Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-240/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-242/2022 saylı qərardadından Maraqlı şəxs2 ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2934/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Borclu tutularaq tələbkar X6 ödənilməlidir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Borclu mülkiyyətində olan “Daewoo Gentra” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-242/2022 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2934/2021 saylı icra sənədinin icrasının təmin edilməsi üçün Borclu məxsus “Daewoo Gentra” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyularaq duracağa yerləşdirilmişdir. Həmin qərardaddan Maraqlı şəxs2 ASC şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu məxsus “Daewoo Gentra” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilməsi qadağan olunmuşdur. Belə ki, "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı ilə Borclu arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təyinatı olan “Daewoo Gentra” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil kredit müqaviləsinin təminatı olaraq xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Təqdimata baxılması ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi məhkəmə iclası təyin etməsinə və Borclu məxsus “Daewoo Gentra” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" İKB-nin (Yelo BankASC) 6 saylı filialı qarşısında ipoteka ilə yüklü edilməsinə baxmayaraq, maraqlarına toxunan şəxs qismində məhkəmə iclasının yeri və vaxtı barədə Banka məlumat verməmişdir. Şikayətə əlavə olunmuş sənədlərdən məlum olur ki, Borclu məxsus “Daewoo Gentra” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı qarşısında ipoteka ilə yüklü edilməsi ilə təmin edilmiş öhdəliklər X8 qarşısında deyil, Nikoyl” İKB-nin (Yelo Bank ASC) 6 saylı filialı qarşısında yarandığından Borclu banka girova qoyulmuş əmlakına üçüncü şəxslərin tələbi yalnız girov saxlayan Bankın tələbi ödənildikdən sonra yönəldilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 48.1-ci maddəsinə əsasən tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Bu zaman girov saxlayanın Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarına əməl olunmalıdır. Hazırda Borclu Banka olan borcu 20.253,43 manat təşkil edir. Təqdimatın təmin edilməsinə dair qərardadın tarixi xx.xx.2022-ci il kimi göstərilsə də, qərardad yalnız Bankın müraciətindən sonra xx.xx.2025-ci il tarixdə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsi tərəfindən təqdim olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-242/2022 saylı qərardadı ilə Maraqlı şəxs2 ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra borclu tərəfindən elektron informsiya sistemi vasitəi ilə məhkəməyə əlavə sənədlər də təqdim edilmişdir. Başqa hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, təqdimat təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə əsasən ipoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 48.1-ci maddəsinə əsasən tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Bu zaman girovsaxlayanın Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarına, habelə bu Qanunun 5-ci fəslində müəyyən edilmiş qaydalara əməl olunmalıdır; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir; 74.3-cü maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldikdə, ipoteka predmetinin satılmasından əldə olunan gəlir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada bölüşdürülür. Azərbaycan Respublikasının mülki-Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2934/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə üzərinə həbs qoyulmuş “Daewoo Gentra” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu mülkiyyətindədir və onunla Maraqlı şəxs2 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq Bank qarşısında girovla (xx.xx.2015-ci il il tarixli ipoteka müqaviləsi) yüklü edilmişdir. Borclu həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etmədiyindən onun Banka borcu yaranmışdır. Bununla bağlı tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və nəticədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış 2(001)-4170/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamə ilə qeyd edilən kredit müqaviləsi üzrə Borclu Bankın xeyrinə ümumilikdə 20.253,43 manat məbləğində pul tutulmuş və tutma həmin avtomobilə yönəldilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədi bugünədək icra edilməmişdir. Mövcud vəziyyətdə təqdimatın təmin edilməsi yuxarıda göstərilən qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil etməklə yanaşı həmin qətnamə üzrə verilmiş icra sənədinin icrasını qeyri-mümkün edir. Qeyd edilənlər öz növbəsində təqdimatın əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməkdə haqlı olmamışdır. Bu səbəbdən Maraqlı şəxs2 ASC-nin şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)- 242/2022 saylı qərardadı ləğv edilməli, təqdimat təmin edilməməlidir. Həmin qərardad əsasında avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs2 ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-242/2022 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2934/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Daewoo Gentra” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin təqdimatı təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)-242/2022 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “Daewoo Gentra” minik markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-240/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-240/2025
03.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver