. Nəzərə alınır ki, bu halda 2025-ci il üçün alimentin miqdarı 356 manat (400 manat x 0.89 = 356 manat) (246 manatdan 110 manat yüksək) təşkil edəcəkdir. Lakin məhkəmə mövcud məhkəmə təcrübəsindən kənara çıxmağı məqsədə müvafiq hesab etmir. Bu xüsusat tələbdən kənara çıxmaq kimi qiymətləndirilmir. Borcluya izah edilir ki, təqdim etdiyi yazılı etiraz nəzərə alınmaqla Aİlə Məcəlləsinin 112-ci maddəsinin tələblərinə əsasən alimentin azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda sadalanan qanuni əsaslarla indeksasiya sabit pul məbləğində alimentin tutulmasını yox, artıq sabit məbləğində tutulmuş alimentin hazırkı vaxtda ölkə üzrə minimum əmək haqqına uyğunlaşdırılmasını ehtiva edir və eyni zamanda indeksasiya zamanı uşaqlar üçün yaşayış minimumu məbləği yox, ölkə üzrə minimum əmək haqqı məbləği əldə rəhbər tutulur. Beləliklə, qeyd olunanlara əsasən, ərizə təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3452/2019 nömrəli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya olunmalıdır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh şikayət vermiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-270/2025 saylı işi üzrə xx.xx.2025-ci iltarixli qərardadının ləğv edilməsini və tələbkar X6 “yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi” barədə ərizəsinin təmin edilməməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 16-cı maddəsinin 1-ci bəndinə; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 22.2, 22.2.1, 22.2.2, 22.2.3, 75, 76, 78.1, 78.2, 112.1 ; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19; Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 77.1, 385.1, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Borclu psixi qüsurlu, paranoid şizofreniya, fasiləsiz gedişli diaqnozla xx.xx.2022-ci il tarixindən etibarən ikinci dərəcəli əlillik müəyyən edilmişdi. Hazırda heç bir gəlir yeri yoxdur, hətta işlədiyi dövlət qulluğu orqanından məhz psixiatirik xəstəliyi ilə əlaqədar olaraq kənarlaşdırlımışdır. Psixiatirik xəstəliyi ilə əlaqədar dövlətdən müavinət (rəsmi təqaüd) alır. Bu səbəbdən şəxsin alimentinin nəyiniki azaldılması məsələsi, eyni zamanda alimentdən əslində azad edilmə halları mövcuddur. (Azərbaycan Respublikasının 112-ci maddəsinə tələblərinə əsasən). Lakin tələbkar X10 bütün olan üzrlü halları və alimentin ödəmə imkanlarının əsla sağalmaz psixi xəstəlik səbəbilə ödəmək imkanları olmayan, hətta Borclu əllillik dərəcəsi üzrə dövlətdən müavinət alması nəzərə alınmadan ona qarşı alimentin artırılma tələbi irəli sürməkdədir. Hazırda alimentin artırılmasına hər hansı zərurət mövcud deyildir, eyni zamanda azaldılması mütləq və zəruridir.Bundan əlavə olaraq məhkəmə dövlətin əliliyi olan şəxsə müəyyən etdiyi vətəndaşına verdiyi sosial pensiya müavinətinin 80% civarında hazırki icra sənədi üzrə borclu şəxsə aliment müəyyən edərək ciddi qanun pozuntusu etmək bir kənara, onun maddi rifahı, hətta sağlamlığındakı ciddi pozuntunu (əsla sağalmayan xəstəlik üzrə) nəzər almadan yüksək rəqəmlə aliment müəyyən etmişdir. Hansı ki, AR AM- nin 76- cı maddəsi tələblərinin də bir başa tələbləri hakim tərəfindən hazırki aliment müəyyən edilərkən pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-270/2025 saylı işi üzrə xx.xx.2025 -ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Cavabdehin nümayəndəsi vəkil X8 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, Borclu tərəfindən aliment həcminin azaldılması tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunmuşdur. Hazırda iddiaçının Borclu və cavabdehin Fətəliyeva(Hüseynova) Sevda Musa qızının olduğu 2(004)-3430/2025 saylı mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi hakim Ülkər Xəlilin icraatındadır. Hazırda iddiaçının Borclu və cavabdehin Fətəliyeva(Hüseynova) Sevda Musa qızının olduğu aliment həcminin azaldılması tələbinə dair № 2(004)- 3430/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək, hazırki işin icraatının dayandırılması zəruri hesab edilir, ərizəsinin təmin edilməsini, 8(103)-235/2025 saylı mülki işi şifahi icraatda qaydasında keçirib, iddiaçının Borclu və cavabdehin Fətəliyeva(Hüseynova) Sevda Musa qızının olduğu aliment həcminin azaldılması tələbinə dair İş № 2(004)-3430/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək, hazırki işin icraatının dayandırılmasını xahiş etmişdir. Kollegiya iş üzrə icraatın dayandırılması barədə cavabdehin nümayəndəsinin vəsatətinə münasibətdə bildirir ki, hazırkı mərhələdə məhkəmə tərəfindən iş üzrə icraatən dayandərlması üçün əsaslar müəyyən etmir. Belə ki, indeksasiya olunan aliment məbləği birbaşa uşağın normal qidalanmasına, sağlam yaşamasına, onun ən vacib həyati ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulduğundan iş üzrə icraatın dayandırlması yolverilməzdir. Eyni zamanda borclunun şikayəti üzrə onun təmin edilməsi üçün əsaslar müəyyən etmir. Borclunun tələbi alimentin müəyyən edilməsi, dəyişdirilməsi və ya azad edilməsi üzrə baxılan iddialar həddində müzakirə edilə bilər. İndeksasiya prosedurunda qətnamə ilə müəyyən edilmiş alimentin dəyişdirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən: 1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. 2. Bu Qərarın nəticə hissəsinin 1ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli Sərəncamı: “… 1. Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.” “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya birinci instansiya məhkməsəinin mövqeyi ilə razılaşaraq, borclunun şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı halda məhkəmə tərəfindən aliment məbləğinin indeksasiya məsələsinə baxılır, şikayətdə göstərilən dəlillər isə (cavabdehin sağlamlığında yaranan problemlər və. s.) alimentin azaldılması barədə iddia vermək üçün əsas sayıla bilər. Artıq cavabdehin vəkili tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ünvanlamış vəsatətin məzmunundan da görünür ki, cavabdeh alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-270/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-235/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-235/2025
02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver