Məhkəmə qərarları › İş №8(103)-240/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-240/2023

10.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-240/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-438/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayəti nəzərdən keçirib Müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-438/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərardadı ilə tələbkar "xxxx"QSC-nin qətnaməyə izah verilməsi barədə ərizəsi təmin edilmişdir. Qərardaddan borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayət Məhkəmənin 16 iyun 2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki halda borclu tərəfindən verilmiş şikayətin mümkünlüyü üçün əsaslar mövcud deyil. Belə ki, iş materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, mübahisələndirilən qərardad borclunun şəxsi elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir (iş/vər. 13). Daha sonra borclu məhkəməyə ərizə ilə müraciət edərək sözügedən qərardadın surətini xx.xx.2023-cü il tarixdə imza etməklə rəsmi qaydada faktiki olaraq təkrar almış (iş/vər. 17) və elə həmin tarixdə də elektron qaydada şikayətlə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 396-cı maddəsinə əsasən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bununla da kollegiya hesab edir ki, borclu Maraqlı şəxs tərəfindən həm xx.xx.2022ci il tarixdə elektron qaydada, həm də ərizəyə imza etməklə qərardadın əldə edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi onun verdiyi şikayətin vaxtında verilibverilmədiyi məsələsini yoxlamamış və bununla bağlı hər hansı əlavə prosessual hərəkət etməyərək verilmiş şikayətə baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də, kollegiyanın qənaətinə görə, hazırda işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366, 396-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-438/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar