Məhkəmə qərarları › İş №8(103)-239/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-239/2021

02.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-239/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-176/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərardadından ərizəçi Y.Yusipovna tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi X2 “04.10.2019-cu il tarixli icraata xitam verilməsi qərarının ləğv edilməsi və icranın davam edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-176/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərardadı ilə ərizənin qəbul edilməsindən imtina edilmişdir. Ərizəçi tərəfindən qərardaddan verilmiş şikayət məhkəmənin eyni saylı, 30 aprel 2021-ci il tarixli qərardadi ilə təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli, 8(006)- 253/2020 saylı qərardadına əsasən ərizəçi X1 “icraata xitam verilməsi haqqında” 04.10.2019-cu il tarixli qərardaddan verdiyi şikayəti təmin edilməyərək baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03.02.2021-ci il tarixli, 8(103)-48/2021 saylı qərardadına əsasən ərizəçinin şikayət təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli, 8(006)-253/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bununla da müəyyən edilir ki, ərizəçinin eyniməzmunlu ərizəsinə artıq bir dəfə baxılaraq yuxarıda qeyd edilən məhkəmə aktları (Nəsimi Rayon Məhkəməsinin 8(006)- 253/2020 saylı, 05.11.2020-ci il tarixli qəraradadı, Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 48/2021 saylı, 03.02.2021-ci il tarixli qərardadı) qəbul edildiyindən, rayon məhkəməsi hazırkı ərizənin qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür (MPM 13.5). İstinad olunan normaların tələblərinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının mövcud hüquq qaydalarının ideyası və ümumi prinsipləri baxımından ərizəçi X2 “04.10.2019-cu il tarixli icraata xitam verilməsi qərarının ləğv edilməsi və icranın davam edilməsi”nə dair ərizəsinə artıq bir dəfə baxıldığından, onun eyni məzmunlu ərizəsinə təkrarən baxılması yolverilməzdir. Hüququn hamılıqla qəbul edilmiş fundamental prinsiplərindən olan hüquqi müəyyənlik prinsipi də bunu tələb edir. Əks yanaşma hüquqi nihilizmə gətirib çıxara bilər. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı ərizəni qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eləcə də nəzərə alınmalıdır ki, MPM-in 57.2-ci maddəsi mülki mübahisələr üzrə üçüncü şəxslərin prosessual hüquq və vəzifələrini müəyyən edərkən məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüququnu nəzərdə tutmamışdır. Belə ki, həmin maddəyə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər ..., məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-176/2021 saylı, 16 aprel 2021-ci il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar