Məhkəmə qərarları › İş №8(103)-243/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-243/2023

26.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-243/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-249/2023 saylı 23 iyun 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4761/2021-006 saylı, xx.xx.2021-ci il tarixli icra sənədin əsasən tələbkar X3 məxsus icra vərəqəsində qeyd olunan əşyalar Borclu alınaraq iddiaçı X3 qaytarılmalıdır. Yuxarıda göstərilən əmlaklardan hər hansı biri mövcud olmadıqda, onların dəyəri cavabdeh Borclu tutulub iddiaçı X3 verilməlidir. Buraxılış ili 2012-ci il olan “LEXUS GS350" markalı **-HO-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsinin hazırki bazar dəyəri 51.000 manatın 1/2 hissəsi, yəni 25.500 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat cavabdeh Borclu alınaraq iddiaçı X3 ödənilməlidir. Birgə nikah dövründə əldə edilmiş “İPHONE X 64 GB" markalı, seriya nömrəsi **********50631 olan telefona qarşılıqlı iddiaçı Borclu 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququ tanınmalıdır. İş üzrə ekspertiza tədqiqatının deyəri 100 manat cavabdeh Borclu alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə icra sənədində qeyd edilən əşyalar qızıl-ziynət əşyaları istisna olmaqla tələbkara təhvil verilmişdir. İcra sənədində qeyd olunan qızıl-ziynət əşyaları və ya onların dəyəri (71380 manat), eyni zamanda 25500 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat, iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat, cəmi 97280 manat pul vəsaiti tələbkara verilməmişdir. İcraat zamanı borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlakı aşkar edilməmiş əmək haqqına (aliment tutulduqdan sonra qalan hissəsinə) yönəldilməsinə tələbkar razı olmamışdır. Borclunun nümayəndəsi və vəkili Vəkil məhkəmənin həmin qərardadından şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra vərəqi onun tərəfindən qismən də olsa könüllü icra edilir, icra məmurunun məcburi icra tədbirini görməkdən imtina etməsi, tələbkarın da məcburi icra tədbirinin tətbiqinə razı olmaması, icra sənədinin məhkəməyə geri qaytarılması üçün əsasların olduğu halda icra məmurunun bunu etməməsi, onun üzrlü səbəbdən qəsdən qətnaməni icra etməməsi kimi əsaslarının mövcud olmaması, təqdimatın və məhkəmə qərardadının kifayət qədər əsaslandırılmaması, onun Konstitusiyada nəzərdə tutulan hüquqlarının birbaşa pozulması əsaslarına görə qərardad ləğv edilməlidir. Eyni zamanda yüksək əmək haqqı olmasına baxmayaraq icra məmuru tərəfindən qətnamənin icrası əmək haqqına yönəldilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-249/2023 saylı 23 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-249/2023 saylı 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4761/2021-006 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar X3 məxsus icra vərəqəsində qeyd olunan əşyalar Borclu alınaraq iddiaçı X3 qaytarılmalıdır. Yuxarıda göstərilən əmlaklardan hər hansı biri mövcud olmadıqda, onların dəyəri cavabdeh Borclu tutulub iddiaçı X3 verilməlidir. Buraxılış ili 2012-ci il olan “LEXUS GS350" markalı 90-HO777 dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsinin hazırki bazar dəyəri 51.000 manatın 1/2 hissəsi, yəni 25.500 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat cavabdeh Borclu alınaraq iddiaçı X3 ödənilməlidir. Birgə nikah dövründə əldə edilmiş “İPHONE X 64 GB" markalı, seriya nömrəsi **********50631 olan telefona qarşılıqlı iddiaçı Borclu 1/2 hissədə payı müəyyən edilməklə mülkiyyət hüququ tanınmalıdır. İş üzrə ekspertiza tədqiqatının deyəri 100 manat cavabdeh Borclu alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Tələbkar, onun anası və vəkili, boclu Borclu, onun anası və bacısının, eləcədə hal şahidinin iştirakı ilə Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin icra məmuru Pərviz Babayev tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4761/2021-006 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar X3 məxsus icra vərəqəsində qeyd olunan cehiz və geyim əşyaları tam sağlam və yararlı şəkildə Tələbkar təhvil verilmişdir. Nəsimi rayon icra şöbəsi tərəfindən təqdim edilmiş icra işinin materiallarından görünür ki, borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə “Elektron icra” informasiya sistemindən sorğular edilmişdir. İş materiallarından görünür ki, tələbin könüllü icrası haqında xx.xx.2023-cü il tarixli bildirişinin surəti Borclu göndərilmişdir. Təqdimatda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4761/2021- 006 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində əks olunan əmlaklar qızıl-ziynət əşyaları istisna olmaqla xx.xx.2023-cü il tarixdə tələbkara təhvil verilmişdir. İcra sənədində qeyd olunan qızıl-ziynət əşyaları və ya onların dəyəri (71380 manat), eyni zamanda 25500 manat, hüquqi yardıma görə ödənilmiş 300 manat, iş üzrə ekspertiza tədqiqatının dəyəri 100 manat, cəmi 97280 manat pul vəsaiti tələbkara verilməmişdir. Bununlada icra sənədi tam olaraq icra olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2- N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirmişdir. Bütün bu tədbirlər nəticə vermədiyindən təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəməyə borclunun nümayəndəsi tərəfindən ünvanlanmış ərizəyə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qəbzlərə əsasən icra sənədinə görə hər birində 630 manat olmaqla ödəniş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfındən dərhal borclunun özünə, tələbkara və müvafıq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfındən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Kollegiya qeyd edir ki, borclunun əmək haqqının olması və qətnamənin icrasının əmək haqqına yönəldilməsi barədə dəlilinə münasibətdə qeyd edilir ki, əvvəla borclunun əmək haqqından aliment tutulur. Bundan başqa, əmək haqqına münasibətdə qalan məbləğin müəyyən faizinə icra sənədinin icrasının yönəldilməsi və bununla da icra sənədinin icrasının təmin edilmiş hesab edilməsi məqsədəmüvafiq hesab edilə bilməz. Belə ki, bu qaydada icra sənədinin icrasının təmin edilməsi baş tutarsa, ümumilikdə icra sənədi üzrə ödənilməli məbləğin tələbkara ödənilməsi həddindən artıq uzun müddət tələb edə bilər. Bu halda isə tələbkarın da huquqlarıda həddən artıq pozular. Məhkəmə aktının vatında icra edilməməsi həmin qətnamə ilə əldə edilən hər hansı bir hüququn və ya hər hansı maddi vəsaitin onu tələb edən şəxs üçün hər hansı bir əhəmiyyətinin qalmamasına gətirib çıxarar. Halbuki, məhkəmə qaydasında tərəfin hüquqları bərpa edilməklə haqqı olan bir hüququn və ya maddi vəsaitin əldə edilməsi onun icrasının da həyata keçirilməsi halında əhəmiyyətə malik olur. Tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini, eləcə də borclu barəsində məcburi icra tədbiri qismində görülən tədbirin məhz borclunun icra sənədinin icrası ilə bağlı hərəktlilik göstərməsini təmin etmək məqsədinə xidmət etməsini əsas götürməklə kollegiya hesab edir ki, məhkəmə tərəfindən təqdimatın təmin edilməsi qanuni və əsaslı olmuşdur. Belə ki, borclunun adında hər hansı daşınar daşınmaz əmlakın olmadığı, eyni zamanda bank hesablarında hər hansı bir vəsaitin olmaması nəzərə alınmaqla icra sənədinin icrası ilə bağlı görüləcək məcburi icra tədbiri qismində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması labüd və zəruri olmuşdur. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qərardadı qanuni və əsaslı olmaqla şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-249/2023 saylı 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)- 249/2023 saylı 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397, 398-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-249/2023 saylı 23 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar