Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-243/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-93/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadından ərizəçi X3 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-93/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadına əsasən ərizəçi X2 Bakı şəhər Səbail rayon Məhkəməsinin 13.09.2018ic il tarixli 2(009)-2828/2018 saylı qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi X2 nümayəndəsi və vəkili X5 şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-93/2021 saylı 30 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-351/2019 nömrəli, 16.05.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəlləyə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır (maddə 231.1). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Lakin ərizəçilər hazırda yaşadıqları mənzilin onların yeganə yaşayış yeri olmasını, digər yaşayış yerində yaşamağa maddi imkanlarının olmamasını göstərsələr də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında artıq 3 ildir ki, məhkəmə mübahisəsi gedir və baxmayaraq ki, qətnamə 2018-ci ildə qanuni qüvvəsini alıb icraya yönəldilmişdir, hazırki vaxtadək icra olunmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X2 Bakı şəhər Səbail rayon Məhkəməsinin 13.09.2018- ic il tarixli 2(009)-2828/2018 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. X2 şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, şikayətin dəlilləri yuxarıda qeyd olunanlarla təkzib edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclu tərəfindən verilmiş təkrar şikayəti qəbul etməkdən imtina etməkdə haqlı olmuşdur. Ona görə də şikayət təmin olunmamalı, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-93/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 8(009)-93/2021 saylı 20 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-243/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-243/2021
26.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver