Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-236/2022 08.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-180/2022 saylı qərardadından X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3270/2010 nömrəli icra vəqəsi əsasında Xəzər Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mübariz Abbasovun icra hərəkətlərinin qanunsuz hesab edilməsi və icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-180/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X1 icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və icra məmurunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizə geri qaytarılmışdır. X1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmənin həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ya şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3720/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar ASC nin xeyrinə 282878,0 ABŞ dolları məbləgində əsas, borc, 43.312 ABŞ dolları məbləğində faiz borcu ödənilən vaxt manata məzənnəsin ilə və 20 manat məbləgində ödənilmiş dövlət rüsumunun cavabdeh X3 tutulması qət edılmışdır. Cavabde” X4 tutulmalı olan məbləğ ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.0122897 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 135.56 kv. m yaşayış, 791.41 kv. m koməkçi sahədən ibarət 750 saylı bağ evinə yönəldilməli və evin satışından əldə olunmuş vəsait cavabdehin Tələbkar ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli idi. "xxxx" MMC tərəfindən Y-340 saylı xx.xx.2017-ci il tarixli hərracı nəticələri haqqında yekun Protokol tərtib edilməklə icra vərəqəsi tam icra edilmiş, hərrac nəticəsində əmlakın satılmasından əldə edilmiş vəsait iddiaçı “Kapıal Bank" ASC-yə ödənilmişdir. Daha sonra Xəzər Rayon icra Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi ərazi aidiyyatı üzrə Səbail rayon İcra Şəbəsinə göndərilmişdir. Həmin qərar əsassız oldugundan ləgv edilməsi üçün öncə Binəqədi rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmə şikayət geri qaytarmışdır. Həmin Qərardadda qeyd edilmişdir ki, şikayət edilən Qərar Xəzər İcra Şöbəsinə aid olduğundan icra şobəsının oldugu yer uzrə məhkəməyə muraciət edilməlidir. Daha sonra Xəzər Rayon Məhkəməsinə şikayət ilə müraciət edilmişdir. Xəzər Rayon Məhkəməs 8(003)-180/2022 saylı xx.xx.2022 ci il tarixli qərardadla şikayət geri qaytarılmışdır. Hesab edir ki, qərardad əsassız olduğundan və qanunvericilik düzgün tətbiq edilmədiyindən ləğv edilməlidir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-180/2022-il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Xəzər Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mübariz Abbasovun icra hərəkətlərinin qanunsuz hesab edilməsi və icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından şikayətə yenidən baxılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi şikayətin Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, həmçinin hazırki iş üzrə icra sənədi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verildiyidən, həmin qərardan şikayətə yuxarıda qeyd olunan hallara əsasən icra sənədini vermiş məhkəmə tərəfindən baxılmalı olduğundan hazırki şikayətə Xəzər rayon məhkəməsində deyil, Binəqədi rayon Məhkəməsində baxılmalı olması barədə mövqeyi əsaslı olmamışdır. Belə ki, hazırkı mübahisə icra sənədinin icrasına nəzarətlə bağlı deyil, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən (qərarından) şikayətlə əlaqədar yaranmış mübahisədir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər.Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Xəzər Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mübariz Abbasovun icra hərəkətlərinin qanunsuz hesab edilməsi və icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından şikayətə yenidən baxılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(003)-180/2022 saylı qərardadı ləğv edilsin. Xəzər Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mübariz Abbasovun icra hərəkətlərinin qanunsuz hesab edilməsi və icra məmurunun xx.xx.2022-ci il tarixli qərarından şikayətə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-236/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-236/2022
08.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver