Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-242/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlunun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərardadından tələbkar “X2 Limited” Şirkətinin nümayəndəsi qismində Nümayəndə tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli məhkəməyə təqdimat verərək qətnamənin icrasının təmin edilməsi məqsədilə Borclu əri Abdulla X1 mülkiyyətində olan Bakı şəhəri, Mehman Bünyadzadə küçəsi, ev 253, 35 saylı mənzilin və “X5 H6” minik markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Borclu payı həcmində həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Həmin qərardaddan “X2 Limited” Şirkətinin nümayəndəsi qismində Nümayəndə tərəfindən verilmiş şikayət məhkəmənin 08 aprel 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, qərardaddan adı çəkilən şəxs tərəfindən verilmiş şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından Nümayəndə tələbkar “X2 Limited Şirkəti”nin səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən hər-hansı bir sənəd mövcud olmamaqla birinci instansiya məhkəməsi onu tələbkarın təmsilçisi kimi qəbul etməklə səhvə yol vermişdir. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmış kimi qəbul edilərək apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-72/2021 saylı iş üzrə 08 aprel 2021-ci il tarixli qərardadından tələbkar “X2 Limited Şirkəti”nin nümayəndəsi qismində Nümayəndə tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-242/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-242/2021
18.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver